Modern.az

Kosmosda seks mümkündürmü?

Kosmosda seks mümkündürmü?

13 Aprel 2017, 23:47

Geridə qoyğumuuz kosmonavtika günü (12 aprel) münasibətilə Avropa mətbuatı kosmik məkanda intim əlaqə ilə bağlı məsələyə toxunublar. Fransanın “Le Figaro” qəzetinin əməkdaşı Milen Berto kosmik fəzada seksin mümkün olub-olmaması ilə bağlı araşdırma məqaləsi yazıb.

 

“Kosmonavtlar sekslə məşğul olurmu? Bu məsələ çox önəmlidir. Çünki başqa planetlərin məskunlaşdırılması həm texniki, həm də maliyyə baxımından mümkün olmağa başlayır. Bəs bizim cinsi orqanlarımız məskunlaşma ambisiyalarımıza uyğundurmu?”

 

“İnsan övladı Yer kürəsindən başqa hansı məkanda intim münasibətdə olub? ABŞ kosmonavtları bu suala “yox” cavabı verir. Lakin Rusiya tərəfdən buna “hə” cavabı verilib. Belə ki, 1982-ci ildə Sovet Kosmik Araşdırmalar Mərkəzi “Salyut-7” kosmik stansiyasında qadın və kişi kosmonavtlar arasında cinsi əlaqəyə cəhdin olduğunu etiraf etmişdilər.

 

Qadın kosmonavt Svetlana Savitskaya stansiyadakı digər həmkarları Leonid Popov yaxud Aleksandr Serebrovdan biri ilə intim münasibətə girməyə çalışmışdı. Onlardan hansı ilə? Təəssüf ki, bu məlum deyil, Svetlana Savitskaya müsahibələrində bu sualdan həmişə qaçır.

 

 

Öz işçilərindən cinsi əlaqəyə girərək bunu təcrübə məqsədi ilə müşahidə etmək ixtiyarı olmadığı üçün kosmik stansiyadakı tibb personalı siçan, balıq və təkhüceyrəli amöblərdən çəkisizlik şəraitində intim əlaqəyə girmə proseslərini sınaqdan keçirib.

Yalnız 5 heyvan növü çəkisizlik şəraitində cütləşə bilib. Yerin cazibə qüvvəsinin olmaması cinsi aktı çətinləşdirir. Məsələn, meyvə qurdları çəkisizlik şəraitində özlərinə cinsi partnyor tapmaq üçün Yerdəkindən 2 dəfə çox vaxt sərf edirlər.

 

Kosmik məkan həm kişi, həm də qadın hormonlarına təsir edir. Bundan başqa, heç rüşeymin çəkisizlik şəraitində mövcudluğu da tədqiq olunmayıb. Digər tərəfdən, atmosfer qatı və maqnit sahəsi hesabına kosmik şüalanmadan qorunduğumuz halda, kosmosda insanın DNT-si genetik dəyişikliyə məruz qala bilər və nəsildən-nəsilə keçə bilər. Belə olan halda, çox az insan Yer planetini tərk edib başqa planetə məskunlaşsın.

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir