Modern.az

Bəşəriyyət 3-cü Dünya Müharibəsinə doğru gedir?

Bəşəriyyət 3-cü Dünya Müharibəsinə doğru gedir?

18 Aprel 2017, 12:01

İkinci Dünya Müharibəsinin bitməsindən keçən illər ərzində Üçüncü Dünya Müharibəsinin başlanacağı ehtimalları həmişə gündəmdə idi.

 

Xüsusən, ABŞ və Sovet ittifaqı arasında rəqabət, 1962-ci ildə nüvə müharibəsinin bir addımlığında yekunlaşan Karib böhranı, Koreya müharibəsi və s. bu məsələni aktual saxlamağa imkan verirdi. Kommunizm sisteminin çöküşündən sonra da ABŞ ilə Rusiya, Çin, Şimali Koreya, İran və s. ölkələr arasındakı gərginlik artıb-azalan xətlə inkişaf edirdi.

 

Növbəti qlobal münaqişə - 3-cü dünya müharibəsinin başlanması üçünsə 3 əsas istiqamət var. Birinci ehtimal Avropanın Rusiya ilə Ukrayna münaqişəsinə görə, açıq konfrontasiyaya getməsindədir.

İkincisi isə, Suriya böhranı və İŞİD təhlükəsinin ortaya qoyduğu qanlı toqquşmalardır.

 

Üçüncü əsas təhlükə isə Asiya-Sakit okeanı regionundan gəlməkdədir. Əsasən də ABŞ-la Çinin üzə-üzə gəlməsi fonunda bu təhlükə miqyasına görə, dəhşətli nəticələrə gətirib çıxara bilər.

 

Avropada, xüsusilə Polşada Amerika qoşunlarının yerləşdirilməsi isə Qərblə Rusiya arasındakı münasibətləri gərginləşdirir.

 

Belə bir məqamda isə Rusiya Baltikyanı ölkələri hədələyir və Kalininqrada “İsgəndər-M” raketlərini yerləşdirib. Yaxın Şərqdə isə münaqişələrin alovlanması – İraq, Suriya, Yəmən, Pakistan, Əfqanıstanda vəziyyətin dramatikləşməsi, üstəgəl İŞİD kimi güclü bazası olan terror təşkilatının şaxələnməsi dünyanı uçuruma aparır.

 

Asiya-Sakit okeanı regionundakı Çinin ABŞ-la münasibətləri, üstəgəl Rusiya ilə rəqabəti, Şimali Koreya ilə Cənubi Koreya arasındakı gərginlik nəticələri daha təhlükəli edə bilər. Hələ nəzərə alaq ki, Şimali Koreya ABŞ-la, Yaponiya və Cənubi Koreya ilə də yeni müharibə astanasındadır və nüvə sınaqlarını davam edərsə, müharibə ilə üz-üzə gələ bilər.

 

Hazırda ən real təhlükənin Şimali Koreya deyil, Suriya cəbhəsində baş verdiyini söyləmək olar. Belə ki, ABŞ-ın Suriyaya hücumu Rusiya ilə real konfliktə səbəb ola bilər.

Maraqlıdır ki, Qərb ölkələrində yaşayanların əksəriyyəti tezliklə Üçüncü dünya müharibəsinin başlayacağına inanırlar.
Üçüncü dünya müharibəsinin qaçılmaz olduğuna amerikalıların 64 faizi əmindir, 15 faiz isə hesab edir ki, münaqişələr sülh yolu ilə həll ediləcək.

 

Britaniyalılar arasında keçirilən sorğunun nəticəsi də təxminən eynidir. Respondentlərin 61 faizi müharibənin qaçılmaz olduğunu deyib.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi