Modern.az

Buddist bayramında 390 nəfər öldü

Buddist bayramında 390 nəfər öldü

Dünya

18 Aprel 2017, 23:28

Tailandda Sonkran buddist bayramında - aprelin 11-dən 17-dək "yeddi təhlükəli gün" ərzində baş vermiş yol qəzalarında 390 nəfər ölüb. Modern.az "Report"a istinadən  xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Daxili İşlər Nazirliyinin daimi katibi Krisad Bunrat xəbər verib.

O, bildirib ki, buddist ay təqviminə əsasən keçirilən yeni il bayramı günlərində 3690 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 3808 nəfər xəsarət alıb.

Bunrat bəyan edib ki, ötən illə müqayisədə Sonkran bayramı zamanı baş vermiş yol qəzalarında ölüm halları 12 faiz azalıb. O, qeyd edib ki, hökumət bu bayramlar dövründə hərəkətin təhlükəsizliyinin təmin edilməsinin nəticəsi olaraq xüsusi uğurları müşahidə edir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qəzaların 43 faizi sərxoş sürücü təqsiri üzündən, 28 faizi isə icazə verilən sürət həddinin aşılması nəticəsində baş verib.

Yol-nəqliyyat hadisələrinin 85 faizi motosikletçilərin iştirakı ilə baş verib. "Ən çox yol qəzası bayramın hər 7 günündə, saat 16-20 arasında qeydə alınıb" – deyə Bunrat bildirib.

Qeyd edək ki, Tailand son illər yol-nəqliyyat hadisələrində ölüm hallarının sayına görə dünyada ilk yerlərdən birini tutur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır