Modern.az

İTV-nin Yayım Şurasına üç yeni üzv seçildi - ADLAR

İTV-nin Yayım Şurasına üç yeni üzv seçildi - ADLAR

Media

14 Aprel 2017, 13:28

Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibində dəyişikliklərə baxılıb.

Modern.az xəbər verir ki, İTV-nin Yayım Şurasında 6 illik səlahiyyət müddətinin başa çatmış üç nəfərin yerinə yeni namizədlər irəli sürülmüşdü.

Bunlar Mətbuat Şurasının namizədləri Azər Həsrət və Yadigar Məmmədli, Milli Elmlər Akademiyasının namizədi Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyasının namizədləri Həsən Cəfərov və Əli Cəfərov idi.

Milli Məclis hər təşkilatdan bir nəfər olmaqla, 3 namizədi  6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlüyünə təsdiqləyib.

Beləliklə Azər Həsrət, Muxtar İmanov, Həsən Cəfərovun namizədliyi təsdiq edilib.



Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar