26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - “Gürcüstanda azərbaycanlı qadınlar siyasətdə yoxdur” - MÜSAHİBƏ
“Gürcüstanda azərbaycanlı qadınlar siyasətdə yoxdur” - MÜSAHİBƏ
13.04.2017, 11:24

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə qızların təhsildən yayınması, erkən yaşda nikaha daxil olması adi hala çevrilib. Bölgədə 14 yaşlı qızların ana olması normal hal kimi qəbul edilir. Hətta bəzi fikirlərə görə, 14-16 yaşda ərə getməyən qızlara az qala “evdə qalmış” kimi baxılır.

Halbuki, 16 yaşdan tez nikaha girmək Gürcüstanda qanunsuz hesab olunur və 17- 18 yaş arası qızların nikahı yalnız məhkəmənin qərarı ilə reallaşa bilər. UNICEF-in hesabatına görə, Gürcüstanda qadınların 14 faizi 18-dən aşağı yaşda ailə qurur. Bu kimi hallar Gürcüstanın bütün bölgələrində var, lakin azərbaycanlıların yaşadığı regionda daha çox müşahidə olunur.

Hazırda Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı vəziyyət necədir?

 

Modern.az-ın bu qəbildən olan suallarını Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər təşkilatının sədri Nərgiz Əliyeva cavablandırıb.

 

- Nərgiz xanım, bu gün azərbaycan qadını dünya arenasına çıxır, yüksək postlara yiyələnir. Gürcüstanda yaşayan azərbaycanlı xanımlarla bağlı vəziyyət necədir?

 

- Gürcüstanda yaşayan azərbaycanlı xanımlar günü- gündən cəmiyyətdə fəallaşır, evdarından tutmuş siyasətçisinə kimi, bu gün bir çox sahələrdə öz fikirini, münasibətini müəyyən yollarla çatdırır, fəallıq göstərirlər. Qadınlarımız biznesdə, ictimai həyatda, tibdə, təhsildə   bir çox sahədə uğurlu karyera qururlar . Təbii ki, müəyyən problemlər də mövcuddur.

 

- Problemlər nədən ibarətdir?

 

- Hər bir ölkədə olduğu kimi, Gürcüstanda da hazırda işsizlik problemi mövcuddur, bu problem həmçinin qadınlara ciddi təsir edir. Bundan başqa, mental dəyərlər var ki, bəzən qadınların irəli getməsinə mane olur. Bu, qadının imkanlarını çərçivəyə salıb, onu məhdudlaşdırmaq istəyidir. Belə ki, bir çoxları üçün qadın yalnız qəbul olunmuş peşəylə (müəllim, həkim, konditer və s.) məşğul ola bilər. Cəmiyyətin bəzi nümayəndələri qadını siyasətdə, ictimaiyyət arasında və digər sahələrdə görmək istəmir. Mən çox istərdim ki, siyasətçi qadınlarımız meydana çıxsın, hüquqşünas qadınlarımız artsın, jurnalist qızlarımız gürcü mediasında görünsün, bir sözlə, qadınımızın səsi hər yerdən müsbət mənada gəlsin. Qadının bacarmadığı iş yoxdur, qadın güclü olmalıdır ki, ona inanmayanlara və cəmiyyətə özünü sübut etsin.

 

-  Belə fikirlər var ki, Gürcüstanda yaşayan azərbaycanlı qızlarımız erkən yaşda nikaha daxil olur, yaxud buna məcbur edilir. Bu nədən qaynaqlanır?

 

- Erkən evlilik problemi mövcuddur, lakin təkcə Gürcüstanda yaşayan azərbaycanlılar arasında deyil, bütün dünyada bu problem var. Dinindən, millətindən asılı olmayaraq bu bəla bütün dünyanı götürüb.

 

- Erkən nikahın bütün dünyada problem olduğunu qeyd etdiniz. Nədir bunun səbəbi? 12-14 yaşlı qızlar niyə ailə qurmalı, yaxud buna məcbur edilməlidir?  Ailə basqısı erkən nikahlarda hansı rolu oynayır?

 

- Bu nikahlara bir çox səbəblər təsir edir. İstər ailənin iqtisadi durumu, istərsə cəmiyyət. Çox nadir hallarda ailənin çətin iqtisadi durumu bu qərarı verməyə  vadar edir.  Övladlarına təhsil verə bilməyən ailələr də, iqtisadi durumu daha da yaxşı olan ailələr də qızlarını erkən yaşda ailə qurmağa vadar edir. Bir çox hallarda gənclərin özləri bu qərara gəlir. Düşünürəm ki, bu cür hallara səbəb ailə ilə yeniyetmələrin arasındakı divarlardır. Məncə ana-övlad münasibətləri dostluq içərisində olmalıdır, valideynlər övladlarını nəzarətdə saxlamalıdırlar, amma bu nəzarət tam səmimiyyətə söykənməlidir. Bu problem təkcə qızlara yox, eyni zamanda oğlanlara da şamil olunur. Son zamanlar təhsilini tamamlanmamış oğlanlar da erkən yaşda ailə qururlar, adətən o ailələr tez dağılır.

 

- Erkən yaşda ailə quran xanımların problemləri nədən ibarət olur? Bu evliliyin nə kimi fəsadları ortaya çıxır?

 

- Erkən nikahın fəsadları çoxdur. Ən başlıca fəsadlardan biri də odur ki, bir qızın gəncliyi, təhsil alma imkanları, nəticədə həyatı əlindən alınır. Hər şeyin öz vaxtı və zamanı  var. İnsan həyatın hər bir hadisəsinə həm fiziki, həm də ruhən hazır olmalıdır. Bu cür problemlərin açarı təhsildir. Bu birmənalı faktdır.

On il bundan öncə Borçalıda bu problem həqiqətən də böyük  fəsadlar törədirdi. Lakin son illər təhsil sistemində ciddi islahatlar tətbiq olundu. Milli azlıqlar üçün xüsusi proqramlar yarandı, imtiyazlar verildi. Gürcüstanda yaşayan azərbaycanlılar bu imtiyazlardan maksimum yararlandı. Təsəvvür edin, 2006-ci ildə Gürcüstan üzrə apardığımız sorğu nəticəsində ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin sayı 25-dən az idi. Onlardan 1-2 nəfəri qız idi. Bu fakt bizi dəhşətə gətirdi. Bu gün yuxarıda sadaladığım islahatlardan sonra, eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR Georgia) Gürcüstanda təhsil alan tələbələrə maddi yardım göstərməsi, həmçinin, tətbiq edilən təqaüd proqramlarının təsiri sayəsində Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrin sayı 3000-dən çoxdur. Onların 60%-i qızlardır. İndi özünüz deyin, oxumağı seçən bu qızlar erkən nikaha düçar olubmu? Məncə rəqəmlər bizim əvəzimizə danışır.

 

- Bu ilin fevral ayındaAvropa Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi. Maraqlıdır, bu qərardan sonra Borçalıdan olan gənclər üçün hansı fürsətlər yarandı?

 

- Gürcüstandan Avropaya açılan qapıları, vizasız gediş-gəliş haqqı hər bir vətəndaşı sevindirdi. Biz illərdi bu qərarı gözləyirdik. Biz dövlətimizlə bir daha bu imkanlara görə fəxr etdik. İnandırım sizi, o qərar çıxan günlər ölkəmizdə bayram idi. Zamanında bu ideya bizim üçün bir xəyal idi, lakin addım-addım biz bu xəyalı gərçəkləşdirdik. Təbii ki, bir Gürcüstan vətəndaşı olaraq biz də bu imkanlardan istifadə edəcəyik. İlk növbədə Avropaya səyahət, bir turist olaraq gənclərimizin dünyagörüşünün artmasına kömək edəcək. Hər bir şəhər bir tarix daşıyıcısıdır, gənclər şəhərlərlə yanaşı, Avopa insanını tanıyacaq.  Bu, eyni zamanda təhsil imkanlarıdır, Avopa ölkələrində təhsil almaq şansı bizim övladlarımız və gənclərimiz üçün əla fürsətlər yaradacaq. Həmçinin, biznes imkanları da əhalinin iqtisadi durumunu yaxşılaşdıracaq. Bizim məhsulların Avropa bazarına çıxması həm də bizi dünyaya tanıdacaq. Bir sözlə, Avropaya açılan qapılar günü-gündən çiçəklənən Gürcüstanı yalnız uğura aparan yola işarədir.

 

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26.06.2017, 11:33

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26.06.2017, 11:17

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26.06.2017, 11:12

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

26.06.2017, 11:07

16 məzun buraxılış imtahanlarından qovuldu

26.06.2017, 10:28

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26.06.2017, 10:13

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26.06.2017, 10:07

"Bəzi dövlətlər Azərbaycanda dini qarışıqlıq salmaq istəyirlər"

26.06.2017, 10:05

Şəhid ailələri, Qarabağ əlilləri üçün sonuncu iftar süfrəsi açılıb

26.06.2017, 10:03

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

26.06.2017, 09:53

Azərbaycan məscidlərində bayram namazı qılındı

26.06.2017, 09:47

Ermənistan cəbhədə təxribatı davam etdirir

26.06.2017, 09:43

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

26.06.2017, 09:36

İmişlidə bir nəfər Araz çayında itkin düşüb

26.06.2017, 09:33

Göyətəsində 150 turist olan qayıq batdı: 6 nəfər boğuldu, 31 nəfər itkin düşdü

26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

26.06.2017, 00:32

MÜDAFİƏ NAZİRLƏRİMİZ -  Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...  

25.06.2017, 23:35

99 il öncə yaradılan MİLLİ ORDU  

25.06.2017, 23:02

Azərbaycanın ilk hərbi naziri - Qarabağın general-qubernatoru

25.06.2017, 22:31

Arif Quliyev: “Bir oğlum vaxtsız vəfat edi, o biri oğlum da əlil oldu”

25.06.2017, 22:18

İraqlı turist Bakıda öldü

25.06.2017, 22:06

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25.06.2017, 21:41

Azərbaycan Qran-Prisinin qalibi: "Bakı trasını çox bəyənirəm”.

25.06.2017, 21:26

Konfederasiyalar Kuboku: bütün yarımfinalçılar məlum oldu  

25.06.2017, 21:14

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI  

25.06.2017, 21:07

Almaniya hökuməti Ərdoğanın mühafizəçilərinə qadağa qoydu  

25.06.2017, 20:46

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib  

25.06.2017, 20:30

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.43%)
- Dənizə gedə bilmirik(20.7%)
- Səhhətimizə mənfi təsir edir(18.8%)
- Əhvalım xoşallanır(9.43%)
- Məhsul qıtlığı yaranır(15.0%)
- Təsərrüfatıma ziyan dəyir(3.77%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.6%)