Modern.az

Şimali Koreyanın dünyanı qorxudan hərbi gücü...

Şimali Koreyanın dünyanı qorxudan hərbi gücü...

Dünya

19 Aprel 2017, 22:39

ABŞ-la Şimali Koreya arasında gərginliyin artması Pentaqonu daha sərt tədbirlər görməyə vadar edir – Şimali Koreyaya raket zərbələri ilə vurmaq kimi.

Lakin Şimali Koreya da qeyri-nüvə vasitələrinin tətbiqi ilə ABŞ və Cənubi Koreyaya cavab zərbələri endirə bilər.

 

Modern.az saytının məlumatına görə, bu haqda ABŞ-ın nüfuzlu “The National İnterest” nəşri yazıb.

Analitiklər Şimali Koreyanın arsenalında olan ballistik raketlər üzərində diqqəti toplayırlar.

 

Şimali Koreyanın ballistik raketləri, ağır artilleriyası, xüsusi təyinatlı qoşunları Cənuba çox ciddi dağıdıcı zərbələr endirməyə qadirdir.

 

“The National İnterest” yazıb ki, Koreya yarımadasında Pxenyanın quru qoşunlarının Cənubi Koreyaya doğru istiqamətlənməsi ilə müharibə başlaya bilər, amma nüvə silahının tətbiqi olmadan.  

 

“Bir halda ki, Şimali Koreya cənubuna quru qoşunlarının 70 faizini cəmləyibsə, o, istənilən vaxt qəfil hücüm etmək bacarığına malikdir” – bu haqda Cənubi Koreyanın Müdafiə Nazirliyinin 2014-cü il üzrə yaydığı hesabatda bildirilib.

 

Şimali Koreya cənub qonşusu və ya düşməni ilə sərhədə özüyeriyən hərbi texnikalar, reaktiv sistemlər, artilleriya  topları yerləşdirib ki, bu da Cənubi Koreyanın paytaxtı Seul və ətraf ərazilər üçün təhlükədir. Ehtimal edilir ki, kommunist ölkəsi bu hərbi resurslar vasitəsi ilə düz Seulun mərkəzini vura bilər. 

 

Şimali Koreya bu azmış kimi, öz tank qoşunlarını da modernləşdirir. Rəsmi Seulun məlumatına görə, Şimali Koreyanın balansında 4300-dən çox tank və 2500 başqa zirehli texnika var.

Amerika mənbələri isə bildirir ki, Şimali Koreya rejiminin xüsusi təyinatlıları mükəmməl öyrədilib və təchiz edilib. Onların sayı 200 min hərbçi civarında qiymətləndirilir.

Bundan başqa Şimali Koreyanın yeraltı tunelləri, sualtı gəmiləri mövcuddur ki, bu da onun əl-qolunu açması üçün əlavə imkanlar yaradır.

 

Bunlar azmış kimi, Şimali Koreyanın nüvə silahları da var - bu isə təhdidlərin ciddiliyindən xəbər verir. 

 

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir