Modern.az saytı məşhur kaman ustadı Habil Əliyevlə fotosöhbət layihəsini təqdim edir.
Habil Mustafa oğlu Əliyev 1927-ci il may ayının 28-də Azərbaycan Respublikası Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik məktəbə gedib. Həmin illərdə məşhur xanəndə və musiqi müəllimi Əhməd Ağdamski (Əhməd Bəşir oğlu Bədəlbəyli) Habilgilin evində kirayədə yaşayırdı. Əhməd Ağdamskinin yaşadığı evə vaxtaşırı musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə onlardan parçaları tarda, ya kamançada ifa edərdilər. Balaca Habil uşaq marağı ilə çalğıya qulaq asar, mənasını kəsdirmədiyi söhbətləri dinləyərdi. Elə həmin vaxtdan da Habilin qəlbinə sənətə məhəbbət közü düşmüş, günbəgün, aybaay alışıb alovlanmağa başlamışdı.
Ağdaş musiqi məktəbinə qəbul olan H.Əliyev əvvəlcə tarla maraqlanıb. Ancaq fiziki cəhətdən zəif olduğu üçün biləyi tara tab gətirməyib. Kamançanı seçib. Elə həmin vaxtdan da meylini kamana salıb.
Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra Habil pedaqoji məktəbə daxil olub. O, pedaqoji məktəbdə oxumaqla bərabər axşamlar Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram teatrında işləyib, kamança çalıb. Balaca Habil eyni zamanda Ağdaş rayon pionerlər evində rəqs dərnəyinin də üzvü idi və o, 1944-cü ildə Bakıda keçirilən baxış müsabiqəsinin qalibi olub.
H.Əliyev 1947-ci ildə Ağdaşda Pionerlər evində dərnək rəhbəri olub.
1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas Musiqi Məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb.
Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənatkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir.
1961-ci ildə Habil Əliyevin televiziyada ilk konserti olub. Onun yeni ifaçılıq texnikası ilə çaldığı "Segah"musiqisevərlər arasında geniş söz-söhbətə səbəb olub.
Habil Əliyev ğtən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapıb.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin dünyanın böyük dövlətləri olan ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Habil Əliyev sənətdə göstərdiyi xidmətlərinə görə 29 iyun 1964-cü ildə "Əməkdar artist", 11 yanvar 1978-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Dövlət tərəfindən dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub. Respublika Prezidentinin Fərdi təqaüdçüsü olub.
1954-cü ildə ailə quran sənətkarın 3 qızı, 1 oğlu, 8 nəvəsi var.
|
1942-ci il. 15 yaşındayam... |
|
Bakıda keçirilən baxış müsabiqəsində rəqs edərəm. 1944-cü il idi, mən müsabiqənin qalibi oldum. |
|
Məşhur qəzəlxan Əliağa Vahidlə. 1957-ci il. |
|
Artıq 31 yaşım var. 1958-ci ildi... |
|
Həyat yoldaşı Şərqiyyə xanımla Kislovodskiyə dincəlməyə getmişdik. 1960-cı il. |
![]() |
1961-ci ildə Suriyaya qastrola getmişdik... |
|
Üç məşhur bir arada. Solda xanəndə Yaqub Məmmədov, ortada tarzən Həbib Bayramov və mən. 1964–cü il. |
|
1968-ci il. Bir məclisdə muğam çalınır, biz xəyala dalmışıq. |
|
Ayaq üstə soldan soğa: Habil Əliyev, qızı Vəfa, qardaşı Tahir. Oturanlar soldan sağa: Şərqiyyə xanım, oğlu Rəvan, qızı Rəna, qardaşının həyat yoldaşı Solmaz xanım və qardaşı oğlu Ülvü. 1969-cu il. |
|
1971-ci il idi. Qızım Rəna və oğlum Rəvan və xanımımla Moskvadayıq. Bu da ordan bir xatirədi... |
|
Fransa. Noterdam kilsəsi qarşısında. 1972-ci il. |
|
1977-ci il. Mahir kamança ustası kimi el arasında şöhrətim artıb... |
|
Qızlarım Vəfa və Rəna ilə. 1975-ci ildə çəkilib. |
|
Bu da oğlum Rəvan. 1975-ci il. |
|
Dahi bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovla. 1982-ci il. |
|
Görkəmli bəstəkar Səid Rüstəmovla. 1982-ci il. |
|
Bu şəkil 1982-ci ildə lentə alınıb. Xalq şairi Bəxtiyar Vahabzadə və xalq artisti Şövkət Ələkbərovayla birgə... |
|
1986-cı il. Pakistanda qastroldayam. |
|
Sənət dostlarım: iki məşhur xanəndə... Solda İslam Rzayev, sağda Mais Salmanov. |
|
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovla sənətdən danışırıq. |
|
Nepaldayıq. 1987-ci il. |
|
Xalq artisti Məlik Dadaşovu təqdim etməyə ehtiyac yoxdu. 1987-ci il. |
|
İki baməzə dost... Allah Hacıbaba Bağırova rəhmət eləsin... |
|
1990-cı il idi. Tehrana qastrola getmişdim. İran jurnalisti məndən müsahibə alır. |
|
SSRİ xalq artisti Zeynəb Xanlarova ilə. İndi belə ifaçılarımız azdır... |
|
İslam dövlətlərinin incəsənət ustaları arasında. Tehran. 1991-ci il. |
|
Rəhmətlik Məmmədbağır Bağırzadə ilə yaxşı dost idik... Tez getdi həyatdan... |
|
Oğlum Rəvan. Bir ara onu da müğənni kimi telekanallarda görmüsünüz. |
|
Ümummili lider Heydər Əliyevlə. "Gülüstan sarayı". 1997-ci il. |
|
İranda çox məşhuram. İran İslam Respublikasının sabiq prezidenti Məhəmməd Xatəmi mənimlə salamlaşır... |
|
Pərəstişkarlarımın əhatəsində. Avtoqraf alırlar... |
|
Dövlətdə dəvə, övladda nəvə... Nəvələrimizlə birlikdəyik... |
|
1998-ci ildə İranda səfərdəyəm. Məşhur İran sənətkarları professor Əli Təcvidi və tarzən Cəlil Şahnaz ilə. |
|
2003-cü ildə ailəmiz üçün əziz məclislərin biri.. Şərqiyyə xanımla rəqs edərkən... |
|
Bu şəxs böyük yunan musiqiçisi Ross Dalidir. 2004-cü ildə Yunanıstandayam. |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə. "Gülüstan sarayı". 2005-ci il. |
|
Ekspromt müsahibə. 2005-ci il. |
|
Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva ilə. Dövlət Filarmoniyası. 2006-cı il |
|
Gitaraçı Rəhman Məmmədli və xalq şairi Zəlimxan Yaqubla... |
|
Kamança ruhumu qidalandırır... |
|
Sənət dostlarım... Şəkildəkilərin hamısını tanıyarsınız... |
|
Dünyanın dörd bir yanında olmuşam. Şərqiyyə xanımla Hollandiyada səfərdəyik... |
|
Ömür keçib, gün keçib, cavan olmaram bir də mən... |
Türkiyədə mikroavtobus aşdı: 16 yaralı
Moskvada şiddətli şaxtalar olacaq
Göyçayda zəncirvari qəza
Parisdə “sarı jiletlər” yürüş keçirdi
Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
Paytaxtda 180 restoran bağlandı - SƏBƏB
Məktəb direktorunu döyən “Drakon”la birgə bacısı oğlu da ittiham olunur - YENİLƏNİB
Müəllimlər də aksiyaya başladı
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi
“Qarabağ” “Qəbələ”dən 3 xal aldı
Ərdoğanla Putin apreldə yenidən görüşəcək
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı keçirdi
Anamı “cinayət işi” öldürdü
Rüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLAR
“Neolit”dəki qarşıdurmaya görə tanınmış bloqer saxlanıldı
İran yeni sualtı gəmi istehsal edib
“Qarabağ” və “Səbail” rəqiblərinə qalib gəldi
Paxıllıq izi qırmızı xətlə silinməlidir
“Real” öz meydanında məğlub oldu - Fotolar + VİDEO
Avropa Liqasının finalına 100 gün qaldı
Polis qadınları fahişəliyə cəlb edənləri saxladı - FOTO
Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
Peşə məktəblərinin şagirdləri üçün buraxılış imtahanları başa çatdı
NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
Zakir Həsənov beynəlxalq hərbi sərgidə - FOTO
Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR
Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı
Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama
"Əminəm ki, dostluğumuza heç zaman xələl gəlməyəcək” - Vitse-prezidentdən insidentə MÜNASİBƏT
Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO
Havalar 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da...”
Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...
Əmanətlərlə bağlı mühüm dəyişiklik
Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini elə sevirdilər ki...” - Əmisi DANIŞDI
Qobustanda zəncirvari qəza - xəsarət alan var
Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO
Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ
Gözlər yoldan yığılarmı... - VII YAZI
Şahzadə "Mançester Yunayted"i 4,9 milyard dollara almaq istəyir
“Barselona” “Real”a qalib gəldi
“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir
Sumqayıtda mağaza yanıb
“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq
Allah Size omur versin,Habil muallim
Amin INSHALLAH
Allah millətimizə Sizin kimi sənətkarlar qismət etsin.Allah sizə ömür versin.
HAIAI OLSUN SİZİN KİMİ USTADLARA - YARADANLARA, YAŞADANLARA , ƏHSƏN , ƏHSƏN YENƏ DƏ ƏHSƏN !!! 06.12.2011
Allah omur versin sizinkimi ustadlar ustumzden eskik olmasin sagolsun Modern.az qezeti sizleri sizin kimi ustadlari yaddaslarda yasadir tesekurler MODERN.az-a
Ustad, min yaşa.
Meqaleye gore TESHEKKURLER!
ALLAH;SIZE;OMUR;VERSIN
sizin kimi sənətkarlar bu dünyada yüzdə mində bir olur Allah sizə ömür versin Habil müəllim
Həyat nə qədər şirin imiş... Hər adam ölümlə bu qədər mübarizə apaera bilməzdi. Allah rəhmət eləsin. Təbriz. 09.09.2015
Səməd Vurğun Döydü qapımızı bir acı ruzigar, Durdu insan qəlbi, öldü sənətkar... Mənim təbiətə bir sualım var. Bumudur insanla onun ilqarı? Sən, ey bu torpağın əziz insanı, De, mizrabın hanı? Kamanın hanı? Matəmin ağlatdı Azərbaycanı, Yasinı saxlayır Qafqaz dağları. Gülən dodaqların, söylə soldumu, Düşünən beyinin torpaq oldumu, Sevgilin saçını bir-bir yoldumu, Həyata son dəfə baxdınmı barı? Adını qəlbində hər kim arasa, Bilirəm, ağlayıb batacaq yasa; Bir xəbər göndərsin Kürə, Araza Dumanlı dağların soyuq ruzigarı. Ömrünün çiçəyi birdən solsa da, Ölümün, matəmin vaxtsız olsa da, Dünya boşalsa da, dünya dolsa da, Tarix yaşadacaq sənətkarı!..
Allah rəhmət eləsin - ölkəmizin ən yüksək səviyyəli sənətkarlarından biri idi.
Şərh yaz