15 dekabr 2017, Cümə
Ana Səhifə - ÖLKƏ - Azərbaycanı dünyaya tanıdan missiya
Azərbaycanı dünyaya tanıdan missiya
14.04.2017, 09:28

Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə keçirilməsini təmin edəcək

 

Azərbaycan növbəti beynəlxalq tədbir ərəfəsindədir. Qarşıdan IV İslam Həmrəyliyi Oyunları gəlir. Prezident İlham Əliyevin sərəncamı ilə bu mötəbər idman yarışının Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub.

Bu da təsadüfi deyil. Çünki Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılmış təşkilat komitələri bundan əvvəl “Eurovision” və Avropa Oyunları kimi beynəlxalq tədbirlərin təşkilini təmin edib. “Eurovision” mahnı müsabiqəsi zamanı cəmi bir il ərzində hazırlıq işləri yüksək səviyyədə yerinə yetirildi və Azərbaycana gələn hər kəs ideal təşkilatçılıq nümunəsini gördü.

Öncə onu qeyd edim ki, bu ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın respublikamızın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətimizdəki rolunun əyani təsdiqi oldu. Ötən il Konstitusiyaya edilən dəyişikliklərdən sonra təsis olunan Birinci vitse-prezidentlik vəzifəsi ali hakimiyyət məqamıdır. Dövlət idarəçiliyinin ən üstün pilləsində təmsil olunacaq Birinci vitse-prezidentin yüksək keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə malik olması, xalqın etimad mənbəyinə çevrilməsi vacib tələblərdəndir. Bu mühüm xüsusiyyətlər Mehriban xanım Əliyevanın xarakterində və fəaliyyətində bütünlüklə əksini tapıb. Bu mənada Mehriban xanım Əliyeva siyasi-ictimai fəaliyyəti ilə bu vəzifəyə ən layiqli namizəd olduğunu çoxdan təsdiq etmişdi. Odur ki, Prezident İlham Əliyevin bu təyinatı cəmiyyətimizin bütün təbəqələrində rəğbətlə qarşılandı.


Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti kifayət qədər əhatəlidir. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı kimi vəzifələrdə Azərbaycan cəmiyyəti ölkəmizin birinci xanımından dövlətimiz və xalqımız naminə əzmkar və yorulmaz fəaliyyət görüb. Lakin hesab edirəm ki, Mehriban xanım Əliyevaya həm Azərbaycan cəmiyyətində dərin ehtiram qazandıran, həm də onu dünya ictimaiyyətinə daha yaxından tanıtdıran mühüm cəhəti xeyriyyəçiliyi, qayğıkeşliyi, insanlara təmənnasız yaxşılığı, vətəndaşların sosial məsələlərinə olduqca həssas münasibətidir. Başqa cür ola bilməzdi, çünki Azərbaycan qadını məhz bu cür mənəvi keyfiyyətlərin daşıyıcısı və tərənnümçüsüdür. Təsadüfi deyil ki, 2004-cü ildə yaradılan Heydər Əliyev Fondunu Azərbaycan və onun hüdudlarından kənarda xeyirxahlıq məbədi kimi tanıyırlar. Məhz Mehriban Əliyevanın təşəbbüsləri ilə ötən 13 ildə fond əhalinin daha çox sosial qayğıya ehtiyacı olan təbəqələrinə yönəlmiş onlarla layihə və proqram həyata keçirib. Son illər ölkəmizin dörd bir yanında geniş vüsət alan xəstəxana tikintisində, diaqnostika və müalicə mərkəzlərinin, talassemiya və digər müxtəlif xəstəliklərdən müalicə olunan uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, uşaq evlərinin, internat məktəblərin, uşaq bağçalarının yenidən qurulmasında biz Mehriban Əliyevanın əzmkarlığını, Prezident İlham Əliyevin sosial siyasətinə dəstəyini görürük. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası”, “Talassemiyasız həyat naminə” kimi proqram və layihələr ölkəmizdə həyata keçirilən sosial siyasətin daha dolğun məzmun kəsb etməsində özünü göstərir.

Mehriban Əliyevanın müəllifi olduğu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurlu icrası nəticəsində Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafında inqilabi dəyişikliklərə imza atıb. Proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir.

2014-cü ildə isə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının təqdimatı olub. Təbii ki, icra edilən digər layihələr kimi, bu layihə də uğurlu olacaq, ölkəmizdə sosial problemlərin həllinə öz köməyini göstərəcək. Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda təbii fəlakət nəticəsində dağılan qızlar məktəbinin yenidən tikilməsi isə iki ölkə arasındakı strateji tərəfdaşlığa və ümumən müsəlman həmrəyliyinə Heydər Əliyev Fondunun böyük töhfəsi idi.


Doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşılmasını, onların sosial problemlərinin həllinə diqqət göstərilməsini, ümumiyyətlə, cəmiyyətin diqqətini bu məsələyə cəlb etməyi Mehriban Əliyeva özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir.

Tarixi və dini abidələrin bərpasında Mehriban xanım Əliyevanın əzmkarlığını, təhsilimizin inkişafına, milli genofondumuzun qorunmasına xidmət edən əsl vətəndaşlıq missiyasını görürük. Mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi də Mehriban xanım Əliyeva özünün vətəndaşlıq borcu hesab edir.

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkil etdiyi beynəlxalq səviyyəli tədbirlər - festivallar, konsertlər, sərgilər mədəniyyətimizin təbliğatçısına çevrilib. Mehriban Əliyevanın xalq musiqisinin, bənzərsiz muğamlarımızın inkişafındakı xidmətləri günümüzlə səsləşən addımlardır. O, ilk Azərbaycan qadını olaraq UNESCO kimi mötəbər beynəlxalq təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.

Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Fransada, İtaliyada və digər Avropa ölkələrində həyata keçirilən tədbirlərdə Azərbaycan həqiqətləri uğurla dünyaya çatdırılır. Bütün bunlar erməni yalanlarının sistemli şəkildə ifşa olunmasına, Xocalı soyqırımının tanınmasına, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla reallaşmasına dəstək verir.


Tolerantlıq və multikulturalizm məsələləri də Mehriban Əliyevanın fəaliyyətində başlıca yer tutur. Bu da ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin bir hissəsi siyasətlə bağlıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini olan Mehriban Əliyeva həm də 2005-ci, 2010-cu və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Azərbaycan-ABŞ və Azərbaycan-Fransa parlamentlərarası işçi qruplarının sədri kimi Azərbaycanın bu ölkələrlə əlaqələrinin inkişafına böyük töhfələr verib. Bu illər ərzində Mehriban Əliyeva Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərib. “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” - deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut edib ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsünü göstərməsidir. Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyevin humanist siyasətinə sədaqət nümayiş etdirərək ulu öndərin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə parlamentdə amnistiya edilməsi barədə qərarlar qəbul olunub. Bu nəcib təşəbbüslər və hər bir amnistiya aktı geniş ictimai dəstək alaraq böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyıb. Bu amnistiya aktları ümumilikdə 40 mindən artıq şəxsə şamil olunub.

2005-ci ildən bu günədək Xəzər rayonunda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınıb. Bütün görülən işlərin mayasında Mehriban Əliyevanın vaxtilə bu ərazilərdən seçilmiş deputat kimi əzmkarlığı, işgüzarlığı dayanır.


Bunlarla yanaşı, Mehriban xanım Əliyeva dövlət başçısının ona həvalə etdiyi bütün vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, I Avropa Oyunlarında da Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu. Avropa Oyunları isə ilk dəfə keçirildiyindən təşkilatçılıqla bağlı normativlər, standartlar yox idi. Amma cəmi iki il yarım ərzində Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi Olimpiya Oyunları səviyyəli bir yarışmanın keçirilməsini təmin edən nümunəvi fəaliyyət həyata keçirdi. Bu dəfə də Azərbaycan yüksək təşkilatçılığı ilə dünyaya səs saldı, ölkəmizə gələn hər kəs qısa müddətdə görülmüş işlərə heyran qaldı. Sanki bütün Avropa Azərbaycanı yenidən tanıdı. Avropa Oyunlarından sonra Mehriban Əliyevanın ölkəmizin ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması onun haqqı idi. Bu, Azərbaycan dövlətinin Mehriban xanım Əliyevanın fəaliyyətinə və xalqımız qarşısındakı xidmətlərinə verdiyi yüksək qiymətin göstəricisidir.

Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə keçirilməsini təmin edəcək. Çünki bundan əvvəlki tədbirlərlə böyük təcrübə əldə olunub. Uğurların əsasını təşkil edən əsas şərt Mehriban Əliyevanın öz işinə məsuliyyətli və fədakar yanaşmasıdır. Ona görə Mehriban Əliyeva həm “Eurovision” mahnı yarışmasında, həm Avropa Oyunlarında olduğu kimi, Prezident İlham Əliyevin etimadını yüksək səviyyədə doğruldaraq ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə növbəti böyük töhfə verəcək.

 


Eldar QULİYEV,
Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini,
iqtisad elmləri doktoru,  professor

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Düşmən mövqelərimizi 128 dəfə atəşə tutdu
15.12.2017, 09:57

Düşmən mövqelərimizi 128 dəfə atəşə tutdu

Araqdan zəhərlənən 52 yaşlı kişi öldü
15.12.2017, 09:45

Araqdan zəhərlənən 52 yaşlı kişi öldü

Rafiq Hüseynovun xanımı: “Onun ən böyük arzusu yarımçıq qaldı...”   
15.12.2017, 09:42

Rafiq Hüseynovun xanımı: “Onun ən böyük arzusu yarımçıq qaldı...”  

Samur çayı üzərindəki körpünün bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək
15.12.2017, 09:31

Samur çayı üzərindəki körpünün bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək

Siyasi partiyaların 2018-ci ildən GÖZLƏNTİLƏRİ   
15.12.2017, 09:28

Siyasi partiyaların 2018-ci ildən GÖZLƏNTİLƏRİ  

Deputatların mandatdan məhrum edilməsi qaydası DƏYİŞİR
15.12.2017, 09:20

Deputatların mandatdan məhrum edilməsi qaydası DƏYİŞİR

Elimizin və elmimizin ağsaqqalı - Akademik Həsən Əliyev
15.12.2017, 09:10

Elimizin və elmimizin ağsaqqalı - Akademik Həsən Əliyev

Azərbaycanlı astroloqun 2017-ci ildəki iddiaları: doğrular və yalanlar...
15.12.2017, 09:01

Azərbaycanlı astroloqun 2017-ci ildəki iddiaları: doğrular və yalanlar...

Bakıda dərsdən qayıdan qızı maşın vurub öldürdü 
15.12.2017, 08:39

Bakıda dərsdən qayıdan qızı maşın vurub öldürdü 

Əllillərlə bağlı səs-küylü qanun layihəsi parlamentin yaz sessiyasına qaldı   
15.12.2017, 08:37

Əllillərlə bağlı səs-küylü qanun layihəsi parlamentin yaz sessiyasına qaldı  

Milli Məclis 39 məsələni müzakirəyə çıxarır   
15.12.2017, 08:33

Milli Məclis 39 məsələni müzakirəyə çıxarır  

Dollar bu gün neçəyə satılır?
15.12.2017, 08:17

Dollar bu gün neçəyə satılır?

Dilqəm Əsgərovla Şahbaz Quliyevdən yeni xəbər var
15.12.2017, 00:59

Dilqəm Əsgərovla Şahbaz Quliyevdən yeni xəbər var

Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini artırır
15.12.2017, 00:45

Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini artırır

Rəsulzadənin xanımı barəsində təəccübləndirici fakt: “O, elə-belə adam deyil”
15.12.2017, 00:29

Rəsulzadənin xanımı barəsində təəccübləndirici fakt: “O, elə-belə adam deyil”

Xəzərdə 10 neftçinin itkin düşməsi ilə nəticələnən faciədən 1 il ötür
15.12.2017, 00:07

Xəzərdə 10 neftçinin itkin düşməsi ilə nəticələnən faciədən 1 il ötür

Spirtli içki qəbul edən şəxs xəstəxanaya düşdü
14.12.2017, 23:51

Spirtli içki qəbul edən şəxs xəstəxanaya düşdü

Vertolyot qəzasında 4 nəfər öldü
14.12.2017, 23:41

Vertolyot qəzasında 4 nəfər öldü

İran qarşı beynəlxalq koalisiya yaradılır
14.12.2017, 23:26

İran qarşı beynəlxalq koalisiya yaradılır

Azərbaycan nefti bir az da ucuzlaşdı
14.12.2017, 23:12

Azərbaycan nefti bir az da ucuzlaşdı

Azərbaycanda "halal otel"lər açılacaq - Video
14.12.2017, 22:55

Azərbaycanda "halal otel"lər açılacaq - Video

Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğuldu
14.12.2017, 22:31

Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğuldu

Biznesə çevrilən hobbi - Video
14.12.2017, 22:20

Biznesə çevrilən hobbi - Video

“Qətər Azərbaycanın problemlərinin həllində mühüm rol oynayıb”- Kəmaləddin Heydərov
14.12.2017, 22:06

“Qətər Azərbaycanın problemlərinin həllində mühüm rol oynayıb”- Kəmaləddin Heydərov

Avtobusla qatarın toqquşması nəticəsində 4 məktəbli öldü
14.12.2017, 21:54

Avtobusla qatarın toqquşması nəticəsində 4 məktəbli öldü

“Yenə də xəstəxanadayam, nə zaman buraxacaqlarını bilmirəm”-Ramiz Əzizbəyli
14.12.2017, 21:45

“Yenə də xəstəxanadayam, nə zaman buraxacaqlarını bilmirəm”-Ramiz Əzizbəyli

“Yataq”ları dünyaya bəyan olan MƏŞHURLAR
14.12.2017, 21:28

“Yataq”ları dünyaya bəyan olan MƏŞHURLAR

Türkiyə  “S-400” kompleksləri ilə bağlı sazişi bu həftə imzalaya bilər
14.12.2017, 21:14

Türkiyə  “S-400” kompleksləri ilə bağlı sazişi bu həftə imzalaya bilər

38 İŞİD üzvü edam olundu
14.12.2017, 20:58

38 İŞİD üzvü edam olundu

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi
14.12.2017, 20:43

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Türkiyə XİN saytında Şərqi Qüdsü Fələstinin paytaxtı kimi göstərdi
14.12.2017, 20:29

Türkiyə XİN saytında Şərqi Qüdsü Fələstinin paytaxtı kimi göstərdi

“Azərbaycan əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir”- Robert Sekuta
14.12.2017, 20:16

“Azərbaycan əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir”- Robert Sekuta

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
14.12.2017, 20:03

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

12 yaşlı uşaq inəklə toqquşaraq öldü
14.12.2017, 19:51

12 yaşlı uşaq inəklə toqquşaraq öldü

Mehriban Əliyeva: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir” - YENİLƏNİB
14.12.2017, 18:56

Mehriban Əliyeva: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir” - YENİLƏNİB

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.10%)
Araz Ağalarov (16.5%)
Mübariz Mənsimov (20.8%)
Fərhad Əhmədov(17.0%)
Füzuli Məmmədov(42.6%)
Telman İsmayılov (0.16%)
İsgəndər Xəlilov(0.10%)
Vaqif Məmişov(0.05%)
Heç biri(1.61%)
Digərləri(0.80%)