Modern.az

Ərdoğan ABŞ-a gedəcək

Ərdoğan ABŞ-a gedəcək

Aktual

19 Aprel 2017, 11:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  Ərdoğanın Vaşinqtona rəsmi səfəri ötən gün xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı zamanı razılaşdırılıb.

 

Bildirlib ki, tərəflər səfərin vaxtını və proqramını müəyyənləşdirmək üçün yaxın vaxtlarda işə başlayacaqlar.

Belə ehtimal edilir ki, səfər mayın sonlarında baş tutacaq.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ərdoğana zəng edərək referendumun nəticələri ilə əlaqədar təbrik etmişdi.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar