Modern.az

İlin ilk üç ayında inflyasiya13,2 faiz olub

İlin ilk üç ayında inflyasiya13,2 faiz olub

17 Aprel 2017, 20:09

Bu ilin yanvar-mart aylarında əvvəlki ilin yanvar-mart aylarına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,2 faiz artıb. Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, o cümlədən ərzaq məhsullarının qiymətləri 17 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,6 faiz artıb.

Ötən ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3 faiz, emal sənayesi üzrə 38,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 faiz bahalaşıb.

Bu ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,7 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,7 faiz, metal filizlərin hasilatı üzrə 5,7 faiz) ucuzlaşıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir