Modern.az

ABŞ Şimali Koreyada rejim dəyişikliyinə çalışmır

ABŞ Şimali Koreyada rejim dəyişikliyinə çalışmır

17 Aprel 2017, 22:46

“ABŞ Şimali Koreya ilə münaqişədə maraqlı deyil”.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean regionu üzrə köməkçisinin vəzifələrini icra edən Syuzan Tornton bildirib.

Onun sözlərinə görə, ölkəsi Şimali Koreyada rejim dəyişikliyinə çalışmır: “Biz qətiyyən münaqişə axtarmırıq və rejim dəyişikliyi istəmirik, lakin xalqımızı və müttəfiqlərimizi, lazım gələrsə, müdafiə etmək niyyətindəyik. Düşünmürəm ki, ABŞ, yaxud onun müttəfiqləri BMT TŞ-nin qətnamələini pozur və öhdəliklərindən imtina edərək, hərbi zərbə ilə hədələyir”.

O, həmçinin əlavə edib ki, ABŞ Şimali Koreyaya iqtisadi təzyiqin artırılmasının müxtəlif ssenarilərini nəzərdən keçirir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır