Modern.az

İngilislər niyə hər şey üçün “sorry” deyir? – MARAQLI

İngilislər niyə hər şey üçün “sorry” deyir? – MARAQLI

14 Aprel 2017, 11:15

İngilislər günahkar olsa da, olmasa da hər şeyə görə  üzr istəməkləri  ilə tanınırlar.

Böyük Britaniyada ən çox istifadə edilən söz  “sorry”dir. 1000 insan arasında keçirilən sorğuya əsasən, bir ingilis gündə təxminən səkkiz dəfə, iştirakçıların səkkizdə biri  isə 20 dəfəyə qədər bu sözü işlədir.

 

Həqiqətən də ingilislər digər millətlərdən fərqli olaraq çox mu üzr istəyirlər? Bu adətin səbəbi nə ola bilər?

 

Modern.az “BBC Türkcə”yə istonadən xəbər verir ki, İngiltərədə 1600, Amerikada isə 1000 nəfərin iştirakı ilə rəsmi araşdırma aparılıb. Nəticə olaraq asqırmaq, başqasının səhvini düzəltmək və başqasına dəymək kimi vəziyyətlərdə ingilislərin amerikanlara nisbətən daha çox üzr istədikləri məlum olub.

 

Araşdırmaya əsasən,  iclasa və ya başqa yerlərə gec qalmaq hallarında ingilislərin yüzdə 84-ü, amerikanların isə yüzdə 74-ü üzr istəyir.

Sosial antropoloq  Keit Foks “Watching the English” (“İngilisləri izlə”) adlı kitabında bu mövzuda etdiyi araşdırmadan bəhs edib .

 

O, İngiltərənin müxtəlif bölgələrində küçədə yeriyən zaman bilərək insanlara dəyib və onların reaksiyalarını anlamağa çalışıb. Müqayisə məqsədilə başqa ölkələrdəki dostlarına da eyni şeyi etməsini tapşırıb.

 

Foksun sözlərinə görə,  ingilislər digər insanlara özləri dəyməsə də onların  yüzdə 80-i fərqində olmadan “sorry” deyib.

 

Dillər arasındakı fərqləri araşdıran dil mütəxəssisi Edvin Battistella ingilis və kanadalıların “sorry” sözünü fərqli məqsədlə işlətdiklərini bildirib. Battistellanın fikrincə, onların məqsədi üzr istəmək deyil. Sadəcə  empatiya yaratdıqlarına görə belə edirlər.

 

İngilislər tanımadıqları birinə bir şey soruşmaq və ya yanlarında oturmaq üçün də “sorry” sözü ilə yaxınlaşırlar.

 

Günay Rəsulqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı