Modern.az

Jurnalist Yasamalın icra başçısını məhkəməyə verəcək - VİDEO

Jurnalist Yasamalın icra başçısını məhkəməyə verəcək - VİDEO

Media

13 Aprel 2017, 12:20

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev dünən “Sovetski” adlanan ərazidə jurnalistin peşə fəaliyyətini icra etməsi zamanı ona qarşı kobudluq edib. 

Belə ki, ann.az-ın xanım əməkdaşı Fərqanə Novruzova icra başçısından “Sovetski”  sökülən məscidlə bağlı açıqlama almaq istəsə də, bu,  mümkün olmayıb. Suallara cavab verməyən icra başçısı jurnalisti itələyib.

 

Modern.az saytı məsələ ilə bağlı icra başçısının özü ilə əlaqə saxlamağa çalışsa da, cəhdlərimiz baş tutmadı. Bu səbəbdən də icra başçısının I müavini Səməd İslamova müraciət etdik.

 

S.İslamov Modern.az-a açıqlamasında hadisə barədə məlumatsız olduğunu dedi:

 

“Başçının jurnalistə qarşı etdiyi kobudluq barədə heç bir məlumatım yoxdur. Mən həmin vaxt başqa məsələ üçün ərazidə olmuşam. Yəni həmin an icra başçısının yanında deyildim. Ona görə də fikir bildirə bilmirəm”.

 

I müavin məsələ ilə bağlı mətbuatda yayılmış videonu da izləmədiyini deyib.


Jurnalist F.Novruzova isə bildirib ki, o, hadisə ilə bağlı məhkəməyə və prokurorluğa şikayət edəcək: “Mən kameramı qaldırıb çəkirdim, bir tərəfdən də sual verirdim. İcra başçısı əli ilə kameramı necə itələdisə, sillə kimi dəydi üzümə kamera".

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...