Modern.az

Şimali Koreya ABŞ-a raket zərbələri "endirdi” – VİDEO

Şimali Koreya ABŞ-a raket zərbələri "endirdi” – VİDEO

19 Aprel 2017, 11:41

Şimali Koreyada ABŞ-a raket zərbələrini imitasiya edən videoçarx nümayiş olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Koreya lideri Kim İr Senin 105-ci ildönümünə həsr olunmuş tədbirdə nümayiş olunan görüntülərdə yeni ballistik raketlərin ABŞ ərazisini vurması təsvir olunub.

 

Kadrlarda raketin səmaya qalxaraq okeanı aşaraq ABŞ ərazisinə düşdüyü və şəhərlərdən birini məhv etdiyi göstərilir. Sonda qəbirstanlıq fonunda ABŞ bayrağı təsbit olunur.

 

Ekspertlərin fikrincə, Şimlai Koreya aprelin 25-nə qədər yeni nüvə sınaqları keçirməyi planlaşdırır.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir