Modern.az

“...O pullar necə oldu” – Siyavuş Novruzovdan TƏNQİD

“...O pullar necə oldu” – Siyavuş Novruzovdan TƏNQİD

14 Aprel 2017, 13:24

“Dövlət büdcəsindən mənimsənilən vəsaitlərin geri qaytarılması ən ali şərtlərdən biridir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə  Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zaman deyib.

 

“Dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzanın növündən asılı olmayaraq əgər dövlət vəsaiti geri qayıtmırsa, o cəzanın nə əhəmiyyəti var?”-deyə deputat bildirib.  

Onun sözlərinə görə, kimsə qohum-əqrabasının vasitəsilə külli miqdarda pulu ölkədən çıxarsa və o vəsaitlər qayıtmayacaqsa, o cəzanın nə əhəmiyyəti var?! Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək”.

 

S.Novruzov qeyd edib ki, Hesablama Palatasına əlavə səlahiyyətlər verilməlidir: “Əgər bir yerdən siqnal daxil olursa ki, orada pozuntular var, Palataya səlahiyyət vermək lazımdır ki, oranı dərhal yoxlasın və nöqsanların qarşısını vaxtında alsın. Yoxsa biz illərlə gözləyək ki, kimsə ora süpürgə çəksin sonra biz axtaraq görək o pullar necə oldu.

 

Neçə illər banklara inam yaranmışdı, amma bəzilərinin nöqsanları nəticəsində bu gün bank sektorunda problemlər yarandı. Ona görə də bu nöqsanların qarşısı vaxtında alınmalıdır”.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı