Modern.az

Rusiyanın Qara dənizdə gəmisi batdı -11 nəfər itkindir

Rusiyanın Qara dənizdə gəmisi batdı -11 nəfər itkindir

19 Aprel 2017, 09:29

Rusiyanın Qeroi Arsenala” yük daşıyan gəmisi Qara dənizin Kerç boğazında qəzaya uğrayaraq batıb. Bu haqda Modern.az xarici KİV-lərə istinadən xəbər verir.

Gəminin batması barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

 

İlkin məlumata görə, yük gəmisi Rostov vilayətindən Türkiyəyə buğda aparırmış.

 

Fövqəladə Hallar Xidmətinin əməkdaşı Vladimir İvanovun verdiyi məlumata görə, batan gəminin göyərtəsində 8 Rusiya, 3 Ukrayna və 1 Gürcüstan vətəndaşı olub.

 

Məlumata görə, qəza bölgəsindən bir nəfər xilas edilib.  Xilasedici gəminin göyərtəsinə qaldırlıb.

Digərlərindən isə hələ ki bir xəbər yoxdur.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı