Modern.az

Türkiyə XİN: “ATƏT-in referendumla bağlı rəyi qəbuledilməzdir”

Türkiyə XİN: “ATƏT-in referendumla bağlı rəyi qəbuledilməzdir”

Dünya

17 Aprel 2017, 21:36

“ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəy qəbuledilməzdir. Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək reallıqdan uzaqdır”. Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

Türkiyə XİN-in bəyanatında daha sonra bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz  ola bilməyib. 

Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun  Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!