Modern.az

Milli Məclis aprelin 25-də 36 məsələyə baxacaq - GÜNDƏLİK

Milli Məclis aprelin 25-də 36 məsələyə baxacaq - GÜNDƏLİK

19 Aprel 2017, 16:19

“Milli Məclisin yaz sessiyasının növbəti iclası aprelin 25-də keçiriləcək”. Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.


A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının həmin iclasının gündəliyinə 36 məsələ daxil edilib.


Yaz sessiyasının növbəti iclasında Azərbaycan Respublikası və Türkiyə hökumət arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişin təsdiqlənməsi ilə bağlı məsələ də müzakirə ediləcək.


 Gündəlikdə bir sıra qanunlara da dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:


- “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik;
- “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;
- “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik;
- “Yol hərəkəti haqqında” qanuna dəyişiklik;
- “Ədliyyə oqanlarında qulluqkeçmə haqqında” qanuna dəyişiklik;
- Mülki Məcəlləyə dəyişiklik;
- Əmək Məcəlləsinə dəyişiklik;
- Mənzil Məcəlləsinə dəyişiklik;
- Cinayət Məcəlləsinə dəyişiklik;
- Vergi Məcəlləsinə dəyişiklik;
- İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
- “Müflisləşmə və iflas haqqında “qanuna dəyişiklik;
- “Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanuna dəyişiklik;
- “Dövlər rüsumu haqqında” qanuna dəyişiklik;
- “Dərman vasitələri haqqında” qanuna dəyişiklik;
- “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik;
- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”;
- Gömrük Məcəlləsinə dəyişiklik;
-”Daşınmaz əmlakın yüklülüyü haqqında” yeni qanun layihəsi – 1-ci oxunuşda.



Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi