Modern.az

Rəsmi idarə: Bakıdakı 32 qəbiristanlıqda məzar yerləri pulsuz verilir

Rəsmi idarə: Bakıdakı 32 qəbiristanlıqda məzar yerləri pulsuz verilir

19 Aprel 2017, 14:23

Məlumdur ki, Bakının müxtəlif yerlərində qəbir yerləri üçün vətəndaşlara müəyyən aralıqda dəyişən qiymətlər təklif edilir. Demək olar ki, yaxınını dəfn etmək istəyən hər kəs qəbiristanlıqda “qiymət bazar”ı ilə rastlaşır.

Belə olduğu halda, vətəndaşlara məzar yerlərinin pulsuz verilmə ehtimalı nə dərəcədədir?


Ümumiyyətlə, paytaxt ərazisindəki qəbirstanlıqlarda pulsuz məzar yerləri varmı?

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Modern.az-a açıqlamasında bildirib ki, qəbir yerlərinin pulla satılması qadağandır:

“Bizim trestə 32 qəbiristanlıq daxildir. Həmin qəbirstanlıqlarda məzar yerləri vətəndaşlara pulsuz verilir. Qəbir yerləri pulla satılmır. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, onun üçün dövlət rüsumu 63, xarici vətəndaşlar üçünsə 79 manatdır. Hər kəs dövlət rüsumunu ödəyərək, ölüsünü dəfn edə bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da daxildir. Digər materailları isə vətəndaş almalıdır”.

 

Günay Rəsulqızı

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı