21 aprel 2018, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Zəka hər qapını açan açardırmı?
Zəka hər qapını açan açardırmı?
20.04.2017, 09:29

Professor Əziz Sancar, zəka səviyyəsini ölçən İQ testlərinə çox inanmadığını açıqlayıb. Sancar, - “Üstün zəkanın ölçüldüyü İQ testləri nəyi, nə qədər ölçür? Bu testlərdə mən orta səviyyədə çıxıram. Uğur üçün tək açar çox çalışmaqdır",  -  deyir. Həqiqətən də zəka çoxumuzun zənn etdiyi kimi hər qapını açan açardırmı? Sadəcə, xoşbəxtliyin açarı olmadığı dəqiqdir.

Heç kim bir saydan ibarət olmaq istəməz. Ancaq fərqində olsanız da, olmasanız da sizi anladan bir say vardır: İQ dərəcəniz, ya da izahı lazımdırsa, intelektual zəkanız.

Modern.az saytı xarici mənbələrə istinadən zəka mövzusunda yazını təqdim edr.

Edinburgh Universitetində zəka mövzusundakı araşdırmaları ilə tanınan Stuart Ritchieyə görə, əslində, İQ bir insanın ömrü, sağlamlığı və ya rifahı üçün böyük məlumatlar verən bir yol göstəricisidir. Psixoloqlar da oxşar məlumatlar tapmağa davam edirlər.

 

Ritchie, “Zəka: Önəmli Olan Tək Şey” (Intelligence: All that Matters) adlı yeni kitabında IQ-nün edə biləcəklərimizin sərhəddini qoymadığını, ancaq bizə bir çıxış nöqtəsi təqdim etdiyini dəstəkləyir və bəzi insanların da digərlərindən daha öndə həyat mübarizəsinə başladığını qəbul edir.

Çox insan ortalama zəkaya sahibdir

IQ ilə bağlı ilk ağla gələn şey bunun məntiq, hafizə, əldə edilmiş məlumat və zehni emal sürətinə dair bir çox testin nəticəsində ortaya çıxarılmış bir bal olduğudur. Əldə edilən alt ballar toplanır və sonra bu ümumi əhali zəka səviyyəsiylə qarşılaşdırılır. Yaxşı bir ortalama zəka 100 İQ qəbul edilir.

(Qeyd: Tam bir IQ testi saatlar alan, çətin əməliyyatdır. Testin təhsilli biri tərəfindən aparılması və bəzi hissələrdə çox zaman lazımdır. İnternetdə qarşınıza çıxan pulsuz testlər doğru nəticələr verməz).

Qarşılaşdığınız insanların çoxu ümumilikdə ortalama zəkaya, kiçik bir hissə isə üstün zəkaya sahibdir. Dünya əhalisinin yalnız 2.2 %-nin 130 və ya daha artıq İQ – sü var.

 

Əsl təəccüblü olan isə bu testlərdən birində yaxşı nəticə alan insanların, digər testlərdə də yaxşı nəticə göstərməməsidir. Yəni yanıb – sönən bir işığı nə qədər sürətli söndürəcəyiniz (zəka testlərindən bir hissə) şifahi və məkan məntiqinizlə bağlıdır.

 

Psixoloqlar balların bir – birləriylə üst – üstə düşməsinə “G” faktoru və ya ümumi zəka faktoru deyir.

 

Bu “G” faktorunun beynin hansı hissəsində və necə olduğu hələ tam məlum deyil. Ancaq nə qədər pul qazanacağınız, nə cür ürəkli olacağınız və ən tükürpədən məsələ isə, erkən ölüb – ölməyəcəyiniz mövzusunda məlumat verə bilən göstəricidir.

 

Yüksək IQ – yə sahib olmaq sizi ölümdən qoruyur

Bu hissə bir az narahatlıq yarada bilər, ancaq aparılan araşdırmalara görə, İQ–sü yüksək olan insanların daha sağlam olduğu və digər insanlardan daha uzun yaşadığı məlum olub. Bir milyon isveçli arasında edilən araşdırmaya görə, ən yüksək İQ–yə sahib olanlar ilə ən aşağı İQ – yə sahib olanlar arasında ölüm riskində üç qat fərq aşkar olunmuşdur.

 

Bunun əlbəttə ki, bəzi fərqli səbəbləri də ola bilər. Səbəblərdən biri, yüksək İQ – lü insanlar digərlərinə görə də çox pul qazanır, bu da onların özlərinə daha yaxşı baxmalarını asanlaşdıran və sağlamlıqlarına daha çox diqqət ayırmalarını təmin edən faktorlardır.

 

Eyni zamanda, yüksək İQ – lü insanların qəzalardan və ya çatışmazlıqlardan uzaq olma mövzusunda daha diqqətli olmaları da başqa bir səbəb ola bilər. Yüksək İQ – lü insanların nəqliyyat qəzasında ölmə nisbətinin daha az olması da bunun bir göstəricisidir.

 

IQ – nün uğurlu bir karyera və rifah ilə bağlı olması, xöşbəxtliklə də əlaqəli olduğu mənasına gəlməz

Ölüm nisbətində olduğu kimi, İQ ilə uğurlu bir karyera arasındakı əlaqə də mütənasibdir: Yüksək İQ – lü insanlar daha yaxşı işçi olduğundan daha çox pul qazanırlar. Mövzu nisbətləri – 1 ilə 1 arasında dəyişir. 1 nisbət demək, İQ – də görüləcək hər hansı bir artımın digər dəyişənlərdə də (ölüm nisbəti və ya rifah kimi) eyni artımı göstərməsi mənasına gəlir. Ancaq həyat o qədər mükəmməl deyil.

Nisbətlərin çoxu, ümumiyyətlə,  0.5 – dən aşağıdır. Bu da kişilərə ayrılan əsas hissəni təşkil edir. Yəni çox ağıllı olmalarına rəğmən, işlərində uğursuz olan insanlar da mövcuddur, ancaq sizin onlarla qarşılaşma ehtimalınız daha çoxdur.

Yüksək İQ – nün bütün faydaları göz önünə alındığından - rifah, sağlamlıq, uzun ömür – bu insanların digərlərindən daha çox sevincli olduğu deyilir, ancaq bu vəziyyət ümumi gözlənti deyil.

Ritchieyə görə, İQ ilə xoşbəxtlik arasındakı əlaqə ümumilikdə mütənasib olmasına baxmayaraq, çox zaman statiktik tərəfdən mənalı deyil.

Həm də ümumi nəzər salanda, İQ – nün həyatda irəliləməyimizə səbəb olan faktorlarla bir əlaqəsi yoxdur. İQ – nün əlaqəli olduğu tək xüsusiyyəti təcrübəyə açıq olma xüsusiyyətidir. Ritchieyə görə, yüksək zəkalı insanlar təcrübə  əldə etməyə daha açıq olur, daha çox düşünür və yeni məlumat qazanmaqdan zövq alırlar.

Ehtimal ki, əlinizdə olanlarla kifayətlənməli olacaqsınız

Aparılan araşdırmaya görə, ağıllı bir uşaq yaşlananda da ağıllı insan olur.

Bu cədvəldə 11 yaşında etdiyi İQ testini 90 yaşında bir daha eyni qrup yüksək göstərici ilə etmişdir.

Hər nə qədər zəka ümumi yaşla birlikdə geriləsə də, uşaqlıqda yüksək İQ – yə sahib olan insanlar yaşlananda da zəkalarını qoruyurlar.

Zəka 20 yaşınızdan sonra yavaş – yavaş azalır

20 yaşınızı keçəndən sonar “kristallaşmış zəkanız”, yəni məlumat təcrübəniz sabitləşərkən “vərdiş zəkanız”, bir sözlə, yeni məsələləri həll etmək bacarığınız da azalmağa başlayar. Zəka sürətiniz isə olduqca enər.

Ritchieyə görə, zəkadakı yaşla əlaqəli enişləri başa düşmək, İQ biologiyası üzərində araşdırmalar aparılmasının ən önəmli səbəblərindən biridir.

İQ – dəki dəyişikliklərin yarısı genetiklə də bağlı ola bilər

Tək yumurta əkizləri ilə cüt yumurta əkizləri qarşılaşdırmaqla aparmış araşdırmada İQ – nün, demək olar ki, yarısının genetiklə əlaqəli olduğu məlum olub.

Ancaq əkizlərin genlərinin uşaqkən deyil, böyüdükləri zamankı İQ – ləri üçün daha önəmli rol oynadığı açıqlanıb. Səbəbi isə bəlli deyil.

Zəka araşdırmaçıları Robert Plomin və Lan Dearyə görə, bunun  səbəbi uşaqkən seçim etdikcə, dəyişdikcə və ya genetik meylləriylə əlaqəli çevrələr yaratdıqca mövcud kiçik genetik fərqliliklərin də böyüməsi ola bilər.

Belə düşünün: Genetik meylli bir uşaq kitabxanada daha çox vaxt keçirmək istəyəcək. Ancaq 6 yaşında kiçik bir uşağın bunu tək başına etməsinə icazəsi yox ikən 16 yaşlı biri üçün bu problem olmayacaq.

Yəni yaşımız artdıqca çevrəmizə daha da diqqət edirik. Yaratdığımız çevrələr də genlərimizin potensialını genişlədə bilir.

Zəka mövzusundakı tək önəmli şey genlərimiz deyil

Genetikanız, İQ – nüz mövzusunda taleyinizi ifadə etmir. İQ – də olan dəyişkənliklərinizin təxminən yarısı çevrənizlə əlaqəlidir. Qida, təhsil və sağlamlıq İQ – də böyük rol oynayır.

Ancaq ümumi nəzər yetirəndə, İQ – yə təsir edən amillərdən çoxu biologiya qədər yaxşı araşdırılmış deyil. Ritchieyə görə, mövzu ətrafa gəldikdə, mütləq bir mühakiməni etmək çox çətindir, insanların həyat tərzi və yaşadıqları mühit çox qarışıqdır. Bu səbəblə də, hər hansı bir mühit amilinin insan zəkasına təsiri tamamən təsadüf ola bilər.

İnsanların zəkası getdikcə artır

Flynn təsiri də deyilən bu vəziyyət, yəqin ki, uşaqların qidalanmasındakı və təhsilindəki keyfiyyət artımının bir səbəbidir (Ritchienin kitabda izahına görə, bunun səbəbi məlumatın iqtisadiyyatımızın mühəriki olaraq görülməyə başlanması və bunun da İQ testlərindəki mücərrəd düşüncə tərzini təşviq etmiş olması ola bilər).

 İQ İnkişafda Olan Ölkələrdə daha sürətlə yüksəlir

İQ – dəki ən böyük yüksəliş uşaqlararası qidalanma keyfiyyətinin (ümumiyyətlə, yod əlavələri sayəsində) və sağlamlıq xidmətlərininin artması İnkişafda Olan Ölkələrdə görülür).

Əslində baxsanız,  Flynn təsirinin İnkişafda Olan Ölkələrdə azalmaqda olduğuna dair bəzi məlumatlar mövcuddur. Ritchieyə görə, bunun səbəbi İQ – ni inkişaf etdirdiyinizi düşündüyünüz şeyləri (standart təhsil və ya qidalanma kimi) azaltmanız ola bilər.

Zəka: Ağıllılıq, problem həll etməkdə bacarıqlılıq, uzaqgörənlik və yaradıcılıq...

Ziyalı adamların fikrincə, zəkanın özünü ağıllılıq, problemi həll etmək bacarığı yaradır. Xüsusiylə də, təpədən dırnağa taktikalı, ancaq strategiyadan məhrum biriylə qarşı – qarşıya gələnlər, uzaqgörənliyin də zəkanın ayrılmaz bir hissəsi olduğunu deyirlər. Kimiləri yaradıcılığı da bu sıraya aid edir.

Məndən soruşsanız, mən Cambridge Universiteti mütəxəssislərindən Horace Barlowun zəkaya olan münasibətini daha doğru hesab edirəm. Ona görə, zəka, şeylərin təməlində yatan yeni nizamı ortaya çıxaran bir məcradır.

Bu fikirləriylə o, zəka anlayışını, bir problemi həll etmək, bənzər bir görüş, ya da hadisənin məntiqini ifadə etmək, xoşa gələcək bir münasibəti möhkəmlətmək, ya da bir şeyin ardından nələrin gələcəyini bilmək kimi xüsusiyyətləri geniş bir yelpiyə yerləşdirdi.

Əslində, hər birimizin hər zaman bir şeyin ardından nəyin gələcəyi mövzusundakı fərziyyələri var. Bir bəndin gözləmədiyimiz bir şəkildə bitməsi qarşısında təəccüblü qalmamıza səbəb budur.

Təriflərdə fərqlilik normaldır

Zəka, eyniylə şüur kimi bir anlayış olduğundan buna verilləcək tərifin hər kəs tərəfindən qəbul edilməsi qeyri – mümkündür.  Zəka, yaxud da şüur ağıllı yaşamımızın ən üst nöqtəsini yaratmaqla birlikdə, bu iki anlayış bir – biriylə çox qarışdırılır. Bu cür bəsit əsəbi qurğular, məntiq ilə bağlı bacarıqlarımızın mənbəyi ola bilər. Amma əsl məsələ bu mənbəyin necə olduğudur. Bu da təkamül kimi bir xüsusiyyət daşıyır. İnsan zəkasını başa düşmək üçün bu suala hər iki tərəfdən bir cavab gətirmək lazımdır. Bu cavablar süni, ya da vərdiş edilmiş bir zəkanın xaricində necə yarandığı mövzusuna belə işıq tuta bilər.

İki millimetr qalınlığında beyin qabığı (korteks) beynin yeni çağırışlar yaratmaqda ən təsirli bölümüdür. İnsan beyninin qabığı son dərəcə qırışıqdır, ancaq bu qırışıqlar düzəldildikdə dörd makina səhifəsi uzunluğunda bir yer tutar. Şimpanzelərdə bunun ölçüsü bir makina səhifəsi qədərdir.

Mənə görə insan zəkası öncə beynin, dil kimi, bəlli sahələrdə mütəxəssisləşməsinin bir məhsuludur. İnsanların təkamül müddətində belə bir mütəxəssisləşmə onların ağıl və uzaqgörənlik tərəfdən önəmli bir irəliləyiş etmələrinə imkan yaratmışdır. Bu mütəxəssisləşmə əgər zənn etdiyim kimi, dil, əl, eləcə də musiqi və rəqs kimi mövzulara xas ustalıqların inkişafıyla əlaqəlidirsə, o zaman izah gücü də çox deməkdir.

Zəka hissənizin (İQ) təyin olunmasında ən önəmli iki amil bəlli bir müddətdə vərdişin xaricində neçə sualı cavabladığınız və beyninizdə canlandırdığınız obrazı eyni anda dəyərləndirərkən nə cür uğurlu olduğunuzdur.


Hazırlad: Azadə Bayramova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi
21.04.2018, 11:43

ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi

Yerevanda yenə müxalifətin mitinqi başladı
21.04.2018, 11:33

Yerevanda yenə müxalifətin mitinqi başladı

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV
21.04.2018, 11:08

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV

Ələmdar Cabbarlının imza günü keçirildi
21.04.2018, 10:42

Ələmdar Cabbarlının imza günü keçirildi

Bakıda xəstəxananın zirzəmisi yandı
21.04.2018, 10:38

Bakıda xəstəxananın zirzəmisi yandı

Pekin aeroportu 97 reysi təxirə saldı 
21.04.2018, 10:21

Pekin aeroportu 97 reysi təxirə saldı 

Çaylarda sululuq SƏVİYYƏSİ 
21.04.2018, 10:18

Çaylarda sululuq SƏVİYYƏSİ 

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi
21.04.2018, 09:52

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi

Cəbhədə şiddətli atışma oldu 
21.04.2018, 09:44

Cəbhədə şiddətli atışma oldu 

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 
21.04.2018, 09:37

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi
21.04.2018, 09:14

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 
21.04.2018, 09:03

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 
21.04.2018, 08:59

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 
21.04.2018, 01:11

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 

Qırğızıstanın yeni  Baş naziri məlum oldu
21.04.2018, 00:20

Qırğızıstanın yeni  Baş naziri məlum oldu

ABŞ məktəbində daha bir atəş açılıb
21.04.2018, 00:17

ABŞ məktəbində daha bir atəş açılıb

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
21.04.2018, 00:14

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
21.04.2018, 00:13

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

Ürəyi cavanlaşdırmağın yolu tapıldı
21.04.2018, 00:09

Ürəyi cavanlaşdırmağın yolu tapıldı

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
21.04.2018, 00:08

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
20.04.2018, 23:55

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
20.04.2018, 23:46

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
20.04.2018, 23:37

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
20.04.2018, 23:26

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(9.52%)
İmtahan qiymətləri normalıdr(4.76%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(76.1%)
İmtahan qiymətləri azaldılmalıdır(2.38%)
İmtahan qiymətləri artırılmalıdır(7.14%)