27 may 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Nadir şah Əfşarın planlaşdırlan qətli...
Nadir şah Əfşarın planlaşdırlan qətli...
14.04.2017, 11:11

Görkəmli dövlət xadimi Nadir şah Əfşarın qətlə yetirilməsinin kökündə yatan əsl səbəblər bir çox hadisələr kimi tariximizdə saxta şəkildə kütləvi auditoriyaya təqdim olunub. Halbuki, bunu bilmək üçün çox da uzağa getməyə ehtiyac yoxdur. Bu qətlin nə üçün həyata keçirilməsi göz qabağındadır. Mənbələri diqqətlə araşdırarkən bu tarixi həqiqət ortaya çıxır. Rus çarizminin fıtnəkar siyasəti bir çox qiymətli dövlət adamları kimi şöhrətli tarixi şəxsiyyət olan Nadir şah Əfşarın da ölümünə səbəb olub.

1 Pyotrun vəfatından sonra Rusiyada daxili vəziyyətin pisləşməsi, hakimiyyətdaxili mübarizə bu ölkəni müvəqqəti olaraq öz işğalçılıq siysətindən əl çəkməyə vadar etdi. Məhz bu zaman Pyotr zamanında əldə edilən Kaspisahili vilayətlərdən çəkilməyə məcbur olan Rusiyanın İran ilə iki il danışıqlardan sonra (1732-ci il, yanvarın 21-də) bağladığı “Rəşt sülh müqaviləsi”nə əsasən Kürdən cənuba doğru işğal olunmuş, 1723-cü ildə “Peterburq sülh müqaviləsi”nə görə Rusiyanın nəzarətinə keçmiş “Kaspi sahili vilayətlər” adlandırılan ərazilər o şərtlə İrana qaytarıldı ki, bu müqavilənin şərtlərinə uyğun olaraq İran Türkiyəni ( müqavilədə Türkiyə nəzərdə tutulur) bu vilayətlərə buraxmamağı rəsmi şəkildə öhdəsinə götürdü. Rusiyanın bu ərazilərdən çəkilməyə məcbur olarkən yenə də qayıtmaq ehtimalı üçün siyasi-diplomatik addımları cərgəsində göründüyü kimi İranla Türkiyənin yaxınlaşmasına mane olmaq cəhdləri dayanırdı. İran və Türkiyənin bir-birinə yaxınlaşması Rusiyanın bu ərazilərdən birdəfəlik əl çəkməsi demək idi. Dili bir, dini bir, mənşəyi və mədəniyyəti eyni olan bu iki ölkənin birləşməsi yeni, nəhəng bir türk imperiyasının meydana çıxmasına səbəb ola bilərdi ki, bu da işğalcılıq nəticəsində öz ərazilərini genişləndirməyə çalışan Rusiyaya və digər türk düşmənlərinə heç vəchlə sərf edə bilməzdi. Məhz bu məkrli siyasətin qarşısını almağa çalışan İran şahı Nadir şah Əfşar özünü şah elan etdikdən bir neçə  ay keçməmiş ( mart-sentyabr) İran və Türkiyə arasında müqavilə bağlanmasına çalışırdı. O, bu danışıqların nəticəsi olaraq 1736-cı ilin sentyabrında Rusiyaya əhəmiyyət vermədən, onun iştirakı olmadan Türkiyə ilə sülh müqaviləsi bağlamağa nail oldu. Əlbəttə bunun bir tərəfi İran dövlətinin milli maraqlarına söykənirdisə də, digər tərəfi ümumtürk birliyinin yaradılması ideyasından irəli gəlirdi. Elə buna görə də Nadir şah iki türk dövləti arasında süni şəkildə siyasi maneə kimi qızışdırılan sünnilik və şiəlik məzhəblərini bir araya gətirməyə çalışırdı. Bu barədə N.Nərimanovun məşhur “Nadir şah” tarixi-faicəvi dramında tarixdən götürülmüş real hadisələrin bədii əksini görürük. Biz bu hadisənin klassik ədəbi örnəklərdə bədii ifadəsinin ədəbi üsul olaraq yazar təxəyyülü olmadığını tarixi əsərlərdə də müşahidə edirik.

 N.Nərimanovun “Nadir şah” əsərində Nadir şah iki məzhəb haqqında deyir: “Doğrusu şiə-sünni adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə”. Nadir şah bu əsərdə bunu yalnız bir şəxs olaraq deyil, həmçinin həyata keçirmək istəyən böyük təfəkkür sahibi olaraq təsvir edilir. Belə ki, o, bu barədə iranlılar və osmanlılar ilə danışıqlar aparır. İran axundu və yaxud İslam rəhbərinə bu məsələ haqqında ona kömək etməsini xahiş etmək üçün ayağına minnətci göndərən Nadir şah Osmanlı sultanına da eyni səviyyədə müraciət edir: “– Mirzə, bu saat Sultana kağız yaz ki, mən xahiş edirəm, ümumi xeyirdən ötəri iki məzhəb birləşə”.

Bu mütərəqqi addımları sayəsində Nadir şah fitnə qurbanı olub. Bu humanist addıma ciddi-cəhdlə mane olan qüvvələr Nadirin oğlunu böhtana salıb, onun gözlərinin çıxarılmasına səbəb olurlar. Nəticədə isə Nadir şah böyük mənəvi böhran keçirir və yalnız bundan sonra ona sui-qəsd olunur. Maraqlıdır ki, Nərimanov bu əsərdə məhz Nadirin facəsini təşkil edən drammatik süjet xəttini sünnilik və şiəlik məzhəblərini birləşdirməyə çalışan İran şahının arzu, istək və mübarizəsi üzərində qurmuşdur. Təsadüfi deyil ki, 1899-cu ildə yazılan bu böyük əsərin tamaşaya qoyulmasına çar senzurası yalniz 1906-cı icazə vermişdir. Bu ərəfədə məşhur 1905-07-ci illərin çar istibdadına qarşı etiraz hərəkatı baş vermiş, çar rejimi özünün saxta mütərəqqilliyini və demokratizmini göstərmək üçün qadağa qoyduğu digər hüquqlar kimi azad fikir buxovlarını müvəqqəti olaraq aradan qaldırmışdır. Bu zaman Rusiyada yaradılan ilk qanunverici orqan olan Dövlət Duması da məhz bu yalançı hümansit maska demokratiyası nəticəsində ortaya çıxmışdır. Əks halda Rusiya imperiyasının siyasi doktrinasına çevrilmiş Pyotr vəsiyyətinin əsas müddəalarından olan “sünni və şiəlik qarşıdurması”na qarşı yazılan hər hansı bir əsərə nəinki icazə verilməzdi, hətta bu ciddi təqib və təzyiqlə - rə məruz qala bilərdi. Təəssüf ki, biz N.Nərimanovun bu illərdən sonrakı siyasi fəaliyyətində bu istiqamətin məntiqi davamını deyil, rus şovinizminin Pyotr vəsiyyətinə söykənən, şəklini və rəngini dəyişmiş qırmızı siyasətinin müdafiəsini görürük.

Böyük millətçi vətəndaş mütəfəkkir M.Ə.Sabir də Nadir şahın ölümünə sünni – şiəliyin aradan qaldırılmasında atdığı ciddi addımların səbəb olduğunu göstərir və “Fəxriyyə” şerində buna ürək ağrısı ilə acıyır:

                        Nadir bu iki xəstəliyi tutdu nəzərdə,  

                        İstərdi əlac eyləyə bu qorxulu dərdə,

                        Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,

                        Məqtulən onun nəşini qoyduq quru yerdə,

                        Bir şeyi əcibiz, nə bilim, bir tühəfiz biz,

                        Öz dinimizin başına əngəlkələfiz biz.

M.Ə.Sabir bu şeirdə sünni və şiəlik məzhəblərinin İslamı parçalamasını göstərməklə bu məzhəb ayrılığının düşmənçilik səviyyəsinə gəlib çıxmasına şiddətli etiraz səsini ucaldır, bunun yalnız türk millətinin bütövlüyünə xələl gətirən bir təhlükə mənbəyi kimi aradan qaldırılmasına can atır.

                       “Bir vəqt şah İsmailü- Sultani- Səlimə,

                        Məftun olaraq eylədik İslamı dünimə.

                        Qoyduq iki tazə adı bir dini – qədimə,

                        Saldı bu təşəyyö, bu təsənnün bizi bimə...

                        Qaldıqca bu halətdə səzayi - əsəfiz biz,

                        Öz dinimizin başına əngəlkələfiz biz.

Sabir təşəyyö ( şiəlik ), təsənnü ( sünnilik ) məzhəblərinin islamdan çox sonra yarandığını bildirməklə bərabər iki türk dövlətinin məhz bu məzhəblər vasitəsilə bizim üçün İslamı ikiyə parçaladığını qeyd edərək məzhəb ayrılığının İslam dininə zidd olduğunu bəyan edir.



 Nadir şahın sünni-şiəliyi birləşdirib vahid türk dövləti yaratması istəklərinə görə qətlə yetirilməsi ilə bağlı tarixi mənbələr də çoxdur. Ancaq biz bu hadisənin gerçək səviyyədə ədəbiyyat xadimlərinin əsərlərində təsvir olunmasına diqqət çəkməyə çalışdıq.



ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru        
e-mail: atif.islamzade@mail.ru

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ronaldu “Real”dan gedir?
27.05.2018, 17:52

Ronaldu “Real”dan gedir?

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27.05.2018, 17:13

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
27.05.2018, 17:02

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı

Biləsuvarda 16 yaşlı qız intihar etdi
27.05.2018, 16:20

Biləsuvarda 16 yaşlı qız intihar etdi

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA
27.05.2018, 16:11

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27.05.2018, 16:05

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27.05.2018, 15:57

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü

Fransalı nazir UFAZ-da oldu
27.05.2018, 15:54

Fransalı nazir UFAZ-da oldu

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27.05.2018, 15:35

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27.05.2018, 15:24

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…

Makron Azərbaycana gələcək
27.05.2018, 15:18

Makron Azərbaycana gələcək

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27.05.2018, 15:08

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ
27.05.2018, 15:06

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27.05.2018, 15:01

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA
27.05.2018, 14:41

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA

Çində 6 minə yaxın məmur cəzalandırıldı
27.05.2018, 14:04

Çində 6 minə yaxın məmur cəzalandırıldı

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM
27.05.2018, 13:48

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI   
27.05.2018, 13:43

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI  

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  
27.05.2018, 13:32

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27.05.2018, 13:11

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
27.05.2018, 12:47

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…   
27.05.2018, 12:44

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…  

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO
27.05.2018, 12:22

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO

Qurban Məmmədov mühacirətə getdi
27.05.2018, 12:00

Qurban Məmmədov mühacirətə getdi

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb
27.05.2018, 11:16

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb

Fransanın xarici işlər naziri Bakıya gəlib
27.05.2018, 11:14

Fransanın xarici işlər naziri Bakıya gəlib

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti
27.05.2018, 10:40

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi
27.05.2018, 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi
27.05.2018, 10:13

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi

Ermənistan atəşkəsi 86 dəfə pozdu
27.05.2018, 09:42

Ermənistan atəşkəsi 86 dəfə pozdu

İlham Əliyevin oğlu məzun oldu - FOTOLAR
27.05.2018, 09:00

İlham Əliyevin oğlu məzun oldu - FOTOLAR

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY
27.05.2018, 00:49

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu
27.05.2018, 00:40

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu

Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA
27.05.2018, 00:12

Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA

Prezident: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"
26.05.2018, 23:57

Prezident: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.9%)
Meral Akşener (12.2%)
Rəcəb Tayyip Ərdoğan (58.2%)
Selahattin Demirtaş (1.60%)
Temel Karamollaoğlu (0.53%)
Doğu Perinçek (5.34%)