Modern.az

Yol qəzasında ölən sabiq məmur oğludur

Yol qəzasında ölən sabiq məmur oğludur

19 Aprel 2017, 21:33

Ucar -Zərdab yolunda ölən və xəsarət alanların adları məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.

Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü  Cavanşir İbiş oğlu  Mürşüdov isə xəsarət alıb.

Qeyd edək ki, 90 XM 720 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil toqquşub. Yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab  Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...