Modern.az

Britaniya parlamenti mayın 3-də buraxıla bilər

Britaniya parlamenti mayın 3-də buraxıla bilər

Dünya

19 Aprel 2017, 00:47

Böyük Britaniya parlamenti mayın 3-nə keçən gecə buraxıla bilər. Modern.az Rusiya mediasına istinadən  xəbər verir ki, bu barədə İcmalar Palatasının rəhbəri Devid Lidinqton bildirib.

Qeyd edək ki, ölkənin baş naziri Tereza Mey parlamenti iyunun 8-də növbədənkənar seçkilərin keçirilməsini dəstəkləməyə çağırıb. 2011-ci il tarixli qanuna əsasən, parlament seçkilərə 25 gün qalmış buraxılmalıdır.

Aprelin 19-da parlamentdə növbədənkənar seçkilərin keçirilməsi məsələsi ilə bağlı səsvermə keçiriləcək. Deputatların Meyin təklifini dəstəkləyəcəyi gözlənilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür