16 dekabr 2017, Şənbə
Ana Səhifə - MEDİA - “10 gün ərzində ANS-in qapılarını açıb, əşyalarını çölə atacağıq” - Bina sahibindən XƏBƏRDARLIQ
“10 gün ərzində ANS-in qapılarını açıb, əşyalarını çölə atacağıq” - Bina sahibindən XƏBƏRDARLIQ
18.04.2017, 14:40

AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün martın 23-dək vaxt vermişdi. Xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti hələ də ərazini tərk etməyib.


Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az saytına açıqlamasında məsələnin artıq öz məcrasından çıxdığını deyib.

“ANS rəhbərliyi hələ də bizim ərazini tərk etməyib. İş ondadır ki, telefonlarımıza da cavab vermirlər ki, məsələnin nə yerdə qaldığını dəqiqləşdirə bilək. ANS rəhbərliyinin gətirdiyi bəhanələr çoxdan qurtarıb. Əvvəllər 2 həftədən bir olsa da, telefon əlaqələri mümkün olurdu. İndi isə çox absurd situasiya yaranıb. “Elm haqqında” Qanuna görə yeni təsdiqlənmiş nizamnaməmiz var. Artıq ərazimizi icarəyə də verə bilərik. Qanun çərçivəsində sahibkarlıq fəaliyyəti də göstərə bilərik. Zoologiya mərkəzi yaratmışıq. Digər işlər də həyata keçirə bilərik. Amma qarşı tərəf ərazini boşaltmaqla bağlı heç bir təşəbbüs göstərmir. Heç nə başa düşmürük. Əmlaklarını götürüb getmirlər ki, işimizi bilək”.
 

İnstitut direktoru deyir ki, yaxın vaxtlarda ANS-ə rəsmi məktub yazılacaq.

“Səbrin də bir limiti var. Düşünürəm ki, 10 gün də dözək, sonra əməli işə keçmək olar. 10 gündən sonra rəsmi məktub yazacağıq. Güman ki, onların ev ünvanları var. Ev ünvanlarına bildiriş yazıb göndərəcəyik ki, 10 gün ərzində gəlib əşyalarını götürüb getsinlər. Əgər getməsələr, bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapılar açıb ANS-in əşyalarını bayıra çıxaracaq, sonra da qapıları özümüz bağlayacağıq. Başqa variantımız yoxdur”.

 

Xatırladaq ki, telekanalın qapadılmasına səbəb ötən ilin iyununda Türkiyədə baş verən  hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.

Müsahibədən sonra “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti  dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

O vaxtdan ANS-in yerləşdiyi binanın giriş qapısı bağlanıb, möhürlənib. Əraziyə polis əməkdaşları nəzarət edir.

 

Namidə BİNGÖL


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bitkoinin qiyməti 19 min dolları ötüb
16.12.2017, 22:33

Bitkoinin qiyməti 19 min dolları ötüb

Tanınmış jurnalistə ağır itki
16.12.2017, 22:20

Tanınmış jurnalistə ağır itki

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ
16.12.2017, 22:10

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ

Əfqanıstanda 16 terrorçu məhv edildi
16.12.2017, 21:51

Əfqanıstanda 16 terrorçu məhv edildi

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT
16.12.2017, 21:38

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT

Dünyada ilk ipək
16.12.2017, 21:29

Dünyada ilk ipək "Qurani-Kərim" kitabının Bakıda təqdimatı - Fotolar

Eldar Mahmudov Çovdarovla üzləşdirildi
16.12.2017, 21:14

Eldar Mahmudov Çovdarovla üzləşdirildi

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi
16.12.2017, 20:54

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi
16.12.2017, 20:42

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ
16.12.2017, 20:28

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi
16.12.2017, 20:18

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi

Avropanın ən yaşlı qadını qocalar evində öldü
16.12.2017, 20:02

Avropanın ən yaşlı qadını qocalar evində öldü

Şəki sakinini it parçaladı
16.12.2017, 19:53

Şəki sakinini it parçaladı

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər
16.12.2017, 17:47

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   
16.12.2017, 17:32

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”  

Mehriban Əliyeva ordenlə təltif olundu
16.12.2017, 17:06

Mehriban Əliyeva ordenlə təltif olundu

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   
16.12.2017, 16:33

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

İlham Əliyev Qətər əmirini təbrik edib
16.12.2017, 16:20

İlham Əliyev Qətər əmirini təbrik edib

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü   
16.12.2017, 16:17

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü  

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ   
16.12.2017, 16:11

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ  

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi
16.12.2017, 15:55

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır
16.12.2017, 15:49

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir   
16.12.2017, 15:45

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir  

Adı işdə, özü evdə olanlar...    
16.12.2017, 15:16

Adı işdə, özü evdə olanlar...   

Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib
16.12.2017, 15:01

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16.12.2017, 14:36

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI
16.12.2017, 14:12

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü
16.12.2017, 14:03

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO   
16.12.2017, 13:58

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO  

Fərasətinə, bərəkallah
16.12.2017, 13:42

Fərasətinə, bərəkallah

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir   
16.12.2017, 13:37

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir  

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO   
16.12.2017, 13:24

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO  

Məsud Yılmazın oğlunun meyiti tapıldı   
16.12.2017, 13:21

Məsud Yılmazın oğlunun meyiti tapıldı  

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı   
16.12.2017, 13:18

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.1%)
Mübariz Mənsimov (17.0%)
Fərhad Əhmədov(13.5%)
Füzuli Məmmədov(53.2%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.73%)
Digərləri(0.84%)