Modern.az

Milli Məclis bu gün 39 məsələyə baxacaq

Milli Məclis bu gün 39 məsələyə baxacaq

14 Aprel 2017, 09:04

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək.

 

Modern.az saytı Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasın gündəliyinə 39 məsələ daxil edilib.

 

İclasda Hesablama Palatasının 2016-cı il üzrə hesabatı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

 

Gündəlikdə bir sıra qanunlara da dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

 

1. "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında"  qanuna dəyişiklik;

 

2. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında"  qanuna dəyişiklik;

 

3.  "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında" qanuna dəyişiklik;

 

4.  "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişiklik;

 

5. "Ətraf mühitin mühafizəsi haqqında" qanuna dəyişiklik;

 

6.  "Geodeziya və kartoqrafiya haqqında" qanuna dəyişiklik;

 

7.   “Enerji resuralarından istifadə haqqında" qanuna dəyişiklik;

 

8.   "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik;

 

9.  Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;

 

10.  "Məktəbəqədər təhsil haqqında"

 

11. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

 

12.   "Qaz təchizatı haqqında" qanuna dəyişiklik;

 

13.  "Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik;

 

14. "Yanğın təhlükəsizliyi haqqında" qanuna dəyişiklik;

 

15. "Dərman vəsaitləri haqqında" qanuna dəyişiklik;

 

16. "Fitosanitar nəzarəti haqqında" qanuna dəyişiklik;

 

17.  "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanuna dəyişiklik;

 

18. "Çayçılıq haqqında" qanuna dəyişiklik;

 

19. "Üzümçülük haqqında" qanuna dəyişiklik;

 

20. "Taxıl haqqında" qanuna dəyişiklik;

 

21. "Yeyinti məhsulları haqqında" qanuna dəyişiklik;

 

22. "Toxumçuluq haqqında" qanuna dəyişiklik;

 

23. "Telekommunikasiya haqqında" qanuna dəyişiklik;

 

24. "Avtomobil yolları haqqında" qanuna dəyişiklik;

 

25. "Texniki təhlükəsizlik haqqında" qanuna dəyişiklik;

 

26. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik;

 

27.  "Standartlaşdırma haqqında" qanuna dəyişiklik;

 

28. "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna dəyişiklik;

 

29. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanuna dəyişiklik;

 

30. "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik;

 

31. "Reklam haqqında" qanuna dəyişiklik;

 

32. "Turizm haqqında" qanuna dəyişiklik;

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi