20 avqust 2017, Bazar
Ana Səhifə - DÜNYA - “Yaşın nə fərqi var ki?” - Ərindən 24 yaş böyük qadın Fransanın birinci ledisi ola bilər - TƏFƏRRÜATLAR
“Yaşın nə fərqi var ki?” - Ərindən 24 yaş böyük qadın Fransanın birinci ledisi ola bilər - TƏFƏRRÜATLAR
19.04.2017, 23:16

Son 5 ildə Fransa birinci ledisiz yaşayır. Lakin yaxın günlərdə hər şey dəyişəcək. Hər kəs seçkilərin ikinci turuna kimlərin qalacağı barədə ehtimallar səsləndirərkən, ictimaiyyətin diqqəti birinci ledi olmağa əsas namizəd – Bricit Makrona yönəlib.

 

Modern.az-ın məlumatına görə, hazırda prezidentlik uğrunda iddialara qoşulan Emmanuel Makron özündən 24 yaş böyük Bricitlə Fransanın şimalında yerləşən Amyen şəhərindəki özəl məktəbdə oxuyan zaman tanış olub. 1992-ci ildə 15 yaşlı Emmanuel və onun 39 yaşlı ədəbiyyat müəllimi Bricit arasında münasibətlər tədricən sevgiyə çevrilmişdi. Təbii ki, Makronun valideynləri yaş fərqini nəzərə alaraq, övladlarının seçiminə qarşı çıxdılar. Amma hər şeyi yoluna qoymağı bacaran Makron 2007-ci ildə əvvəlki nikahdan 3 övladı olan Bricitlə ailə həyatı qurdu.

 

Maraqlı tanışlıq tarixçəsi ilə yanaşı, hazırda 64 yaşı olan Bricit ərinin prezidentlik kampaniyasında önəmli rol oynayır və onu prezidentlik kürsüsünə inamla aparır.

 

Makron həyat yoldaşının ona yol göstərdiyi açıq etiraf edir.

“Prezident olsam, o heç zaman kölgədə qalmayacaq, çünki həyatımı onunla bölüşürəm. O həmişə yanımda olacaq, tarazlığımı saxlamaqda yardımçı olacaq”.

 

Emmanuel və Bricit Makron qeyri-adi cütlük olduqlarını heç kəsdən gizlətmirlər və tez-tez ictimaiyyət qarşısına birlikdə çıxır, jurnalistlərə həvəslə müsahibələr verirlər. Öz dərrakəsi və hazırcavablığı ilə mətbuatın sevgisini qazanan 64 yaşlı potensial birinci ledi, moda jurnalları tərəfindən də moda siması adlandırılıb.

 

Prezidentin sevdiyi qadınla xoş münasibətlərdə olmasının vacibliyi səlahiyyətləri başa çatmaqda olan hazırki dövlət başçısı Fransua Ollandın simasında öz təsdiqini tapdı. Adı xəyanətlərə qarışan Olland ciddi reytinq itkiləri ilə üzləşməli oldu.

 

Fransa 2014-cü ildə Olland və jurnalist Valeri Trierveyler boşandıqdan sonra birinci ledisiz yaşayır. 2012-ci il prezident seçkiləri zamanı Trierveyler Ollandın ən yaxın tərəfdarı kimi onun 15 kiloqram artıq çəkidən azad olmasında, imicinin dəyişməsində və nitqinin redaktə olmasında aktiv iştirak etmişdi.

 

Amma 2014-cü ildə hər şey dəyişdi və Trierveyler ərinin ona xəyanət etdiyini qəzet səhifələrindən oxudu. Əsəb gərginliyi keçirən Trierveyler 1 həftədən artıq xəsətxanada yatdı. Gül dəstəsi ilə xəstəxanaya gedərək keçmiş həyat yoldaşını ziyarət edən Olland üzr istəsə də, onu yenidən Yelisey sarayına dəvət etmədi. Bir qədər sonra Valeri yazdığı xatirələr kitabında Ollandı soyuq və hiyləgər şəxs adlandırdı. O, ərinin kasıblara nifrət etdiyi də kitabında qeyd etmişdi. Bundan sonra, Ollandın populyarlıq reytinqi 13%-ə qədər azalmışdı.

 

Valeri Trierveylerdən öncə, bu aqibətlə Sesiliya Marten (eks-prezident Nikola Sarkozinn ikinci həyat yoldaşı) üzləşə bilərdi. Sesiliya əri ilə tez-tez ictimaiyyət qarşısına çıxırdı və ərinin köməkçisi idi. Prezident kampaniyası zamanı onlar bir yerdə idi, hətta birlikdə səs vermişdilər. Lakin 2007-ci ildə prezident seçildikdən 4 ay sonra cütlük ayrılmaq qərarına gəldi. Sesiliya Marten bunun səbəbini ərinin onu unutması və münasibətlərin soyuqlaşması ilə əlaqələndirirdi. Sarkozi vəzifə başında həyat yoldaşından ayrılan ilk dövlət başçısı kimi tarixə düşdü. Boşandıqdan 6 ay sonra Sarkozi məşhur fotomodel və müğənni, “İlin ən yaxşı müğənnisi” nominasiyasında “Viktuar” mükafatı qazanmış Karla Bruni ilə ailə həyatı qurdu. Bruni ölkənin birinci ledisi oldu və sona qədər vəzifəsini uğurla icra etdi.

Prezidentliyi dövründə boşanması və yenidən evlənməsi Sarkozinin reytinqini nəinki azaltdı, əksinə müsbət təsir göstərdi.

 

Amma birinci ledinin ölkədə hansı rolu icra etməsi fransızları düşündürən məsələdir. Birinci ledilər rəsmi hüquqi status daşımırlar. Hesab olunur ki, onlar ölkənin siması olaraq dövlət başçısını bəzi rəsmi səfərlərə müşayiət edir və rəsmi tədbirlərə qatılır. Amma 2014-cü ildə Fransua Olland Valeri Trierveylerdən boşandıqdan sonra Fransa cəmiyyəti yenidən bu məsələ barədə düşünməyə başladı.

Bəzi fransalı siyasətçilər birinci ledi anlayışından tam imtina etməyi təklif edir. Senator Fransua Rebsamen isə birinci ledi anlayışını keçmişin qalığı adlandırmışdı. Ola bilsin ki, birinci ledinin saxlanmasına çox vəsait xərclənir. Valeri Trierveylerin sərəncamında çoxsaylı personal və ofis var idi. Parlament ölkə büdcəsindən ona ayda 19,742 avro vəsait xərcləndiyini deyib. Amma bu rəqəm Karla Bruni ilə müqayisədə azdır. Sarkozinin həyat yoldaşı ayda 60 min avro vəsaitlə təmin olunurdu.

 

Vüqar İSMAYILOV

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazir müavini barda ona “gey” deyən qadını döydü, işdən çıxarıldı
20.08.2017, 11:18

Nazir müavini barda ona “gey” deyən qadını döydü, işdən çıxarıldı

Şahdağ Milli Parkında YANĞIN
20.08.2017, 10:51

Şahdağ Milli Parkında YANĞIN

Bəzi xəstəliklər günvurmanın əlamətlərini daha da dərinləşdirir
20.08.2017, 10:40

Bəzi xəstəliklər günvurmanın əlamətlərini daha da dərinləşdirir

Yanğının acı və xoş xatirəsi...
20.08.2017, 10:28

Yanğının acı və xoş xatirəsi...

Prezident Gədəbəyə getdi, limonad zavodunun açılışında iştirak etdi 
20.08.2017, 10:21

Prezident Gədəbəyə getdi, limonad zavodunun açılışında iştirak etdi 

Rusiya bu ölkəyə nüvə zərbəsi endirib? – Qərb TƏLAŞDA
20.08.2017, 10:07

Rusiya bu ölkəyə nüvə zərbəsi endirib? – Qərb TƏLAŞDA

Cəbhədə silahlar susmadı - güclü atışma oldu 
20.08.2017, 10:00

Cəbhədə silahlar susmadı - güclü atışma oldu 

Dənizdə batan daha 2 nəfər xilas edildi
20.08.2017, 09:23

Dənizdə batan daha 2 nəfər xilas edildi

ABŞ Gömrük xidməti soyuducuda 60 miqrant aşkarladı
20.08.2017, 09:20

ABŞ Gömrük xidməti soyuducuda 60 miqrant aşkarladı

Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO
20.08.2017, 00:56

Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”
20.08.2017, 00:44

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb
20.08.2017, 00:28

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb
20.08.2017, 00:15

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb
19.08.2017, 23:58

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək
19.08.2017, 23:42

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək

Bəzi ərzaqlar ucuzlaşıb
19.08.2017, 23:17

Bəzi ərzaqlar ucuzlaşıb

19.08.2017, 22:59

"Mülki insanların hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biriyik" - Hikmət Hacıyev

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək
19.08.2017, 22:44

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur
19.08.2017, 22:28

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib
19.08.2017, 22:10

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev
19.08.2017, 21:56

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO
19.08.2017, 21:29

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO

ABŞ-ın ən böyük enerji şirkəti satılıb
19.08.2017, 21:11

ABŞ-ın ən böyük enerji şirkəti satılıb

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ
19.08.2017, 20:56

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib
19.08.2017, 20:36

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb
19.08.2017, 20:16

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı
19.08.2017, 20:02

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı
19.08.2017, 19:50

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı

Surtqutdakı silahlı hücumu İŞİD edib
19.08.2017, 17:51

Surtqutdakı silahlı hücumu İŞİD edib

Yaponiyada 9 nəfəri ildırım vurub
19.08.2017, 17:43

Yaponiyada 9 nəfəri ildırım vurub

İlham Əliyev Samuxa getdi
19.08.2017, 17:33

İlham Əliyev Samuxa getdi

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı
19.08.2017, 17:29

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB
19.08.2017, 17:02

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”
19.08.2017, 16:39

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA
19.08.2017, 16:35

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(49.4%)
SOCAR-dan(6.06%)
Lukoil-dan(17.1%)
Bunların heç birindən - başqasından(27.2%)