Modern.az

"Ermənistandakı "İsgəndər" raketləri Avropada sabitliyə təhlükə törədir" - "Washington Post"    

"Ermənistandakı "İsgəndər" raketləri Avropada sabitliyə təhlükə törədir" - "Washington Post"      

18 Aprel 2017, 20:57

Qafqaz dağları Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəli hədələrinə görə yeni nüvə təhlükəsi ilə üzləşə bilər.

 

Modern.az xəbər verir k, bu barədə Ata Corc Buşun hakimiyyəti dövründə ədliyyə nazirliyində çalışmış Lloyd Qrin “Washington Post” qəzetində yazdığı məqalədə deyir.

 

“Ötən ilin payızında Ermənistan Rusiyadan “İsgəndər” raket kompleksləri aldı. Bu Azərbaycan və onun NATO-dakı müttəfiqi Türkiyəyə ciddi təxribatçı siqnal idi. Əslində bu, Moskvanın Yaxın Şərq və Avrasiyada raket kompleksləri yerləşdirərək Qərb maraqlarını hədəfə alma siyasətinin bir hissəsidir”.

 

Qrinin fikrincə, ən böyük təhlükə həmin raketlərin nüvə başlığı daşıya bilməsindədir.

 

“Sanki, raketlərin mövcudluğu kifayət etmirmiş kimi, Serj Sarkisyan qanunsuz işğalda saxlanılan Qarabağ ərazilərinə gedərək onun hökumətinin müasir və dağıdıcı gücə malik olması idi öyündü. Ermənistanın qonşularını qorxutmaqla yanaşı, Sarkisyan Vaşinqtonun narahatlığına səbəb oldu” – deyə məqalədə yazılıb.

 

Jamestown Foundation Araşdırmalar Mərkəzi Kapitolidə Ermənistanın “İsgnədər” raketlərinə malik olması ilə bağlı diskussiya keçirmişdi. Müzakirələrdən çıxan nəticə yeni silahın “Avropanın stabilliyinə təhlükə törətdiyi, ABŞ-ın müttəfiqlərini çətin vəziyyətə saldığı və ola bilsin ki, 1988-ci ildə orta və yaxın mənzilli raketlər imzalanmış müqaviləni pozur”.

 

“Və bu zaman Rusiya barədə suallar doğulur. Ermənistan Rusiyadan “İsgəndər” raketlərini alan yeganə dövlətdir. Niyə məhz Ermənistan? Ola bilsin ki, Azərbaycanda  raketin hədəfi olacaq ən vacib infrastruktur Avropanın enerji təhlükəsizliyini təim edən və Qərb, o cümlədən ABŞ şirkətlərinin idarəçiliyində olan firmalardır. Başqa bir variant, Rusiyanın Krımda atdığı addım kimi regionda nüfuzunu bərpa etmək cəhdi ilə bağlı ola bilər”.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir