23 yanvar 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Mənim kəndim: “Mistik güc məni özümdən aldığı üçün nə  baş verdiyini anlamırdım”- FOTOLAR
Mənim kəndim: “Mistik güc məni özümdən aldığı üçün nə  baş verdiyini anlamırdım”- FOTOLAR +
15.04.2017, 14:21

Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edirik.

 

Bu dəfə “Savalan” mistik qrupunun rəhbəri və solisti Novruz Novruzlu böyüyüb, boya-başa çatdığı Ordubaddan danışacaq. Hə, bir də onu da deyək ki, burada dediyimiz “kənd” inzibati mənada deyil, qəhrəmanın uşaqlıq vətənidir.

 

Bu inzibati ölçüdə kənd də ola bilər, şəhər də... Bizi uşaqlığın keçdiyi xəyali vətən maraqlandırır. Odur ki, Novruz müəllim böyüdüyü Ordubadın “Təbriz” məhəlləsi və onun köhnə məhəllələrində keçən uşaqlıq illərindən danışacaq.

 

Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: Novruz Novruzlu o yerləri, o illəri belə xatırlayır: 

 

Həm ordubadlı, həm “təbrizli”

 

-1960-cı ildə Ordubadın “Təbriz” məhəlləsində anadan olmuşam. Oradakı Məmməd Tağı Sidqi adına 1 nömrəli məktəbdə oxumuşam. Bütün uşaqlıq xatirələrim oralar - o məhəllə, oranı əhatə edən dağlar, elə o məktəblə də bağlıdır. İndinin indisində də müəllimlərimi görəndə özümü itirirəm. Çünki müəllimə hər zaman müqəddəs varlıq kimi baxmışıq. Onları görəndə yaddaşın o qatına varıram... Hansı qatına ki, o zaman  müəllimə əlçatmaz varlıq kimi baxardıq....

Haradansa oxumuşdum: “insan anadan olduğu, uşaqlığının keçdiyi yerə heç olmasa ildə bir-iki dəfə getməlidir”. Çünki insanın saflıq, təmizlik illəri ora ilə bağlıdır. Ümumiyyətlə, Allah bizi müəyyən bir məkanda yaradıbsa, demək, burada da hər hansı bir əlaqə, bağ var. Bu, təsadüfən ola bilməz. Mən də oralara  gedirəm. Hər dəfə uşaqlığımın keçdiyi yerləri, dağları görəndə çox kövrəlirəm.

 

Silinməyən kadr

 

-Allah ölənlərinizə rəhmət eləsin, cəmi beş yaşım olanda atam dünyasını dəyişib. Lap uşaq idim, bu səbəbdən də, atamla bağlı xatirimdə az şeylər qalıb. Bir kadr heç vaxt yadımdan çıxmır – içində atamın da olduği kadr: demək, Qurban bayramı idi, bir qurbanlıq quzu almışdıq, tut ağacına bağlamışdıq. Atam, tut ağacı və o qəşəng quzunun olduğu kadrı nədənsə heç zaman unuda bilmirəm. O zaman beş yaşım da olmazdı heç...O kadr yaddaşımdan niyə asılıb, onu da bilmirəm.

 

İlk “övliyya”, birinci “mürşid

 

-Bizi anamız böyüdüb. Özü də çox ciddi intizamla... Atasız idik, bəlkə də, pis  təsirlər altına düşməyək deyə belə edərdi. Biz də ondan yaman çəkinərdik. Heç yadımdan çıxmaz, bir dəfə evdə deməyib, “Fillər mənim dostumdur” adlı hind filminə baxmağa  getmişdim. Gələndə gördüm ki, anam əlində ağac məni gözləyir. Belə, intizam sahibiydi... Amma həm də övliyya kimi bir adam idi. Biz ailədə 4 qardaş, iki bacı olmuşuq. Ailə üzvlərimizdəki saflıq, əxlaq hamısı anamdan keçib. Hamısı da anama əsl saflığın, əxlaqın göstəricisi kimi baxar, hörmət edərdi. Böyük qardaşım çox tanınmış həkim oldu, Respublika Xəstəxanasında işləyib, Tibb Universitetində dərs deyib. Bacım əməkdar uşaq həkimi oldu. Bir qardaşım ticarəti, o biri isə yenə də tibb ixtisasını bitirdi. İndi onların dördü də haqq dünyasındadırlar. Atam kimi tez rəhmətə getdilər - 49, 50 yaşlarında... Bir bacımla mən qalmışıq... Qardaş-bacılarımın aldığı təhsil, sahibləndiyi əxlaq –hamısı anamın sayəsində olub...

 

Sehr mərkəzi, düşüncə məkanı

 

-Hər səhər yuxudan duranda Bəlkə dağına qaçardıq. Bir növ, idman edərdik. Amma məni ən çox özünə çəkən o dağdakı mağara, onun mistik gücü olardı. Gedərdim, saatlarla o mağarada oturardım. Dünya, insanlar, ölümlü-itimli həyat haqqında saatlarla düşünərdim. Oradan çıxandan sonra sanki fikirlərim durular, ruhum təzələnərdi. Gəlib mağarada özümə verdiyim sualların cavabını anamdan soruşardım. Deyərdi, “hələ uşaqsan”. Bir sözlə, cavablamazdı... Amma səhəri yenə də o dağa, o mağaraya gedərdim...

 

Uşaq qalan böyüklük

 

-Anam dünyasını erkən dəyişən atamın bir sözünü hər zaman əmanət kimi xatırladırdı: “Bir dəfə yaşa, bir dəfə öl”. Atam çox mərd, şərəfli adam olub. Anam bütün həyat tərzi ilə onun müsbətlərini bizə ötürməyə çalışırdı. Tez-tez deyərdi ki, kaş, bircə sənin konsertini görə bilsəydim... Evdə sonbeşiyi çox istəyərlər, mən də sonbeşik olmuşam. Universitetə qəbul olduğum gün sevincindən ağladı. Məndən xəbərsiz bütün qohum-qonşunu evə yığdı. Amma onda elə bir cazibə, elə bir sehr var idi ki, mən hər zaman anamın yanında uşaq oldum. Məktəb illərində də, balaca olanda da başımı onun qolları üstə qoyub yatardım, universitetə daxil olandan sonra da.

 

 

“Ölümlü-itimli dünya”

 

-Universiteti qurtardığım illər idi. Çox yaxşı tələbə olmuşdum deyə, bütün qapılar üzümə açıq idi. Rəşid Behbudov da, Gülarə Əliyeva da mənə iş təklif etmişdi. O ərəfədə -1984-cü ildə hərbi xidmətə yollandım. 1986-cı ildə qayıtdım. Böyük qardaşım ondan sonra dünyasını dəyişdi. Bu mən və bütün ailəmiz üçün çox sarsıdıcı zərbə oldu. Onun təsirindən çıxa bilmədik. Mən də uzun müddət oxumadım. Qardaşımdan sonra oxumaq istəmədim.... Amma Allahın təqdiri idi, nə etmək olardı ki... Anam qardaşımdan sonra çölə çıxanda həmişə başı aşağı gəzərdi, utanardı. Deyərdi, camaat deyər, bu necə anadır ki, o cür oğuldan sonra yaşayır. Elə o fikirlərlə də dünyadan köçdü anam.

 

Təsəvvüf yolunun işıqları- o yerlər, o insanlar

 

-Məhəllənin yuxarısında bulaq vardı. İldə bir neçə dəfə bütün məhəllə onun başına yığışar, səməni halvası bişirərdilər. Gecədən səhərə kimi hamı çay süfrəsi arxasında danışar-gülər, növbə ilə bişməkdə olan halvanı da bulayardılar. “Səməni halvasını bulamaq savabdır” deyərlər.  Bir sözlə, hamı çox mehriban idi. O vaxtın dəyərləri, bacı-qardaş, qohum münasibətləri tam-başqaydı.

Təsəvvüfə - yəni, özünüaxtarışa gedən yolun şifrələrini də mən ilk dəfə təbii ki, anamd,  daha sonra  o münasibətlərdə və bir də Bəlkə dağında görmüşəm. Hər gün dağa çıxar, mağaranın yanında oturardıq. Dağın irəlisi Araz çayı, ondan da o tərəfdə güneyli bacı-qardaşlar....

Anamdan da soruşanda belə deyərdi:”Arazdan o taydakılar sənin bacı-qardaşlarındı”  

 

Dəmiryol stansiyasından o tərəfdə-o stansiyada Bakı-Noraşen qatarı o yandan–bu yana ele hey gəlib-gedərdi. Güney tərəfdə qonşu kənd vardı. O kəndin kiçik evlərində adda-budda çıraqlar yanardı. Anam deyərdi ki, bax, onlar elə bizik. Həmin evlərdə sonradan elektrik lampaları da yandı. Amma o çıraqlar bizi o tayla, qardaş-bacılarla görüşdürən ilk bağ idi. Sonradan yolumuzun müəyyənləşməsində yardımçı olan bağ...

 

Bütövləşdirən təbiət

 

-Ordubad təbiət etibarilə başdan-başa Allah lütfüdür. Hərdən düşünürəm ki, Allah hər insanı öz doğulduğu Vətənə uyğun yaradıb. Ona görə də biz onu sevməyə, qorumağa məhkumuq. Ən çox dağları sevmişəm. İndi də ora gedəndə bir-iki saatdan sonra həmin dağları gəzib, uşaqlığıma - o saflıq illərimə baş vururam. Uşaq idim, ancaq özümdən böyüklərlə oturub-durar, onların söhbətlərinə qulaq asardım. Həmyaşıdlarımla birgə danışıb-gülməkdənsə, özümə qapanardım. Bax onda Ordubadın təbiətinə, o dağa pənah aparardım. Çin fəlsəfəsində də bu məqamlar var: təbiətdəki sükut insanla rabitədə, dialoqda olur. Bu zaman insan bütövləşir, tamlaşır.  Mən də tez-tez təbiətin səsini dinləyirəm.

 

Buxkar piri

 

-Özümə gedən yolda, özümü anlamaq yolunda mənə işıq tutan ilk məkan Buxkar piri olub. Təsəvvüfə olan sonrakı sayğımın bünövrəsini də o müqəddəs ocaq qoydu. Uşaqlıq illərində hansı toxum səpilirsə, böyüyəndən sonra o da yığılır. Yadıma gəlir, Buxkara getmək üçün 15 saatlıq yolu qət etməli idik.

 

Çünki ora yol Mehri tərəfdən idi, indi ermənilərdədir. Yeddinci imam Museyi Kazımın övladının uyuduğu pirdir. Çox güclü kəraməti  var, ermənilər də ondan çəkinərdilər. Buxkara getmək üçün xeyli yol qət edib dağın zirvəsinə çıxardıq. Zirvədən baxanda artıq ziyarətgah görünərdi. Hər hissin, hər duyğunun öz rəngi, öz ətri var. Zirvədən Buxkara baxdığım vaxt keçirdiyim duyğunun rəngini, ətrini təsvir edə bilmirəm. Amma çox mistik aurası vardı. Zirvədən də beş saatlıq yolu üzü aşağı düşüb ora çatardıq. Uşaq idim, oraya ilk səfərimdə özümdə deyildim. Mistik güc məni tamam özümdən almışdı. Nə baş verdiyini də anlamaqdan çətinlik çəkirdim. Elə indi də onu təsvir etmək mənə asan deyil.

 

Tənha dağdağan ağacı

 

-Bəlkə dağının ətəyində tək-tənha bir dağdağan ağacı vardı. O ağac da mənim üçün müqəddəs idi. Ona sığınar, “həyat nədir”, “insan bu dünyaya niyə gəlir” və s. bu kimi suallara cavablar gəzərdim.

 

Çox mistik gücü var idi o dağdağan ağacının. Bəlkə dağı  o ağacla, bayaq dediyim mağarası ilə gözəl idi. Onların hər ikisi mənim üçün özümü arama simvolları idi. Mən orada düşünərdim, daşınardım. Uşaqlıq illərimdə maddi korluq çəkməmişəm, elə tələbəlik dövründə də... Məktəbdə oxuyanda, qardaş-bacım bizə yaxşı kömək edirdi, tələbə olanda isə özüm işləyib pul qazanırdım. Hər iki halda mən düşüncənin, özü-özümü formalaşmanın korluğunu çəkmişəm bəlkə də...

 

Hə bir də o dağın lalələri var idi... Sehrli, gözəl, al lalələr. Elə bu vaxtlar həmin lalələrin qızaran vaxtıdı. Allah hamıya rəhmət eləsin, o dağdan çox adam yıxılaraq dünyasını dəyişib.  Kəklikotu, çaşır, yarpız qoxusu oralardan əskilməzdi...

 

Novruz bayramı

 

-Ordubadın Novruzu da tam fərqli, özünəməxsus olub. Nə yaxşı ki, həmin Novruzun bəzi adətləri indi də qorunur. Uşaqlığımızın silinməz illəri həm də oraların Novruzu ilə bağlıdır. Damda ocaq qalardıq, tonqal çatardıq. Üstündən adlanar, damdam-dama bir-birimizi təbrik edərdik. O zaman belə idi Ordubad evlərinin damları: şifer filan olmazdı.

 

O damlardaca yatardıq. Bilirsiniz, ulduzlar oradan necə gözəl görünərdi? Sonra “Xan oyunu” qurardılar. “Xan” meydana öz “vəzir-vəkili” ilə gələrdi. Üç gün ya məhəllə, ya kənd meydanında camaat bir arada olardı, şənlənərdi. “Xan oyunu” Ordubadda indi də qalıb.

 

Savalandan “Savalan”a

 

-“Savalan” qrupunda ifa etiyimiz mahnıların ruhu, şirəsi elə uşaqlıq saflığımızdan, o yerlərdən, o insanlardan qidalanıb. 1990-cı il 20 Yanvar hadisələrindən sonra bu yolu - irfan xəttini tutduq. Əl hər yerdən üzüləndə Haqdan yapışar.

 

Biz də Haqqa pənah apardıq. 20 Yanvar hadisələridən sonra bir neçə dəst təzə kostyumumu heç zaman geymədim. Geyə bilmədim, daha doğrusu... Onda yolumun tam başqa xəttə düşməsini daha da anladım. Sonra evə oğru girdi, o geyilməmiş kostyumlaırn hamısını yığışdırıb apardı...

 

Yol isə davam edir. Özünün eniş-yoxuşları ilə:

“Uzun, incə bir yoldayım,

Gediyorum, gündüz-gecə”

 

E.Nazimoğlu

 

                                  


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi
23.01.2018, 15:58

Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi

Azərbaycanlı akademik erməni deputatı ifşa etdi
23.01.2018, 15:45

Azərbaycanlı akademik erməni deputatı ifşa etdi

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək - ÜZVLƏR   
23.01.2018, 15:34

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək - ÜZVLƏR  

Cahangir Hacıyevə görə cəzalanan vəkil narazıdır: “Məhkəməyə müraciət edəcəm”   
23.01.2018, 15:33

Cahangir Hacıyevə görə cəzalanan vəkil narazıdır: “Məhkəməyə müraciət edəcəm”  

İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü - YENİLƏNİB
23.01.2018, 15:32

İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü - YENİLƏNİB

Milli Məclis fevralın 1-də toplanacaq: sessiyanın ilk iclasının gündəliyi
23.01.2018, 15:25

Milli Məclis fevralın 1-də toplanacaq: sessiyanın ilk iclasının gündəliyi

UNEC-in İqtisadi Araşdırmalar İnstitutu 2017-ci ili uğurla başa vurub
23.01.2018, 15:17

UNEC-in İqtisadi Araşdırmalar İnstitutu 2017-ci ili uğurla başa vurub

Lənkəranda ana və qızını öldürən şəxs TUTULDU   
23.01.2018, 15:16

Lənkəranda ana və qızını öldürən şəxs TUTULDU  

“Aprel döyüşləri”nin qəhrəman polkovniki Rahim Əliyev
23.01.2018, 15:06

“Aprel döyüşləri”nin qəhrəman polkovniki Rahim Əliyev

Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq - Dini Komitənin sədr müavini ilə MÜSAHİBƏ
23.01.2018, 15:00

Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq - Dini Komitənin sədr müavini ilə MÜSAHİBƏ

“Yəqin ki, o, diqqət çəkmək istəyib” - Məşhur cərraha görə, “özünü əməliyyat edən” həkim olayı şişirdib
23.01.2018, 14:44

“Yəqin ki, o, diqqət çəkmək istəyib” - Məşhur cərraha görə, özünü əməliyyat edən həkim olayı şişirdib

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?
23.01.2018, 14:34

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb
23.01.2018, 14:32

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

Energetika Nazirliyi icazələri “ASAN Xidmət” vasitəsilə verəcək
23.01.2018, 14:22

Energetika Nazirliyi icazələri “ASAN Xidmət” vasitəsilə verəcək

Sumqayıtda 20 top mərmisi tapıldı
23.01.2018, 14:18

Sumqayıtda 20 top mərmisi tapıldı

Azərbaycan niyə Qarabağda antiterror əməliyyatına başlaya bilmir...   
23.01.2018, 14:17

Azərbaycan niyə Qarabağda antiterror əməliyyatına başlaya bilmir...  

Bakıda adambaşına düşən yaşıllıq payı AZALIB
23.01.2018, 14:08

Bakıda adambaşına düşən yaşıllıq payı AZALIB

Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO
23.01.2018, 13:59

Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO

Erməni kilsəsi türk əsgərinə xeyir-dua verdi
23.01.2018, 13:51

Erməni kilsəsi türk əsgərinə xeyir-dua verdi

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - Ekspertlər hökumətin son qərarını şərh etdilər
23.01.2018, 13:35

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - Ekspertlər hökumətin son qərarını şərh etdilər

BP prezidenti neftin qiymətinə PROQNOZ VERDİ
23.01.2018, 13:32

BP prezidenti neftin qiymətinə PROQNOZ VERDİ

Maşın bazarında qiymətlər qalxıb
23.01.2018, 13:26

Maşın bazarında qiymətlər qalxıb

Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı
23.01.2018, 13:24

Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı

Dövlət qulluğuna qəbul üçün qeydiyyat başlayır
23.01.2018, 13:13

Dövlət qulluğuna qəbul üçün qeydiyyat başlayır

İtaliyada 45 mafioz saxlanıldı    
23.01.2018, 13:01

İtaliyada 45 mafioz saxlanıldı    

Ermənistan Qarabağ ermənilərindən pul dilənir
23.01.2018, 12:53

Ermənistan Qarabağ ermənilərindən pul dilənir

YAP-dan Şəmsəddin Hacıyevlə bağlı ittihamlara REAKSİYA   
23.01.2018, 12:46

YAP-dan Şəmsəddin Hacıyevlə bağlı ittihamlara REAKSİYA  

Sahibkarlara 5000-ci lisenziya verildi
23.01.2018, 12:40

Sahibkarlara 5000-ci lisenziya verildi

Azərbaycandan bu ay üçün nəzərdə tutulan Ümrə ziyarəti ləğv olunub
23.01.2018, 12:38

Azərbaycandan bu ay üçün nəzərdə tutulan Ümrə ziyarəti ləğv olunub

Gəlirli hamam özəlləşdirildi - Hərracın NƏTİCƏLƏRİ
23.01.2018, 12:30

Gəlirli hamam özəlləşdirildi - Hərracın NƏTİCƏLƏRİ

Sabah hava necə olacaq? - PROQNOZ
23.01.2018, 12:23

Sabah hava necə olacaq? - PROQNOZ

Bəstəkarlar Cümhuriyyətin 100 illiyinə mahnı bəstələyəcəklər?
23.01.2018, 12:19

Bəstəkarlar Cümhuriyyətin 100 illiyinə mahnı bəstələyəcəklər?

Ötən il sürücülər 29,5 milyon manat cərimə ödəyib
23.01.2018, 12:02

Ötən il sürücülər 29,5 milyon manat cərimə ödəyib

Dünyada işsizlərin sayı rekord həddə çatıb
23.01.2018, 12:01

Dünyada işsizlərin sayı rekord həddə çatıb

Qanunsuz saxlanılan silah-sursat müsadirə olundu
23.01.2018, 11:56

Qanunsuz saxlanılan silah-sursat müsadirə olundu

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42.8%)
SOCAR(12.2%)
Azersun Holding(10.2%)
Azercell(4.08%)
Bakcell(8.16%)
Nar mobile(2.04%)
Gilan Holdinq(4.08%)
Nurgun Group(2.04%)
Paşa Holding(4.08%)
Akkord(10.2%)