Modern.az

Sənət üçün sevişməyə məcbur olanlar

Sənət üçün sevişməyə məcbur olanlar

17 Aprel 2011, 11:36

Kino sektorunda rol alan qadın oyunçular (aktrisalar) üçün bəzən ən böyük çətinlik iştirak etdikləri proyektlərdəki sevişmə səhnələridir. Bir çox aktrisalar məhz belə səhnələrə görə hansısa məşhur filmə çəkilməkdən imtina edərkən, bəzi “qayda tanımayanlar” özlərini sənətə qurban verərək  sevişmə səhnələrində çəkilməyə “bəli” deyirlər.

Bəzi türk filmlərində də belə səhnələrə yer verilir və təbii ki, həmin səhnələrə çəkilməyə bir çox türk aktrisaları “yox” deyirlər. Amma çəkilməyə razı olanlar da az deyil. Modern.az-ın məlumatına görə, bu aktrisalar vaxtaşırı türk mediasında ciddi tənqidlərə məruz qalırlar.

Ekranlardan maraqla izlənilən “Yapraq dökümü” serialının əsas qəhrəmanlarından biri - Fikrət xarakteriylə izlədiyimiz Bennu Yıldırımların bir həyat qadınını canlandırdığı “Göydən üç alma düşdü” filmindəki çılpaq səhnəyə çəkilməsi az söz-sphbətə səbəb olmayıb. Yalnız 10 saniyə davam edən duş səhnəsi boyunca çılpaq olaraq görünən Bennu xanım rolu üçün soyunmaqdan çəkinməyən oyunçulardandır.
O sevişmə səhnələri barədə belə deyib: "Mən roldakı işimi icra etdim. Filmdə bir fahişəni oynamam lazım idi, mən də oyunçuyam, oyunu qaydasına görə oynadım".
"Göydən üç alma düşdü″de Nilgün xarakterini canlandıran Bunnu Yıldırımlar filmdə tək yaşayan orta yaşlarda, universitet məzunu, üsyankar bir fahişəni canlandırır.

Son zamanların ən məşhur oyunçularından olan, “Zilan” rolu ilə daha da məşhurlaşan türk aktrisası Beren Saatın seriallarda qazandığı müvəffəqiyyətilə yanaşı, onun bəzi filmlərdəki sevişmə səhnələrinə çəkilməsindən də danışılır.
“Payız sancısı” və “Gecənin qanadları” filmlərindəki sevişmə görünüşləriylə polemika mövzu olan gözəl aktrisa sevişmə səhnələrinin işinin bir parçası olduğunu deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu