Modern.az

Yeni doğulan uşaqlara şəhidlərimizin adını verək! - Deputatdan maraqlı TƏKLİF

Yeni doğulan uşaqlara şəhidlərimizin adını verək! - Deputatdan maraqlı TƏKLİF

Qarabağ

19 Aprel 2017, 18:06

Bu yaxınlarda “Aprel döyüşləri”nin bir illiyini qeyd etdik. Azərbaycanın hər bir yerində “Aprel döyüşləri”nin anımı möhtəşəm şəkildə qeyd olundu.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, “Aprel döyüşləri” Azərbaycanda hər kəsi sanki ayıltdı, hamını Vətən uğrunda səfərbər etdi.  Deputatın şəhidlərlə bağlı təklifləıri var:


“Möhtərəm prezidentimiz və I vitse-prezidentimiz “Aprel döyüşləri” ilə bağlı önəmli görüşlər keçirdilər. “Aprel döyüşləri”ndə şəhid və qazi olanlar böyük qəhrəmanlıq nümayiş etdirdilər. Onların göstərdiyi şücaət nəticəsində böyük nailiyyətlərimiz oldu, torpaqlarımızın bir qismini geri aldıq. Onsuz da Azərbaycan xalqı Ali Baş Komandanın Qarabağın işğaldan azad olunması ilə bağlı apardığı siyasəti dəstəkləyir və ona inanırdı. “Aprel döyüşləri”ndə qazanılmış zəfər xalqın ölkə rəhbərliyinə inamını daha da möhkəmləndirdi. Keçən ildən bu günə qədər elə bir gün olmayıb ki, “Aprel döyüşləri” müzakirə olunmasın. “Aprel döyüşləri”ndə iştirak edərək, şəhid olmuş sıravi əsgərlərdən tutmuş zabitlərə qədər hər kəs hörmətlə yad olunur.
Bu günlərdə keçirilən bütün tədbirlərdə “Aprel döyüşləri”ndə şəhid və qazi olmuş bütün qəhrəmanlarımız anılır. Ancaq belə tədbirlər şəhidlərimizin ildönümlərində deyil, bütün zamanlarda keçirilməldir.
Vətənimizin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımıza bizim borcumuz var. Bu gün biz müstəqilliyimizin 25-ci ildönümünü qeyd ediriksə, bunda şəhidlərimizin böyük rolu var. Onlar sinələrini düşməınə sipər edirlər. Təkcə şəhidlərimiz deyil, eyni zamanda qazilərimiz də böyük ehtiramla xatırlanmalıdır.
Bu işləri hərgün davam etdirməliyik, çünki bizim qarşımızda daha böyük öhdəliklər durur, torpaqlarımızın tamamını işğaldan azd etməmişik.
Sözsüz ki, Ali Baş Komandan Qarabağ problemini danışıqlar yolu ilə həll etməyin tərəfdarıdır, amma nə Azərbaycan xalqı, nə də möhtərəm prezidentimiz bu işğalla razılaşmayacaq, bir ovuc torpağı da güzəşt etməyəcək. Biz Cocuq Mərcanlıdan Şuşaya, Kəlbəcərə, Laçına, Xocalıya, Ağdərəyə, Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama getməliyik. Bunun üçün gəclər arasında, ictimaiyyətdə vətənpərvərlik ruhunu yüksəltməli və qələbə əzmini gücləndirməliyik. Buna görə şəhidlərimizin, qazilərimizin simasında tədbirləri davam etdirməliyik.

Keçən il iyulun 15-də Türkiyədə hərbi çevrilişinə cəhd zamanı öz dövlətini qoruyan 200 nəfər şəhid oldu. Türkiyə mətbuatında verilən statistikaya görə, 15 iyul çevrilişinə cəhddən sonra 10 minlərlə yeni doğulan uşağa  şəhidlərin adı verildi. Ümumiyyətlə, Türkiyədə şəhidlərə xalq tərəfindən həmişə belə yüksək qiymət verilib.
Bizim dövlətimizin başçısı şəhidlərimizi yüksək qiymətləndirib, onları Milli Qəhrəman adı, “Azərbaycan bayrağı” ordeni, “İgidliyə görə” medalı ilə təltif edib. Dövlər şəhid ailələrinin sosial problemlərinin həlli üçün əlindən gələni edir.
Amma ictimaiyyət də şəhidləri bir an belə unutmamalıdır. Şəhidin adının yeni doğulan uşaqlara verilməsi gənclərin vətənpərvərlik ruhda yetişməsinə şərait yaradacaq. Çox təəssüf ki, Azərbaycan cəmiyyəti şəhidləri yetərincə qiymətləndirmir. Biz Çingiz Qurbanov, Mübariz İbrahimov kimi güllədən qorxmayan, vətən uğrunda ölümə atılan şəhidlərimizin adını öz övladlarımızda yaşatmalıyıq”.

 


Deputat şəhid adının əbədiləşdirilməsi üçün təkliflər sadalayıb:


“Azərbaycan qanunvericiliyində şəhidlərimizin adının əbədiləşdirilməsi ilə bağlı çox ciddi və önəmli maddələr var. Hər fürsətdə şəhidlərimizin adı küçələrə, vacib obyektlərə verilir, amma düşünürəm ki, bu şəbəkəni daha çox genişləndirmək olar. Azərbaycanda kifayət qədər otellər, kinoteatrlar var, onların salonlarına şəhidlərimizin adını vermək olar. Bəzən bir kənddə bir məktəb olur, orada şəhidlərin sayı isə 3 və artıqdır. Kənddəki məktəbə şəhidlərdən birinin adını verdikdə, digərlərinin adının əbədiləşdirilməsində müəyyən sıxıntılar olur. Bu da şəhidin doğmalarının hökumət orqanlarından narazılığına səbəb olur. Düşünürəm ki, şəhidlərin adı təkcə küçələrə, məktəblərə deyil, eyni zamanda məktəblərdəki akt zalına, kitabxanalara da verilə bilər. Türkiyədə avtobus dayanacaqlarına, yerüstü keçidlərə, tunellərə də şəhid adları verilir. Ölkəmizdə kifayət qədər parklar, stadionlar var, onlara da şəhidlərin adını vermək olar. Biz şəhidlərimizin adını yeni doğulan uşaqlarımızla, sadaladığım yerlərlə daimi əbədiləşdirməliyik.  Bu məsələ ictimailəşməlidir və il boyu təbliğ olunmalıdır. Bizim qarşımızda çox böyük, məsuliyyətli yol var. Bu yol Azərbaycan bayrağının Şuşada, Xankəndində ucalması yoludur. Hərbi vətənpərvərlik ruhunun qaldırılması, insanların qələbə əzminin artırılması bizim qələbəyə gedən yolumuzun tərkib hissəsidir. Ali Baş Komandanımız bu istiqamətdə çox böyük işlər görüb, bizlər də öz üzərimizə düşəni etməliyik”.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir