Modern.az

Kim İctimai Televiziyanın baş direktoru seçiləcək?

Kim İctimai Televiziyanın baş direktoru seçiləcək?

19 Aprel 2017, 13:32

İctimai Televiziya və Radio Yayım Şurasının sədri vəzifəsinə Muxtar İmanov seçilib. İctimai Televiziyanın baş direktor vəzifəsinə də seçkilərin keçiriləcəyi gözlənilir.

 

 “İctimai televiziya və radio yayımı haqqında” qanuna görə, baş direktor vəzifəsinə seçki hər 4 ildən bir keçirilir.

 

Aprelin 22-də isə İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti başa çatır.

İctimai televiziyanın Yayım Şurasının üzvü, Azər Həsrət Modern.az-a açıqlamasında  baş direktor vəzifəsinə seçkilərin keçirilməsi barədə danışıb.

İctimai Televiziya və Radio Yayımları şirkətinə baş direktor təyinatını Yayım Şurası həyata keçirir. Bunun üçün müddət başa çatdığı zaman ərizələr qəbul olunur. Artıq iddialı şəxslər ərizələrini təqdim edib. Gələn həftənin əvvəlində qəbul olunmuş ərizələrlə bağlı məsələyə baxılacaq. Aprelin 22-də hazırkı baş direktorun səlahiyyət müddəti başa çatdığına görə yeni direktorun təyin olunması məsələsi müzakirə olacaq. Bu, elə də  mürəkkəb prosedur deyil. Düşünürəm ki, qısa müddətdə bunu həll edə biləcəyik”.

 

Cəmil Quliyevin yenidən baş direktor seçilməsindən danışan Azər Həsrət, heç bir qadağanın olmadığını deyib.

“Cəmil Quliyevin ikinci dəfə baş direktor seçilmək imkanı var. Yenidən ərizə ilə müraciət edə bilər. Növbəti dəfə baş direktor olması ilə bağlı hər hansı rəsmi məhdudiyyət  yoxdur. İctimai Televiziyaya baş direktor seçimi gələn həftə həyata keçiriləcək”

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi