Modern.az

Peterburq terrorunun təşkilatçılarından daha biri saxlanılıb

Peterburq terrorunun təşkilatçılarından daha biri saxlanılıb

Dünya

17 Aprel 2017, 20:41

Moskva vilayətinin Odintsovo rayonunda Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından biri, Mərkəzi Asiya mənşəli Abror Əzimov saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata əsasən, saxlanılan zaman A.Əzimovun üzərindən tapança götürülüb. Onun artıq İstintaq Komitəsinə gətirildiyi bildirilir. Bundan əvvəl terror aktı ilə əlaqədar Sankt-Peterburqda 6 nəfər saxlanılıb.

Saxlanılanların evlərinə baxış zamanı “Ploşad Vosstaniya” stansiyasında aşkarlanan partlayıcı qurğu ilə analoji partlayıcı qurğu aşkarlanıb.

 Xatırladaq ki,  Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!