Yəməndə Səudiyyə Ərəbistanına aid “Blək Hak” hərbi helikopterinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, helikopter Yəmənin Mariv bölgəsində idarəetməni itirib.
Ölənlərdən 4-nün gizir, 8-nin isə zabit olduğu bildirilib. Qəzanın səbəbləri hələlik məlum deyil.
Modern.az