19 avqust 2017, Şənbə
Ana Səhifə - QARABAĞ - “Rusiya Lapşindən ötrü özünü “cırır”, amma Dilqəm Əsgərova görə bir iş görmür” - MÜSAHİBƏ
“Rusiya Lapşindən ötrü özünü “cırır”, amma Dilqəm Əsgərova görə bir iş görmür” - MÜSAHİBƏ
13.04.2017, 09:15

Bayram Səfərov: “Ermənilərin Azərbaycana gətirilməsi işini dəstəkləyirəm”


Dağlıq Qarabağın Azərbaycanlı  İcmasının rəhbəri Bayram Səfərov  icmanın fəaliyyəti və digər məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.


-Bayram müəllim, icmanın rəhbəri olaraq, yaxın vaxtlarda Qarabağın erməni icması ilə hər hansı görüş gözlənilirmi?

- Hal-hazırda Ermənistanda vəziyyət gərgindir. Bu görüşə kimdir şərait yaradır? Digər tərəfdən, görüş baş tutsa belə, nə barədə danışa biləcəklər?! Onlar nə zaman öz rəhbərlərinə arxayın olub ki! Onlar nəsə desə belə, dediklərinə biz inanmarıq.


-Ümumiyyətlə, hər hansı görüşün baş tutması ilə bağlı Qarabağın erməni icmasından təklif gəlibmi?


-Ermənistan tərəfindən yaxın vaxtlarda görüşmək haqqında heç bir təklif gəlməyib. Ermənistandakı vəziyyət göz önündədir. Hətta parlament seçkilərindən əvvəl də Qarabağın azərbaycanlı icması ilə görüşdən boyun qaçırıblar. Onların icmasının fəaliyyəti var ki, üzərinə düşən işlə də məşğul olsun?! O baxımdan da hələ ki bu yaxınlarda heç bir görüş gözlənilmir. Həm Ermənistan tərəfi görüşsə, nə dəyişəcək ki! Hər gün bir provokasiya işi ilə məşğul olurlar. Onlar elə bir xalqdır ki, sözlərinə inanmaq qeyri-mümkündür. Erməni icması danışsa belə, kimə arxayın olub söz deyəcək! Rəhbərləri göz qabağındadır.

-Ötən ilin aprel hadisələri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi ilə 1994-cü ildən nəzarətimizdə olan Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi tam təmin edildi. Ermənistan vətəndaşlarının Cocuq Mərcanlıya getməsi üçün  icmaya müraciət daxil olub? O baxımdan soruşuram ki, son vaxtlar Ermənistan vətəndaşlarının Azərbaycana gəlməsi hallarına tez-tez rast gəlinir.

-Əvvəla, mənə bu barədə heç bir müraciət daxil olmayıb.  Qarabağın Azərbaycanlı İcmasının rəhbəri olaraq, bu cür məsələlər hər zaman diqqətimizdə olur. Digər tərəfdən, dediyiniz kimi, Ermənistandan Azərbaycana gələnlərin sayı çoxdur. İcmanın rəhbəri olaraq ermənilərin Azərbaycana gətirilməsi işinə pis baxmıram. Dəstəkləyirəm. Lap yaxşı. Qoy gəlib  Azərbaycandakı inkişafı öz gözləri ilə görsünlər. Geri qayıdanda gördükləri mənzərəni ordakılara nəql etsinlər. Onların bura gəlməsi ən azından Azərbaycan haqqında həqiqətlərin çatdırılmasına imkan verir.

-Sizcə, bugünkü reallıqda Cocuq Mərcanlıya getmək istəyən erməni varmı?

-Düzü, indiki vəziyyətdə ermənilərin Cocuq Mərcanlıya gəlmək istəklərinin olması barədə nəsə deyə bilmərəm. Ola bilsin ki, bu istək gələcəkdə mövcud olsun. Çünki hələ Cocuq Mərcanlıda tikinti-quruculuq işləri həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri başa çatandan sonra insanlar köçüb orada məskunlaşan ərəfədə beynəlxalq təşkilatlar bir daha ora gəlnəyə maraqlı olacaqlar. O zaman ermənilərdə də kəndi görmək həvəsi baş qaldıra bilər.

-Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi hələ də həll edilməmiş qalır. Bildiyiniz kimi, bloger Aleksandr Lapşinin geri qaytarılması üçün Rusiya əlindən gələni edir. Amma digər  vətəndaşı Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı lazımi imkanlarından istifadə etmir.

-Adını çəkdiyimiz girovlar yaralı yerimizdir. Onların hər ikisi üçün Azərbaycan xalqının ürəyi yanır. Eyni zamanda, prezidentimizin girovların geri qaytarılması ilə bağlı xüsusi tapşırığı var. Sadəcə, digər işlərdə olduğu kimi, Ermənistan hakimiyyəti girovlar məsələsində də haqsızlıq nümayiş etdirir. Güman edirəm ki,  yaxın vaxtlarda girovların geri qaytarılması mümkün olacaq. Vicdanı olan azərbaycanlı girovlara görə yanmalıdır. Onlar bizim övladlarımızdır.

-İcmanın rəhbəri olaraq, yenidən girovlar məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək niyyətiniz varmı?

-Kimə müraciət edim?! Lapşinin adını çəkdiniz. Bəli, Lapşindən ötrü Rusiya özünü “cırır”. Amma, Dilqəm Əsgərova görə bir iş görmür. Rusiya, bir dəfə olsun, Dilqəmin dərdini çəkməyib. Bu, haqsızlıqdır. Bundan danışmaq lazımdır. İcmanın harasa müraciəti nəyi dəyişəcək?!

-Ötən ilin “Aprel hadisələri” qəhrəmanlıq tarixi kimi yaddaşlara hopdu. Sizcə, yeni qələbələr və ərazilər əldə etmək baxımından yenidən belə savaşlara ehtiyac varmı? Çünki sülh danışıqları zamanı hələ ki istənilən nəticə hasil olmur...

-Bilirsiniz, mən sülh istəyirəm. Dövlət başçımız da, xalqımız da sülh istəyir. Ulu öndərimiz də sülh tərəfdarı idi. Ona görə ki, müharibədə itkilər qaçılmazdır. Müharibədə  qanlı döyüşlər zamanı ölüm və itkilərin olması istisna deyil. Hansı ana istəyər ki, övladını itirsin! Yaxud da bacı qardaşını itirsin! Qadın ərini itirsin! Uşaq atasını itirsin! Əlbəttə, bunu heç kəs istəməz. Sülh yolu ilə torpaqların geri qaytarılması  mümkün olmayandan sonra, mən də müharibənin olmasını istəyirəm. Bu yolla torpaqlarımızı geri qaytara bilək. Hamı torpaqlarımızın geri qaytarılması uğrunda savaşa atılmağa hazırdır. Hər şey Ali Baş Komandanın bir kəlmə “hücum” əmrinə tabedir. Hər kəs döyüşə gedəcək.

-Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərindən olan Rusiya ilə Amerikanın maraqları bəllidir. Sizcə, bu məsələnin həll edilməsində daha çox hansı dövlət maraqlıdır?

-Hələ Moskvada olarkən Rusiyanın Qarabağa olan maraqlarını hiss etmişdim. Hadisələr başlayandan bunu bilirdim. Onlar öz maraqları səviyyəsində münaqişənin həll edilməsində maraqlıdır. Amma, Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin işinə qarışmır.

Həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlər olaraq, illərdir ki, konkret iş ortaya qoymur. Təkcə ATƏT-in Minsk qrupu olan dövlətlər deyil, özündən razı olan digər beynəlxalq qurumların işindən narazıyam. Nə qədər ki, doğma Şuşamda deyiləm, hamısının fəaliyyətindən narazı olacam. O gün onlardan razı ola bilərəm ki, doğma Şuşama qayıtmışam. BMT-nin 4 qətnaməsi, müxtəlif səpkidə olan bəyanatlar Ermənistana təsir etmək gücünə malik deyil. Hansı ki, ermənilərin günahkar, işğalçı  olduqlarını bilirlər. Dağlıq Qarabağa aid olmayan 7 rayonumuzu işğal edib. Bunu deməməklə yanaşı, ikili standart aparırlar. Bunların da hamısı Azərbaycan xalqına məlumdur.

-Aprelin 2-si Ermənistanda parlament seçkiləri keçirildi. Sizcə, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsi ön plana keçib, yoxsa, arxa plana?

-Ermənistan adında dövlət artıq yoxdur. Yalandan adı var. Ermənistan idarə olunur. Bir sıra silahlı qruplar var ki, onlar da Ermənistana rəhbərlik edirlər. Həmin Ermənistandır ki, parlamentdə prezidentliyə namizədi güllələdilər. İkinci dəfə ayrı bir namizədi güllələdilər. Həbsxanada siyasi məhbuslar öldürüldü. Bunlardan dünya çox yaxşı xəbərdardır. Amma heç birindən məlumat dərc etmirlər. Bu da ikili standartlardan, ikili siyasətdən erməniyə tərəfdaşlıq missiyasından xəbər verir. Ermənilərin mövqeyini müdafiə edirlər.

-Hətta, belə demək olarmı ki, Qarabağın erməni icması sizinlə bir araya gəlməyə cəsarət tapmır?

-Axı icmanın nəyi var ki, bizimlə üz-üzə gəlsin!  Əgər Ermənistan ATƏT-in, BMT-nin verdiyi qətnamələri icra etmirsə, Avropa Birliyi (AB) və digər siyasi qurumların dediklərinə əməl etmirsə, Qarabağın Azərbaycanlı İcmasının yazdığı bir məktubdan nə nəticə çıxaracaq?! Əgər Ermənistana “dostumuz”, “qardaşımız” Rusiya, İran kömək əlini uzadırsa, biz nə deyək?!Ona görə də icmaların görüşü nəyi həll edə bilər!

-Aprelin 24-ü “erməni soyqırımı”nın 102-ci ildönümüdür. Hər hansı nota göndərmək fikriniz varmı?

-65 yaşım var. 50 ildən çoxdur ki, qondarma soyqırımı barədə eşidirəm, amma bunlar torpaq iddiasındadırlar. Elə “soyqırımı” deyə-deyə yekəlirlər, elə də ölüb gedirlər. Sadəcə, onları müdafiə edənlərə nota göndəririk ki, “vicdan yaxşı şeydir”.

-Bu il həm də Şuşanın işğal olunmasının 25-ci ili tamam olacaq. Bir şuşalı olaraq, heç olmasa erməni icması ilə hər hansısa təmasa girməyi planlaşdırırsınızmı?

-Onlarla fikir mübadiləsi aparmağa çalışmıram. Allah qoysa, onlarla qalibiyyətə görə danışıq apararam. Təki Allah qismət etsin, qalib kimi onlarla dialoqa girim. İşğalla bağlı məsələlər 2016-cı ilin aprel ayında bitib. Bundan sonra qələbədən danışacağıq. Erməni qangördüsü olmalıdır. Çünki erməni qan görməsə sakitləşmir. Ermənistana Azərbaycan ordusu cavab verəcək. Bir ildir ki, düşmən tərəfi canfəşanlıq edib cəbhədə təxribat törətməklə məşğuldur. Başlarını qaldıran kimi Azərbaycan ordusu  cavabını verir. Yaşasın milli ordumuz!

Bir məqamı da deyim. Ermənistanda erməni icması adlı təşkilat yoxdur. Çünki onları nə maliyyələşdirən, nə də irəli çəkən hakimiyyət var. Onlar özlərini güclə dolandırır. Bir icmanı necə saxlayacaqlar! Qarabağın Azərbaycanlı İcması isə fərqlidir. Dövlət tərəfindən dəstək var. Hər cür avadanlıqla təchiz olunub. İşçilər əmək haqqı ilə təmin olunur.

 

 

Namidə BİNGÖL

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Paytaxtda restoran yanıb
19.08.2017, 01:09

Paytaxtda restoran yanıb

Mingəçevirdə naməlum kişi meyiti tapılıb
19.08.2017, 00:56

Mingəçevirdə naməlum kişi meyiti tapılıb

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO
19.08.2017, 00:44

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO

ABŞ Suriyada qalmayacaq
19.08.2017, 00:27

ABŞ Suriyada qalmayacaq

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək
19.08.2017, 00:09

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib
18.08.2017, 23:53

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib

Məktəbli formaları alanlar aldadılır - VİDEO
18.08.2017, 23:39

Məktəbli formaları alanlar aldadılır - VİDEO

Azərbaycan nefti ucuzlaşdı
18.08.2017, 23:25

Azərbaycan nefti ucuzlaşdı

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO
18.08.2017, 23:09

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir
18.08.2017, 22:48

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb
18.08.2017, 22:34

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb
18.08.2017, 22:23

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO
18.08.2017, 22:09

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib
18.08.2017, 21:56

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST
18.08.2017, 21:42

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb
18.08.2017, 21:40

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ
18.08.2017, 21:26

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ

Bakıda jurnalistlər üçün təlim keçirilib
18.08.2017, 21:12

Bakıda jurnalistlər üçün təlim keçirilib

Yeltsinin avtomobili satışa çıxarılıb
18.08.2017, 20:57

Yeltsinin avtomobili satışa çıxarılıb

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü
18.08.2017, 20:43

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı
18.08.2017, 20:30

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı

Bodrumda yenidən zəlzələ olub
18.08.2017, 20:16

Bodrumda yenidən zəlzələ olub

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü
18.08.2017, 20:02

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi
18.08.2017, 19:41

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi

Gürcüstanda azərbaycanlı həbs olunub
18.08.2017, 18:56

Gürcüstanda azərbaycanlı həbs olunub

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı
18.08.2017, 18:38

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib
18.08.2017, 18:29

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 
18.08.2017, 18:17

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 

Gəncə sakini qayadan çaya düşərək ölüb
18.08.2017, 18:09

Gəncə sakini qayadan çaya düşərək ölüb

Putin Krıma getdi
18.08.2017, 17:48

Putin Krıma getdi

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi
18.08.2017, 17:31

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi

Dənizdə batan daha 4 nəfər xilas edilib
18.08.2017, 17:29

Dənizdə batan daha 4 nəfər xilas edilib

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA
18.08.2017, 17:23

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA

Dolların 3 günlük məzənnəsi açıqlandı
18.08.2017, 17:21

Dolların 3 günlük məzənnəsi açıqlandı

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı
18.08.2017, 17:17

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50%)
SOCAR-dan(6.38%)
Lukoil-dan(17.0%)
Bunların heç birindən - başqasından(26.5%)