Modern.az

ATƏT və AŞPA müşahidəçiləri: "Türkiyədəki referendum Avropa Şurası standartlarına uyğun olmayıb"

ATƏT və AŞPA müşahidəçiləri: "Türkiyədəki referendum Avropa Şurası standartlarına uyğun olmayıb"

Dünya

17 Aprel 2017, 19:31

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞPA müşahidəçiləri ötən gün Türkiyədə keçirilən Konstitusiya islahatlarına dair referendumla bağlı gözlənilən hesabatını açıqlayıblar.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hesabatda referendumun Avropa Şurası standartlarına uyğun olmadığı bildirilir.

Hesabatda vurğulanır ki, konstitusiya referendumunda icra orqanlarının "evet" kampaniyasının lehinə qanunsuz təbliğat aparığı, təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb.

Həmçinin, hesabatda referendumun qeyri-bərabər şərtlər altında keçirildiyi, ssslərin sayılması prosesində son anda edilən dəyişikliklərin vacib olan etibarı aradan qaldırdığı, hüquqi çərçivənin demokratik bir prosesin həyata keçirilməsi üçün qeyri-kafi olduğu vurğulanıb.

ATƏT-ın Türkiyədəki referendumla bağlı müşahidə missiyasının rəhbəri Sezar Florin Predanın yaydığı bəyanatda həmçinin qeyd edilib ki, referendumun texniki aspektləri yaxşı təşkil edilsə də, islahatların əsas aspektləri, fundamental azadlıqların məhdudlaşdırılması və mümkün mənfi effektlərlə bağlı ictimaiyyətə tərəfsiz məlumatlar verilməyib.

Müşahidə missiyasının qənaətincə, ölkədəki referendum ərəfəsi durum hakimiyyətin xeyrinə olub: "Fövqəladə vəziyyət mediada siyasi partiyaların və bitərəflərin mövqeyinin tərəfsiz şəkildə işıqlandırılmasına imkan verməyib".

ATƏT missiyası qeyd edib ki, referendumda bəzi regionlar istisna olmaqla, böyük problemlər yaşanmayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi