Modern.az

"Əsas olan matçı udmaqdır" - Ərdoğan

"Əsas olan matçı udmaqdır" - Ərdoğan

Dünya

18 Aprel 2017, 23:11

“14-15 ildir ki, diktator deyirlər. Diktatorluqda prezidentlik sistemi deyə bir şey yoxdur. Burada seçki qutusu var. Demokratiya gücünü xalqdan alır. Bu da milli iradədir. 1-0, yaxud 5-0 hesabla qələbə çalmağın önəmli deyil. Əsas olan matçı udmaqdır. Yeni sistem Türkiyənin demokratiya tarixində dönüş nöqtəsini bildirir”. Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə verdiyi açıqlamada bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, ötən gün ABŞ prezidenti Donald Trampla bir sıra məsələləri müzakirə edib.

Ərdoğan Fətullah Gülənin ekstradisiyası məsələsində də müsbət addımlara ümid etdiyini vurğulayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir