Modern.az

“Referendumla bağlı bütün müzakirələr bitib” - Ərdoğan

“Referendumla bağlı bütün müzakirələr bitib” - Ərdoğan

Dünya

17 Aprel 2017, 21:11

Türkiyədə keçirilən referendumdan sonra ilk dəfə Ankaraya gələn prezident Rəcəb Tayyib Ərdoğan vətəndaşlara müraciət edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki,

R.T.Ərdoğan referendumda iştirak edən hər kəsə təşəkkür edib: “Dəyişikliklərin lehinə 25 milyon 225 min səs verilib. Artıq referendumla bağlı bütün müzakirələr bitib. Buradan necə səs verməsindən asılı olmayaraq seçkiyə gedərək səs verən hər kəsə təşəkkür edirəm. "Hə" deyənlərə isə bu dəyişikliyə verdikləri dəstəyə görə, xüsusilə təşəkkür edirəm. Partiyaları "hə" qərarı versə də, referendumun əleyhinə çıxan vətəndaşları da anlayışla qarşılayıram. Demək ki, konstitusiya dəyişikliyinin əhəmiyyətini lazımi qədər çatdıra bilməmişik. Amma artıq irəli baxmalıyıq və prezident kimi fəaliyyətimə davam edəcəyəm. Dayanmaq yox, yola davam etmək lazımdır".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir