Modern.az

Qobustan həbsxanasına qəfil başçəkmə

Qobustan həbsxanasına qəfil başçəkmə

13 Aprel 2017, 20:41

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustanda yerləşən həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən iki günlük planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, başçəkmə çərçivəsində müəssisənin ömürlük azadlıqdan məhrumetmə cəza növündə, məhkəmə qərarı əsasında cəzasının bir hissəsini həbsxana rejimində çəkən məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına və digər obyektlərə baxışlar keçirilib. Bu zaman saxlanılma şəraiti, tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

 

Müəssisənin bəzi rejim korpuslarının kameralarında və cərimə təcridxanasında qidalanma və saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib.

 

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər fərdi qaydada dinlənilib, şikayətləri, qaldırdıqları məsələlər, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri üzrə sənədləşmə araşdırılıb.

 

Bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək qəbul edilib. Onlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib. Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

 

Başçəkmənin nəticəsi və məhkumların müraciətlərinin təmin olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq. 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir