17 avqust 2017, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Ölümə gülən aprel şəhidi - FOTOLAR
Ölümə gülən aprel şəhidi - FOTOLAR +
18.04.2017, 12:09

Hər yerdə olduğu kimi, Füzuli rayonunun da işğal altında olmayan kəndləri, el-obası, adamları Novruzun ab-havasından hələ çıxmamışdılar. Oğlu-qızı nişanlı olanlar bir-birlərinə xonça aparıb, bayramlaşmışdılar. Təxminən 15 gün əvvəl  düşmənlə üzbəüz səngərlərdə toplardan açılan şiddətli atəş səslərinə də ara verilmişdi. Atəş səsləri bütün sərhədyanı bölgələrdə olduğu kimi,  Füzuli rayonunun Zobucuq qəsəbəsində də eşidilirdi. Sakinlər arasında yayılan söz-söhbətlərdə deyilirdi ki, iki həftə əvvəl Azərbaycan kəşfiyyatçıları erməni təxribatının qarşısını alarkən, düşmənin hərbi bazasını da partlatmış, xeyli sayda hərbi texnika, həm də canlı qüvvə məhv etmişdi.

Gör neçə illərdi ki, Füzulinin digər işğal olunmuş kəndlərinin sakinləri kimi, Qaraxanbəylidən çıxan insanlar da 5-ci Zobucuq qəsəbəsində məskunlaşıblar.  Döyüşlər elə bu qəsəbənin 50 kilometirliyində gedirdi. 25 ildir ki, atəş səslərinə öyrəşib bu yerin adamları... Oğulları, ərləri, qardaşları səngərdə olan anaların, gəlinlərin, qızların əli göydə Allaha dualar edirdilər ki,doğmaları qəfil gülləyə rast gəlməsinlər, evlərinə salamat qayıtsınlar. Ermənilərin başlatdığı bu müharibə, dava-dalaş, tez bitsin.


Bu bayram günlərində  hərbi hissədə müddətdən artıq qulluq edənlər, növbəsi çatan əsgərlər də ailələrinə, evlərinə gəlib bayramlaşmış, Novruz süfrəsi ətrafında oturmuşdular.  Məhəllələrdə qalanan  bayram tonqallarının yeri hələ  sovrulub getməmişdi.  Heç havalar da isinmək bilmirdi.  Əlvan axşam qəsəbədəki məhəllə dostları ilə bir yerə yığılıb olandan-keçəndən danışmışdılar.  Kənd uşalqarının, tay-tuşlarının söhbətlərinə körpü salaraq qulluq etdiyi hərbi hissədəki əsgərlərin  gücüdən,cəsarətindən , silahlardan söhbət açmışdı.  Gecədən xeyli keçmiş gəlib qaz sobası ilə isinən evlərindəki yatağına girib yatmışdı.


Modern.az saytı  növbəti şəhid yazısını təqdim edir...

Martın 30-u səhər o başdan oyanan Qafar kişi oğlu Əlvanın yatıb yuxuya qalacağından ehtiyat edərək, onu da qaldırmışdı.

 “Ay oğul, dur ayağa, gün-günortadan keçər, hərbi hissəyə gecikərsən, adına söz gələr... oyan, ay Əlvan, bəsdir yatdın”- deyib oğlunu yatmağa qoymamışdı.  Əlvan da yatağından durub,  səhər yeməyini yeyib, hərbi hissəyə yollanmışdı. Əlvanın  özündən böyük qardaşı Qulu da hərbçi idi. Haramı tərəfdə qulluq edirdi. Özü də ki, bu iki qardaş orduya xidmətə dodlanışıq üzündən deyil, vətənin keşiyində dayanmaq, əsl hərbçi kimi qulluq etmək üçün yazılmışdılar. Ümumiyyətlə, bu kəndin uşaqlarının hamısı hərbçi olmağı  özlərinə Vətən qarşısında borc bilirdilər.  Hər birinin bir amalı var idi ki, Vətən torpaqları düşməndən azad olunmayınca, evdə rahat oturdu yoxdu.
O yaz səhəri də Qafar oğlunu yola salanda, hər zaman olduğu kimi, onun yenə də qayıdıb gələcəyinə əmin idi.

  

...Aprelin 1-dən 2-nə keçən gecə cəbhəyanı bölgədə atılan güllələrin, açılan topların səsindən hər kəs narahat olmağa başladı. Qafar Hüseynovun 2 oğlu da həmin vaxt düşmənlə üz-üzə döyüşlərdə idi. Qafar da, qardaşı Heydər də tez-tez  Əlvana və Quluya telefon açaraq,  hal-əhval tutmaq istəyirdilər.  Telefona cavab verəndə isə hər iki cavan təlimdə olduqlarını deyirdilər.
Aprelin 3-nə kimi Qafar da, uşaqların əmisi Heydər də onlarla arada telefonla danışıb xəbər tuta bilmişdilər. Sonuncu dəfə Heydər qardaşı oğlu Əlvanla danışanda o, “əmi, narahat olmayın, mən Kurdmahmudludayam. Yanıma gəlməyin. Ara sakitləşən kimi gələcəyəm...” demişdi.


Zobucuq qəsəbəsinin camaatı arasında  artıq bəzi evlərə düşmənlə üzbəüz döyüşlərdə şəhid olanların tabutlarını gətirirdilər. Bütün qəsəbə səs-küydən uğuldayırdı. Bir tərəfdən deyirdilər ki, torpaqlarımızın bir hissəsi geri alınıb, digər tərəfdən də itkilərin olduğu xəbərləri də səngimirdi.  Evlərdə və məhəllələrdə həm  qara-qışqırıq səslər, həm də sevinc hayqırtıları var idi. Kəndin ayağı yer, əli silah tutan adamları da yola çıxıb döyüş gedən yerlərə üz tutmuşdular. Böyüklü-kiçikli  insanların hamısı torpaqlarının, yurdlarının geri qaytarılması xəbərinin şadyanalığını edir, hər biri bu prosesdə iştirakçı olmaq, Vətən uğrunda savaşmaq istəyirdi. İnsanların  axın-axın cəbhə bölgəsinə keçmək istədiyi xəbərini alan hərbi hissə komandirləri, artıq yollarda  xüsusi postlar qurmuşdular. Köməyə gələnləri geri qaytararaq deyirdilər ki, sizə ehtiyac yoxdur. Hələ ki Ordumuz öz daxili gücündən istifadə etmək əzmindədir.

     
Heydər Hüseynov yaxınlıqda yaşayan Knyaz kişinin evinə başsağlığı verməyə getmişdi. Onun da 30 yaşlı igid oğlu  Səyyar  Quliyev  şəhid olmuşdu.  Yas yerində deyirdilər ki, şəhid olan zabit və əsgərlərin hamısı geri alınmış mövqelərdə, Vətən torpaqlarını azad etdikdən sonra həlak olublar. Təzə mövqeləri azad edib mövqeyini möhkəmlədən bəzi hərbçilərimiz erməni tərəfin atdığı top mərmisindən həlak olmuşdular.
Knyaz kişinin  evindəki yas mərasimindən geri qayıdanda  Heydərin telefonuna qonşusu zəng vuraraq Qulunu və Əlvanı soruşdu.  Heydər də qardaşı oğlanlarının salamat olduqlarını dedi. Sözü-söhbəti dağa-arana fırlayan qonşu, daha sonra Heydərə söylədi ki, “a kişi, deyəsən Əlvan yaralıdır axı. Sən bəlkə gedib bir hərbi hospitala baş çəkəsən...”.
 

-Qonşu belə deyəndə, elə bil ki, ürəyimin telləri qırıldı,- Heydər deyir. Sonra da sözünə davam edir:

- Tez evə gəldim.  Qardaşım Qafar evdə yox idi. Bir az keçmiş qəsəbənin icra nümayəndəsi və bələdiyyə sədri darvazamızın ağzında göründülər. Başa düşdüm ki, uşaqlardan ikisindən biri barədə nəsə xəbər var. Bildim ki, gələnlər xoş xəbər gətirməyiblər. Bir az ürək-dirək verib dedilər ki, Əlvan şəhid olub, meyitini artıq  yuxarıdakı Peyğəmbər məscidinə aparıblar.

Sonra qardaşım oğlu Quluya da xəbər verdilər.  Daha neyləyə bilərdik ki,  uşaqların atası Qafara da xəbər etdim ki,  başımıza belə bir müsibət gəlib...


Şəhidin qardaşı Qulu Hüseynov:

- Həmin qızğın döyüşlər gedən vaxtı  qardaşım Əlvan və mən  ayrı-ayrı yerlərdə vuruşurduq. Mən Haramı deyilən postda idim. Qardaşım Lələtəpə istiqamətində vuruşurdu. Aprelin 4-ü komandanlıq məni mövqedən aşağı düşürərək dedi ki, növbəmi dəyişim. Döyüşlərdə öz  mövqemizdə mən də iştirak edib, xeyli  ərazinin alınması sevincini yaşamışdım. Bizim qulluq etdiyimiz yerdən 3 düşmən tankını vurmuşduq.  Düşmənin xeyli canlı qüvvəsini məhv etmişdik. Sevincimizin həddi-hüdudu yox idi. İrəlilədikcə irəliləyirdik. Elə bilirdik ki, bizi daha kimsə saxlaya bilməz. Əslində, mane olmasaydılar, döyüşü dayandırmasaydılar əsgərlərimiz sona qədər gedəcəkdi. Biz qələbənin dadını hiss etmişdik. Qana-qan, dişə-diş deyib, sona qədər vuruşmaq əzmimizi nümayiş etdirirdik. 
Məni geri çağıranda çox həyəcanlandım. İçərimdə bir narahatlıq da var idi ki, görəsən harda səhv etmişəm. Sonra da hərbi hissədən dedilər ki, yaxşı vuruşduğuma görə mənə məzuniyyət veriblər. Aprelin 4-ü evə gəlib çatanda gördüm ki, həyətdə qələbəlikdir. Dedilər ki, nənəm rəhmətə gedib. Həyətimizin darvazasından içəri girəndə isə üzərində bayraq bükülmüş tabutu gördüm.  Dünyalar qədər sevdiyim kiçik qardaşımın tabutu idi... 

Çox çətindir indi onun haqqında danışmaq... O anda fikirləşdim ki, mən qardaşsız neyləyəcəm... Axı biz bir-birimizlə nəfəs alırdıq. Mən heç vaxt  Əlvanın yanımda olmayacağı haqqında fikirləşməmişdim. Baxmayaraq ki, düşmənlə üz-üzə idik, bu fikir heç vaxt ağlıma gəlməmişdi. Axı adam öz doğmasının ölməsini heç zaman fikirləşmir...

- Necə qardaş idi Əlvan?

- Bütün yaxşı qardaşlar kimiydi Əlvan.  O əsgərliyini Şəkidə sərhəd qoşunları zastavasında çəkmişdi. Əsgərlikdən onu zabit olmağa göndərdilər. Ancaq sınaq imtahanından keçə bilmədi. Lakin bu, onu ruhdan salmadı. 2015-ci ildə müddətdən artıq xüsusi təyinatlı qrupuna yazıldı. Məqsədinə çatdığı üçün elə sevinirdi ki...  Xüsusi təytinatlılar qrupunda elə oldu ki, ikimiz də bir yerdə oxuduq. Elə eyni briqadada qulluq etmişik.

 


Bütün şəhidlərin doğmaları kimi, Qulu da qardaşı haqqında danışanda üzü və gözləri gülürdü. Quluya sual etdim ki, Əlvan haqqında gülə-gülə danışırsan, bu nədəndir?


- Əvvəla qardaşımın yoxluğunu qəbul etmək istəmirəm. Sonra da ki, Əlvanın cəmi 20 yaşı olsa da, çox dərrakəli və dəyanətli, dostcanlı, etibarlı oğlan idi. O uşağın kədərli simasını heç kim görməmişdi. Həmişə gülürdü. Ürəyində bir damcı kini-küdurəti yox idi. Kini ancaq kəndimizi, vətənimizi işğal edən düşmənə qarşı idi.  Hərdən olurdu ki, üstünə qışqırıb danlayırdım. Bir az keçmiş özü gəlib söhbəti dəyişib, mənim könlümü alırdı... Dünyadan köçəndə də gülə-gülə köçüb. O ölümə də gülməyi bacardı.  Peşəsinin dərinliyinə yiyələnirdi.  Hərbçi olmasından çox məmnun idi.

Son döyüşlər başlamazdan bir az əvvəl  iki qardaş oturub söhbət edirdik. Bir dəfə qayıdıb dedi ki, “bir gün eşidəcəksiniz ki, mən şəhid olmuşam”. Mən də sözünü kəsib, dedim ki, boş-boş danışmasın.
Hər gün bir-birimizlə telefon əlaqəsi saxlayardıq. Deyərdim ki,  “Əlvan, özündən muğayat ol”.  Həmişə də “pis adama heç nə olmaz...” deyib sözümü zarafata yönəldirdi. 

Qardaşımı dəfn edəndən sonra,  əsgər  çantasındakı paqonunun altında  ağ sapla  tikilmiş “Aygun” sözünü gördüm. Sən demə istədiyi bir qız var imiş... Aramızda  pərdə, hörmət olduğundan heç bu haqda mənə bir kəlmə də deməmişdi.



Şəhid Əlvan Hüseynovun atası Qafar Hüseynov:

- Əlvan 1994-cü il noyabrın 14-də Rusiyanın Dneprepetrovsk şəhərində doğulmuşdu. Bir çox azərbaycanlılar kimi, mən də qazanc dalınca getmişdim ki, ailəmi-uşağıma bir gün ağlayım. Bu uşaq doğulandan  bir il sonra həyat yoldaşım Nəsibənin də sağlamlığı pozuldu. Ona görə də köçüb gəldik Füzuliyə.
1997-ci ildə uşaqların anası rəhmətə getdi. Anam və qardaşımın ailəsi, bacılarım  hər iki oğluma həyan oldular. Böyütdülər onları. Anasızlığı hiss etdirmədilər.  Orta məktəbi bitirdilər. Yaxşı da oxuyurdular. Sonra da hər ikisi də gedib hərbçi olmağa üstünlük verdilər.
Əlvan ancaq hərbdən danışırdı. Özünü çox xoşbəxt sayırdı. Gizirliyə gedib, post başçısı oldu. Kəşfiyyatçı snayper idi. Döyüşdə məharətini göstərdi. Dəfələrlə uğurlu əməliyyatlar keçirib, düşmənin canlı qüvvəsini məhv etmişdi.
Ötən il aprelin 2-nə keçən gecə də Lələtəpə istiqamətində öndə gedən qrupda olub. Xeyli irəliləyib, mövqelərin geri alınmasında iştirak edib.
Düşməndən qisasımızı almışdılar. Düşmən tərəfin atdığı mərmi oğlumla birlikdə bir neçə  hərbçini də həlak edib.
 Əlvan aprelin 3-dən- 4-nə keçən gecə qəhrəmancasına həlak olub. Bilirsinizmi nyə qəhrəmancasına deyirəm? Çünki oğlum Əlvan da, həmin döyüşlərdə həlak olan digər şəhidlər də - hamısı düşməndən geri alınan torpaqlarda bir saat da olsa, dayanıb, “Azərbaycan” deyə haray çəkə biliblər. Onlar azadlığın, qalibiyyətin dadını biləndən sonra həlak olublar. Onlar azad etdikləri torpaqlarda, düşməndən geri aldıqları səngərlərdə şəhadətə yüksəliblər.

Oğlum 22 yaşını tamam etməmiş bu dünyaya “əlvida” dedi. Onun üz-gözündən hər zaman xoşbəxtlik, razılıq yağırdı. Mənim oğlum çox yaraşıqlı idi... Çox vətənpərvər idi... Çox qeyrətli idi... Daha nə deyim necə tərifləym ki, ürəyimi soyudum... Olmur, boşalmır ürəyim. “Oğul” deyəndə, “Əlvan” deyəndə ürəyimin başı yanır...Mən onu yola salanda qayıdacağına əmin idim... Gəlmədi... Dönmədi... Qayıtmadı...


Şəhid qardaşı Qulu Hüseynov:

-Biz heç zaman anamız Nəsibə haqqında söhbət etmədik. Çalışdıq ki, o mövzunu qapalı saxlayaq.  Fikirləşirdim ki, dünyadan cavan köçmüş anam haqqında danışsam, qardaşımın qəlbi göynəyər.

 İstəməzdim kimsə onun könlünə  dəysin. İndi haqq dünyasında olan qardaşım  yuxularıma gəlir. Özü də ki, hər zaman eyni yerdə görürəm. Bir dəfə gördüm ki, səngərdən çıxıb güllə atmaq isyəyir. Əlini tuturam ki, atma... lakin çırpınır, əlimdən çıxıb deyir ki, aman ver güllə atım... Yuxumu elə aydın görürdüm ki, sanki  real həyatda idik. 
Oyananda baxdım ki, tər basıb məni, ətrafıma baxdım nə səngər var, nə də qardaşım...

 
Əlvan Hüseynovun arzuları çox idi. Yəqin ki, adını gizlincə paqonuna yazdığı Aygunlə əhd-peyman da bağlamışdı... Lakin Vətən torpaqlarını canından artıq istədiyindən, sevgisini hər kəsdən  gizləmişdi... Bəlkə də doğma anası Nəsibə sağ olsaydı bunu hiss edər, anlayardı. Axı övladlarının hər halını-dərdini analar daha tez anlar.  Bəlkə də doğma anası olsaydı, Əlvan sevgilisini anasına göstərəcəkdi... Ancaq  22 yaşını tamam etmədən, Lələtəpə uğrunda gedən döyüşlərdə  şəhidlik məqamına yüksəlmək oldu nəsibi.  O bu dünyadan köçməzdən əvvəl  Lələtəpədə dalğalanan, baharın müjdəsini gətirən küləklərlə qırçınlanan bayrağımızı ucalarda gördü. Ata-baba yurdu Qaraxanbəylini isə azad görmək ona nəsib olmadı. Bəlkə elə buna görə də qardaşı Qulu onu yuxularında daim səngərdə, əlində silah tutan görür.
Əslində 2016-cı ilin aprel ayının 2-5-də Azərbaycana Qalibiyyət gətirən şəhidlərimizin hamısının ruhu oyaq və narahatdır. Onlar Vətən torpaqlarını hürr və azad görmək üçün narahatdırlar. Onlar Qalibiyyətlə başladıqları döyüşün sonunu görmək istəyirlər.


Aida Eyvazlı


Asli Mustafayeva
18.04.2017, 05:34

Allah rehmet elesin yaxsiki anasi yoxmus inani oxuyanda goz yaslarima sahib ola bilmedim.Atasi kash oyatmazmish.O acilari bizde yasamishiq

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Həmsədrlər prezidentlərin növbəti görüşünə hazırlıq görür
17.08.2017, 22:42

Həmsədrlər prezidentlərin növbəti görüşünə hazırlıq görür

Ağ rəngli qidalardan çox istifadə edin – VANQADAN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ
17.08.2017, 22:28

Ağ rəngli qidalardan çox istifadə edin – VANQADAN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ

Barselonada terror törədənin kimliyi bilindi
17.08.2017, 22:13

Barselonada terror törədənin kimliyi bilindi

Göygöldə həyat yoldaşı və qayınanasını qətlə yetirən şəxs tutuldu, Yenilənib
17.08.2017, 21:59

Göygöldə həyat yoldaşı və qayınanasını qətlə yetirən şəxs tutuldu, Yenilənib

Xaş süfrəsindən sonra Heydər Əliyevin qarşısında “bəhanələr” axtaran TƏKRARSIZ MÜSLÜM MAQOMAYEV
17.08.2017, 21:32

Xaş süfrəsindən sonra Heydər Əliyevin qarşısında “bəhanələr” axtaran TƏKRARSIZ MÜSLÜM MAQOMAYEV

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video
17.08.2017, 21:16

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video

Barselonada terror: 13 nəfər öldü, Yenilənib
17.08.2017, 21:07

Barselonada terror: 13 nəfər öldü, Yenilənib

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb
17.08.2017, 20:56

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb
17.08.2017, 20:29

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb

Dağıstanda partlayış: 2 ölü
17.08.2017, 20:15

Dağıstanda partlayış: 2 ölü

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq
17.08.2017, 19:41

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb
17.08.2017, 18:56

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb

“John Deere” şirkəti Azərbaycanla əməkdaşlıq edəcək
17.08.2017, 18:45

“John Deere” şirkəti Azərbaycanla əməkdaşlıq edəcək

Dövlət çevrilişinə cəhd Türkiyəyə 17 milyard dollar ziyam vurub
17.08.2017, 18:40

Dövlət çevrilişinə cəhd Türkiyəyə 17 milyard dollar ziyam vurub

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib
17.08.2017, 18:31

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib

Sudan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
17.08.2017, 18:17

Sudan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

BP-də nə qədər azərbaycanlı çalışır?
17.08.2017, 18:08

BP-də nə qədər azərbaycanlı çalışır?

Prezident Ağsudakı yol tikintisinə 5,8 milyon manat ayırdı
17.08.2017, 17:45

Prezident Ağsudakı yol tikintisinə 5,8 milyon manat ayırdı

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir
17.08.2017, 17:31

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
17.08.2017, 17:10

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu
17.08.2017, 16:50

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu

Prezidentlərin övladları Bakıya gələcək
17.08.2017, 16:27

Prezidentlərin övladları Bakıya gələcək

BP Azərbaycanda qaz hasilatını azaltdı
17.08.2017, 16:25

BP Azərbaycanda qaz hasilatını azaltdı

Yəməndə ABŞ səfirliyinin əməkdaşları əsir götürüldü
17.08.2017, 16:19

Yəməndə ABŞ səfirliyinin əməkdaşları əsir götürüldü

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı istefa verdi
17.08.2017, 16:13

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı istefa verdi

Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini ilə görüşüb
17.08.2017, 15:55

Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini ilə görüşüb

Gədəbəydə peşə kursları təşkil edildi
17.08.2017, 15:51

Gədəbəydə peşə kursları təşkil edildi

Qurban bayramı namazının vaxtı açıqlandı
17.08.2017, 15:43

Qurban bayramı namazının vaxtı açıqlandı

Kəmaləddin Heydərov vitse-prezident təyin edildi
17.08.2017, 15:29

Kəmaləddin Heydərov vitse-prezident təyin edildi

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü
17.08.2017, 15:20

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü

4G-dəstəkli LG FLEX 2 smartfonu indi yarı qiymətə
17.08.2017, 15:08

4G-dəstəkli LG FLEX 2 smartfonu indi yarı qiymətə

Həbsxanadakı davaya rəsmi MÜNASİBƏT
17.08.2017, 14:58

Həbsxanadakı davaya rəsmi MÜNASİBƏT

“Gənclərin Simulyasiya Akademiyası” davam edir
17.08.2017, 14:51

“Gənclərin Simulyasiya Akademiyası” davam edir

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız ölümcül vəziyyətdədir
17.08.2017, 14:42

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız ölümcül vəziyyətdədir

Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA
17.08.2017, 14:39

Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50.5%)
SOCAR-dan(6.89%)
Lukoil-dan(16.0%)
Bunların heç birindən - başqasından(26.4%)