Modern.az

Avro dollara nisbətən bahalaşa bilər

Avro dollara nisbətən bahalaşa bilər

Dünya

16 Aprel 2017, 00:50

Fransada keçiriləcək prezident seçkilərində "İrəli" hərəkatının lideri, ölkənin keçmiş iqtisadiyyat naziri, bankir olan Emmanuel Makronun əsas rəqibi "Milli cəbhə"nin lideri Marin Le Pen ilə səs fərqini artırdığı bildirilir. Modern.az "Report"a xəbər verir ki, son rəy sorğularına əsasən, Makrona respondentlərin 24,5%-i, Le Penə isə 23%-i səs verməyə hazır olub. Le Penin səsləri son bir həftədə artmasa da, Makron səslərini 1% artırıb. Sonrakı yerlərdə isə Sol partiyanın nümayəndəsi Jan-Lyuk Melanşon və "Republikaçılar" partiyasından Fransua Fiyon gəlir. Aprelin 23-də keçiriləcək ilk turda Makron Fiyonla qalib çıxsa son turda Makronun 67% səslə qalib gələcəyi, Le Penlə qalarsa 61% səs yığacağı ehtimal edilir.

Qeyd edək ki, Le Penin avro pul vahidindən imtina etməsi barədə səsləndirdiyi fikirlər son aylar Avropanın vahid valyutasının məzənnəsinə mənfi təsir göstərib. Makronun qalib gəlməsi durumunda isə avronun məzənnəsində kəskin artım olacağı gözlənilir. Əsas valyuta cütlüyü sayılan USD/EUR nisbəti hazırda 1,06 səviyyəsində qərarlaşıb. Makronun qalib gəlməsi ilə bu nisbətin 1,09 səviyyəsinə qədər artacağı istisna edilmir. Belə olarsa dünya maliyyə bazarlarında dolların məzənnəsi digər valyutalarla müqayisədə də azalacaq. Bu halda Azərbaycanda dolların məzənnəsinin 1,7 manatdan aşağı düşəcəyi istisna deyil.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir