Modern.az

Dünyanın ən təhlükəsiz ölkələrinin siyahısı açıqlandı - SİYAHI

Dünyanın ən təhlükəsiz ölkələrinin siyahısı açıqlandı - SİYAHI

Dünya

14 Aprel 2017, 13:24

Beynəlxalq İqtisadi forumu təhlükəsizlik və etibarlılıq göstəricisinə görə, dünya ölkələrinin yeni reytinqini açıqlayıb.

 

Modern.az təşkilata istinadən xəbər verir ki, hesabat “The Travel & Tourism Competitiveness Report 2017” adını alıb. Əsas parametrlər kimi cinayətkarlığın səviyyəsi, terrorizm və hərbi konfliktlər əsas götürülüb.

 

Reytinqdə 136 ölkə arasında Azərbaycan təhlükəsizlik səviyyəsinə görə 35-ci pillədə qərarlaşıb. Digər ölkələr arasında Gürcüstan (29-cu), Rusiya (109-cu), Ukrayna (127-ci) pillədə yer tutub. Ən təhlükəsiz ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya və İslandiya olub.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!