Modern.az

Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevirib

“Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevirib”

Aktual

20 Aprel 2017, 11:09

Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb.

Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunur.

 

N.Məmmədov bildirib:

 

"Azərbaycan demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşıb və bu təsəvvür artıq oturuşub. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb".

 

PA rəhbərinin müavini qeyd edib ki, ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib:

 

"Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlərarası və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir".

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı