Modern.az

Rusiyada terror törədənin qardaşı da saxlanıldı

Rusiyada terror törədənin qardaşı da saxlanıldı

Dünya

19 Aprel 2017, 20:58

Moskva yaxınlığında Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından bir Abror Əzimovun qardaşı saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Əkrəm Əzimov terror aktının hazırlanması zamanı pulların keçirilməsinə köməklik edib.

Rusiya Federal Təhlükəsizlik xidmətinin məlumatına görə, Əkrəm Əzimov eyni zamanda beynəlxalq terror təşkilatlarının emissarları ilə rabitə kanalının təşkilində iştirak edib.

Qeyd edək ki, Əkrəm Əzimovun kiçik qardaşı Abror aprelin 17-də Moskva vilayətinin Odintsovo rayonunda saxlanılıb.

Xatırladaq ki,  Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı