Modern.az

İstanbul, Peterburq, Stoqholm terrorları – Özbəkistan ekstremizmin mərkəzinə çevrilir?

İstanbul, Peterburq, Stoqholm terrorları – Özbəkistan ekstremizmin mərkəzinə çevrilir?

19 Aprel 2017, 21:19

“Yaxın keçmişdə baş verən terror aktlarının bir hissəsi özbək mənşəli terrorçular tərəfindən törədilib”. Modern.az xəbər verir ki, xarici media bu məsələyə diqqət çəkərək Özbəkistanın ciddi terror mərkəzinə çevrilə biləcəyini proqnozlaşdırır.

 

Belə ki, 2016-cı ilin iyun ayında İstanbulun Atatürk hava limanında 43 nəfərin ölümü ilə nəticələnən terror hücumu  İŞİD-in Dağıstan, Qırğızıstan və Özbəkisrtandan olan 3 üzvü tərəfindən törədilmişdi. Yeni il gecəsi İstanbulun Reina klubunda 39 nəfəri güllələyən şəxs də İŞİD-in tapşırığını icra edən özbəkistanlı idi. Əbdülqədir Maşaripov Rakkadan aldığı göstəriş əsasında əcnəbilərin ən çox əyləndikləri gecə klubun hədəf almışdı. Bundan əvvəl, onun planlarında Taksim meydanına hücum var idi.

 

Sonuncu hadisələrdən isə 15 nəfərin həyatına son qoyan Sankt-Peterburq terroru idi. Qırğızıstanın Oş şəhərində andan olan etnik özbək Əkbərjon Cəlilov metropolitendə partlayış törədərək İŞİD-in daha bir tapşırığını icra etmişdi. Və nəhayət, İsveçin paytaxtı Stoqholmda 4 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən hücumu da 39 yaşlı Özbəkistan doğumlu şəxs törətmişdi.

 

 Bununla da, Özbəkistanın tədricən terror mərkəzinə çevrildiyi və İŞİD-in bu ölkədə özünə çoxlu tərəfdar toplamğa başladığını görürük. Özbəkistandla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan da İŞİD üçün terror meydanına çevrilib. Bu qruplaşmanın sıralarında 5 mindən çox şəxs xidmət edir.

 

Nyu Yorkun Kolumbiya Universitetinin araşdırmaçısı Edvard Ceyms Lemon hesab edir  ki, Mərkəzi Asiya sakinlərinin əksəriyyəti Rusiya ərazisində İŞİD-in təbliğat maşınının əsirinə çevrilir.

 

“Özbəkistan və Tacikistan sakinlərinin əksəriyyəti evindən uzaqda yaşayan gənc oğlanlardır. Onlar az əmək haqqı alırlar və buna görə İŞİD-in yaxud Ən-Nüsrə Cəbhəsinin təsirinə asanlıqla düşürlər”.

 

Bundan başqa, “Özbəkistanın İslam Hərəkatı” 90-cı illərdə Özbəkistanın ən aktiv ekstremist qruplaşmalarından biri sayılırdı. Öncə, onlar despot İslam Kərimova qarşı mübarizə aparırdılar və ölkədəki özbaşnalığa, korrupsiyaya etiraz edirdilər. Lakin 2015-ci ildə İŞİD-ə sədaqət andı içdilər. Almaniya kəşfiyyatının məlumatına görə, Özbəkistanın İslam Hərəkatı bu ölkədə geniş casus şəbəkəsi yaradıb və təbliğat proqramları ilə bir neçəAlmaniya vətəndaşını öz sıraların cəlb edib.

 

İsənilən halda, 30 milyon sakini olan Özbəkistan yaxın illərdə ciddi İŞİD təhlükəsi ilə üz-üzə qalacaq və buna qarşı effektiv mübarizə üsulları düşünməlidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi