Modern.az

Həbsdən çıxan nazir prezident oldu

Həbsdən çıxan nazir prezident oldu

Dünya

17 Aprel 2017, 23:19

Cinayət işinin başlanması ilə əlaqədar olaraq, vəzifəsindən uzaqlaşdırılan Ukrayna Dövlət fiskal xidmətinin rəhbəri Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının başçısı seçilib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu gün Kiyevdə UCF-nin hesabat-seçki konfransında ölkənin 23 regionunun nümayəndəsi iştirak edib və baxılan məsələlərdən biri də qurumun yeni prezidentinin seçilməsi olub.

 

“Nəsirovun namizədliyini 22 nümayəndə dəstəkləyib”, - məlumatda bildirilir.

 

Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən və xidməti mövqeyindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qrivna zərər yetirməkdə şübhəli bilir. Azərbaycan əsilli keçmiş nazir iri məbləğdə girov qoymaqla azadlığa çıxıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı