Modern.az

28 miqrant aclıqdan qayıqda ölüb

28 miqrant aclıqdan qayıqda ölüb

Dünya

18 Aprel 2017, 22:17

Liviya balıqçıları Aralıq dənizində göyərtəsində 28 mühacirin cəsədi olan qayıq aşkarlayıblar. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, aralarında 4 qadının olduğunu miqrantların aclıq və susuzluqdan öldüyü ehtimal olunur.

Məlumata görə, cəsədlər qanunsuz miqrantlar üçün nəzərdə tutulmuş qəbiristanlıqda dəfn olunublar.

Qayığın mühərrikinin sıradan çıxması səbəbindən miqrantlar dənizin ortasında köməksiz vəziyyətdə qalıblar. Ölənlərin milliyyəti barədə məlumat verilmir. Onların Afrika qitəsindən  olduğu bildirilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu