26 may 2017, Cümə
Ana Səhifə - İQTİSADİYYAT - Əhaliyə verilən qazın tərkibinə hava vurulur? - Ekspert hiddətləndi, “Azəriqaz” açıqlama verdi
Əhaliyə verilən qazın tərkibinə hava vurulur? - Ekspert hiddətləndi, “Azəriqaz” açıqlama verdi +
18.04.2017, 13:46

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Azərbaycanda istehlakçılara satılan qazın tərkibinin təmiz olmadığını, hətta mavi yanacağın tərkibinə havanın xüsusi aparat vasitəsilə hava vurulduğu iddiasındadır.

 

"Sayğacımız havanı da pul kimi qeyd edir"

 

M.Qəhrəmanlı aparatın fotosunu paylaşaraq bu şərhi verib:

"İslehlakçının qənimi, bir çox Regional Qaz İstismar İdarəsi rəisinin dostu... Bu qurğu vasitəsilə qaz kəmərlərinə hava vurulur. O hava ki, mənzillərimizdəki qaz qurğularının forsunkalarından çıxır və havanı da sayğacımız pul kimi qeyd edir",-deyə Mirvari Qəhrəmanlı bildirib.

"Qazın tərkibinə hava vurulsa, bütün borular partlayar"

 

“Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov Modern.az-a səsləndirilən fikirlərin yalan olduğunu deyib:

 

“Yalan məlumatlar yayıb insanlar arasında ajiotaj yaratmaq olmaz. Hər sahənin öz mütəxəssisi var. Mən Mirvari Qəhrəmanlının hansı sənət sahibi olduğunu bilmirəm. Nəzərə alın ki, bir insan orqanizminin xəstəlikləri üçün 30-40 həkim fəaliyyət göstərir. Pediatr uşaq xəstəliklərilə, kardioloq ürək xəstəliklərilə, stomotoloq göz xəstəliklərilə məşğuldur və s. Heç bir həkim də başqa sahəyə müdaxilə etmir. Mən 48 il bu sahəyə can qoymuşam, 2 universitet bitirmişəm. Hər halda səhvə yol vermərəm. Dəfələrlə demişəm ki, əhaliyə verilən qazın tərkibinə hava vurulması xəbərlərini tirajlayıb, insanları çaşdırmasınlar. Axı bu absurd fikirdir. Əgər abonentlərə verilən qazın tərkibinə hava vurulsa, boruda partlayış baş verər. Onda gərək bütün qaz kəmərləri partlasın. Azərbaycanda boruların uzunluğu təxminən 10 min kilometrə çatır. Elektorkimyəvi korroziyaya məruz qalan borular yenilənəndə qaynaq birləşmələri daha yüksək təzyiqlə yoxlanmalıdır. Əgər boru 3 atmosfer qaz daşıyacaqsa, ona 4, 5 atmosfer təzyiq vurulur. Yoxlama bitdikdən sonra havanı atmosferə buraxırlar. Yekunda boruda qalan hava vətəndaşların qaz cihazlarından çıxır. Bunu bütün mütəxəssislər təsdiq edə bilər. İndi kimin kimdən xoşu gəlmirsə, onla bağlı yalan uydurmaq düzgün deyil. Mən bu cür yalanı təsdiq edə bilmərəm və istənilən adamla da bu barədə debata çıxmağa hazıram”.

 

N.Qasımov mənzillərdə istifadə edilən qazın müxtəlif rənglərdə yanması məsələsinə də aydınlıq gətirib:

“1 kubmetr qazın yanması üçün 9, 5 kubmetr hava lazımdır. Dediyiniz göyqurşağı rənglərinin yaranması qaz cihazları ilə bağlıdır. Əgər orda hava çatışmazlığı varsa, yanan qazın rəngi qırmızı olacaq. Əgər hava artıqdırsa, orada qaz pırıldayıb sönəcək. Qazın düzgün yanması qaz cihazlarının sazlığından daha çox asılıdır. Bunu mütəxəssis olanlar bilir. Mütəxəssis olmayanlar da ağlına gələni danışır. Adi mətbəxi süpürən zaman yuxarı qalxan toz qazla qarışanda qaz qırmızı rəngdə yanmağa başlayır.

Axı dövlətin nə marağı var ki, zəhəri qatıb əhaliyə satsın? Gürcüstanın 93,4 faiz qazını Azərbaycan təmin edir. Gürcülər yəni o qədər axmaqdılar ki, bizim zəhərli qazı alırlar? Bu qaz 7 kilometr dərinlikdən çıxarılır və borular vasitəsilə ötürülür. Bunu kim ayırır ki, gürcülərə keyfiyyətli qaz verilsin, öz vətəndaşlarımıza keyfiyyətsiz?!

Mən dediyim sözlərə tam məsuliyyətimlə cavabdehəm. Əgər abonentlərin qazla bağlı problemi varsa, “Azəriqaz”ın 104 qəza xidmətinə, yaxud 185 qaynar xəttinə müraciət etsinlər. Bir də xahiş edirəm ki, insanlar yeni qaz cihazları alarkən onun quraşdırılması zamanı “Azəriqaz”ın işçilərinə, mütəxəssislərinə müraciət etsinlər”.

 

"Azərbaycanda əhaliyə verilən qaz standarta uyğundur"


“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev də Moderna.az-a açıqlamasında bu iddiaları cavablandırıb.

O deyib ki, qazın tərkibi dövlət standartı ilə tənzimlənir:

“Qazın tərkibi 554287 nömrəli dövlət standartı ilə tənzimlənir. Qazın tərkibinə hava vurulmasından söhbət gedə bilməz. İstehlakçılara verilən qazın tərkibi tam təmzidir”.

İ.Kərbalayev deyib ki, müzakirəyə çıxarılan aparatla bağlı məlumatsızdır.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.05.2017, 09:31

Bakıda avtobus kişini necə vurub? - Rəsmi AÇIQLAMA

26.05.2017, 09:19

Hansı meyvəni xoşladığını de, xarakterini söyləyim - MARAQLI

26.05.2017, 09:15

Ermənistan atəşkəs rejimini 130 dəfə pozdu

26.05.2017, 09:12

Stalin Bakıya gələndə Bağırovdan həmin azərbaycanlını tapmağı niyə istəmişdi... - TARİX

26.05.2017, 09:05

Mançester terroruna görə 10-cu şübhəli də saxlanıldı

26.05.2017, 08:57

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

26.05.2017, 00:56

İki gündə 300 insan öldü

26.05.2017, 00:42

Bakıda daha bir ağır qəza: 2 ölü, 2 yaralı

26.05.2017, 00:27

Türkiyədə futbolçular ətrafında qalmaqal böyüyür

26.05.2017, 00:14

Əli Kərimlinin müavini saxlanılıb

25.05.2017, 23:57

Somali idmançıları tapılaraq ölkələrinə göndərilib

25.05.2017, 23:44

Mosul raket atəşinə tutulub: 101 ölü

25.05.2017, 23:28

ABŞ-da helikopter qəzaya uğrayıb

25.05.2017, 23:15

Sabiq müstəntiq kitab yazır

25.05.2017, 23:01

Almaniya kansleri Ərdoğandan jurnalisti azad etməyi xahiş edib

25.05.2017, 22:46

31 İŞİD silahlısı zərərsizləşdirilib

25.05.2017, 22:33

Kompüter oğrusu belə yaxalandı - VİDEO

25.05.2017, 22:18

Paytaxtda ağır qəza

25.05.2017, 22:04

Masallıda 35 ev qəzalı vəziyyətə düşdü: sakinlər evakuasiya olunur

25.05.2017, 21:34

Sabiq baş nazirin avtomobili partladıldı

25.05.2017, 21:17

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb

25.05.2017, 21:05

Azərbaycan neft hasilatının azaldılmasına razılaşdı

25.05.2017, 20:51

Avtobus qəza törətdi: bomj öldü

25.05.2017, 20:37

Dənizdən meyit tapıldı: İtkin neftçilərdən ola bilər

25.05.2017, 20:29

Dağlıq Qarabağdakı status-kvo kövrəkdir

25.05.2017, 20:14

Gürcüstana  elektrik enerjisinin idxal-ixracı dayandırılıb

25.05.2017, 20:01

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

25.05.2017, 18:51

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25.05.2017, 18:46

Azərbaycanda helikopterlərə texniki xidmət servisi mərkəzi yaradılacaq

25.05.2017, 18:40

Türkiyə ordusu 7 hərbçisini itirdi

25.05.2017, 18:34

Prezident Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25.05.2017, 18:29

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:23

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib

25.05.2017, 18:19

Abbasəli Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25.05.2017, 18:14

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

ARXİV