26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - Hansı dövlət qurumu işçilərinə mənzil verə bilir?...
Hansı dövlət qurumu işçilərinə mənzil verə bilir?...
17.04.2017, 13:50

Hər bir vicdanlı, məsuliyyətli, zəhmətkeş işçi əməyinə qiymət verilməsini istəyir. Təbii ki, belə insanlar üçün hökumətin göstərdiyi qayğı çox önəmlidir. İşçilərini mənzillə təmin etməsi  isə onlara verilən ən böyük dəyərlərdən biridir. Azərbaycan hökuməti və onun müvafiq orqanları vaxtilə ayrı-ayrı sahələrdə çalışan əməkdaşlara mənzillər verirdi. 
Lakin indi işçilərini mənzillə təmin edən dövlət qurumlarının sayı çox azdır, hətta bəlkə də yoxdur.


Modern.az  saytı bununla bağlı  bir neçə dövlət qurumu ilə əlaqə saxlayıb, vəziyyətlə maraqlanıb.


Təsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov
bildirib ki, hələ ki nazirliyin əməkdaşlarını mənzillə təmin etmək kimi bir planı yoxdur. Onun sözlərinə görə, nazirliyin daha əvvəl də belə təcrübəsi olmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov əvvəllər əməkdaşlar üçün mənzil tikintisinin olmadığını bildirib: “Nazirlik büdcədən maliyyələşən dövlət qurumudur, ona görə də belə bir plan yoxdur. Əvvəllər də əməkdaşlar üçün mənzil tikintisi olmayıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşları və şəhid ailələrini dövlət hesabına mənzillə təmin edir.  Bunun üçün həmin şəxslər yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər.
Nazirliyin öz işçilərinə gəlincə, mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, bu vaxta qədər  əməkdaşların mənzillə təmin olunması kimi bir hal olmayıb: “Hələ ki gələcək üçün də belə bir şey planlaşdırılmır”.

Digər qurumlardan fərqli olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  əməkdaşlarını mənzillə təmin edir. Bununla bağlı  qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc  Qədirova məlumat verib. O bildirib ki, Cavid Qurbanov  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunandan sonra dəmiryolçulara  147 mənzil paylanılıb: “Ümumilikdə iki il ərzində işçilərə 147 mənzil paylanılıb. Ötən il isə iki dəfə mənzil verilib-13 oktyabr və 31 dekabr tarixlərində. Oktyabrın ayının 13-ü 37 nəfər, dekabr ayının 31-i isə 27 nəfər mənzillə təmin olunub.  Amma bu  il nə vaxt mənzil veriləcəyi haqqında hələ ki  məlumat yoxdur”.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova idmançıların mənzillə təmin olunduğunu, lakin nazirlik əməkdaşları üçün belə bir halın olmadığını deyib: “İlin sonunda idman sahəsindəki müəyyən xidmətlərinə görə bir neçə idmançıya mənzil verilir. Amma  nazirlik öz əməkdaşlarını mənzillə təmin etmək üçün yaşayış binası tikmir. Təbii ki, belə bir şeyin olması çox gözəl olardı”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, işçilərin pulsuz mənzillərlə təmin edilməsi işi 1993-cü ildən dayandırılıb: “İndi nazirlik tərəfindən hər hansı yaşayış binası tikilmir. Hazırda  bu mövzu gündəmdə deyil”.


Günay Rəsulqızı


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26.06.2017, 11:33

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26.06.2017, 11:17

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26.06.2017, 11:12

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

26.06.2017, 11:07

16 məzun buraxılış imtahanlarından qovuldu

26.06.2017, 10:28

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26.06.2017, 10:13

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26.06.2017, 10:07

"Bəzi dövlətlər Azərbaycanda dini qarışıqlıq salmaq istəyirlər"

26.06.2017, 10:05

Şəhid ailələri, Qarabağ əlilləri üçün sonuncu iftar süfrəsi açılıb

26.06.2017, 10:03

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

26.06.2017, 09:53

Azərbaycan məscidlərində bayram namazı qılındı

26.06.2017, 09:47

Ermənistan cəbhədə təxribatı davam etdirir

26.06.2017, 09:43

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

26.06.2017, 09:36

İmişlidə bir nəfər Araz çayında itkin düşüb

26.06.2017, 09:33

Göyətəsində 150 turist olan qayıq batdı: 6 nəfər boğuldu, 31 nəfər itkin düşdü

26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

26.06.2017, 00:32

MÜDAFİƏ NAZİRLƏRİMİZ -  Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...  

25.06.2017, 23:35

99 il öncə yaradılan MİLLİ ORDU  

25.06.2017, 23:02

Azərbaycanın ilk hərbi naziri - Qarabağın general-qubernatoru

25.06.2017, 22:31

Arif Quliyev: “Bir oğlum vaxtsız vəfat edi, o biri oğlum da əlil oldu”

25.06.2017, 22:18

İraqlı turist Bakıda öldü

25.06.2017, 22:06

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25.06.2017, 21:41

Azərbaycan Qran-Prisinin qalibi: "Bakı trasını çox bəyənirəm”.

25.06.2017, 21:26

Konfederasiyalar Kuboku: bütün yarımfinalçılar məlum oldu  

25.06.2017, 21:14

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI  

25.06.2017, 21:07

Almaniya hökuməti Ərdoğanın mühafizəçilərinə qadağa qoydu  

25.06.2017, 20:46

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib  

25.06.2017, 20:30

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.43%)
- Dənizə gedə bilmirik(20.7%)
- Səhhətimizə mənfi təsir edir(18.8%)
- Əhvalım xoşallanır(9.43%)
- Məhsul qıtlığı yaranır(15.0%)
- Təsərrüfatıma ziyan dəyir(3.77%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.6%)