20 avqust 2017, Bazar
Ana Səhifə - PARLAMENT - Deputatların etik davranış qaydaları müzakirəyə çıxarıldı - YENİLƏNİB
Deputatların etik davranış qaydaları müzakirəyə çıxarıldı - YENİLƏNİB
20.04.2017, 14:19


Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında “Azərbaycan Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir.

B.Muradovanın sözlərinə görə, Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir.

O, xatırladıb ki, parlament seçkisi zamanı deputata 40 mindən çox seçici səs verir. 

Seçicilər səs verən zaman deputata inanırlar və bu parametrlər üzrə ondan lazımi iş görməsini gözləyirlər. 

B.Muradova deyib ki, dünyanın bir çox ölkələrində müvafiq dövlət qurumlarının rəhbərləri, seçkili orqanların rəhbərləri, bələdiyyə üzvləri və dövlət qulluqçularının, o cümlədən parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var.

Vitse-spiker qeyd edib ki, qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələr gətirə biləcək hərəkətlərdən çəkindirməkdir:

“Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb”,-Bahar Muradova bildirib.

 
Onun sözlərinə görə, bəzi hallarda deputatlar tərəfindən adekvat olmayan davranış sərgilənə bilir: “Təbii ki, bu da qanunla tənzimlənməlidir. Ona görə də yeni hazırlanan qanun layihəsinin əsas məqsədi şəffaflığın və səmərəliliyin artırılmasıdır. Layihə hazırlanarkən Avropa Şurasına və MDB ölkələrinin təcrübələri, eləcə də Azərbaycan reallıqları nəzərə alınıb”.

Deputat Azay Quliyev vurğulayıb ki, belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac vardı: “Layihədə yer alan müddəalarda qeyri-adi heç nə yoxdur. Konstitusiyaya əsasən, bunu ümumi cəmləşdirib yekun halda təqdim etmək lazım idi. Hakim partiyaların, müstəqil və müxalifət partiyalarının deputatları ilə ayrılıqda görüşüb işçi qrupu da yarada bilərik”.

***

Parlament tərəfindən hazırlananan 13 maddədən ibarət olan qanun layihəsi ətrafında deputatlar Fazil Mustafa, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov da çıxış edib.

Müzakirələrə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekun vurub. Bildirib ki, layihədəki müddəaların hamısı Konstitusiyaya uyğun hazırlanıb.


Yekunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 



Mirmahmud Kazımoğlu


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazir müavini barda ona “gey” deyən qadını döydü, işdən çıxarıldı
20.08.2017, 11:18

Nazir müavini barda ona “gey” deyən qadını döydü, işdən çıxarıldı

Şahdağ Milli Parkında YANĞIN
20.08.2017, 10:51

Şahdağ Milli Parkında YANĞIN

Bəzi xəstəliklər günvurmanın əlamətlərini daha da dərinləşdirir
20.08.2017, 10:40

Bəzi xəstəliklər günvurmanın əlamətlərini daha da dərinləşdirir

Yanğının acı və xoş xatirəsi...
20.08.2017, 10:28

Yanğının acı və xoş xatirəsi...

Prezident Gədəbəyə getdi, limonad zavodunun açılışında iştirak etdi 
20.08.2017, 10:21

Prezident Gədəbəyə getdi, limonad zavodunun açılışında iştirak etdi 

Rusiya bu ölkəyə nüvə zərbəsi endirib? – Qərb TƏLAŞDA
20.08.2017, 10:07

Rusiya bu ölkəyə nüvə zərbəsi endirib? – Qərb TƏLAŞDA

Cəbhədə silahlar susmadı - güclü atışma oldu 
20.08.2017, 10:00

Cəbhədə silahlar susmadı - güclü atışma oldu 

Dənizdə batan daha 2 nəfər xilas edildi
20.08.2017, 09:23

Dənizdə batan daha 2 nəfər xilas edildi

ABŞ Gömrük xidməti soyuducuda 60 miqrant aşkarladı
20.08.2017, 09:20

ABŞ Gömrük xidməti soyuducuda 60 miqrant aşkarladı

Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO
20.08.2017, 00:56

Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”
20.08.2017, 00:44

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb
20.08.2017, 00:28

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb
20.08.2017, 00:15

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb
19.08.2017, 23:58

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək
19.08.2017, 23:42

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək

Bəzi ərzaqlar ucuzlaşıb
19.08.2017, 23:17

Bəzi ərzaqlar ucuzlaşıb

19.08.2017, 22:59

"Mülki insanların hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biriyik" - Hikmət Hacıyev

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək
19.08.2017, 22:44

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur
19.08.2017, 22:28

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib
19.08.2017, 22:10

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev
19.08.2017, 21:56

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO
19.08.2017, 21:29

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO

ABŞ-ın ən böyük enerji şirkəti satılıb
19.08.2017, 21:11

ABŞ-ın ən böyük enerji şirkəti satılıb

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ
19.08.2017, 20:56

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib
19.08.2017, 20:36

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb
19.08.2017, 20:16

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı
19.08.2017, 20:02

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı
19.08.2017, 19:50

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı

Surtqutdakı silahlı hücumu İŞİD edib
19.08.2017, 17:51

Surtqutdakı silahlı hücumu İŞİD edib

Yaponiyada 9 nəfəri ildırım vurub
19.08.2017, 17:43

Yaponiyada 9 nəfəri ildırım vurub

İlham Əliyev Samuxa getdi
19.08.2017, 17:33

İlham Əliyev Samuxa getdi

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı
19.08.2017, 17:29

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB
19.08.2017, 17:02

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”
19.08.2017, 16:39

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA
19.08.2017, 16:35

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(49.4%)
SOCAR-dan(6.06%)
Lukoil-dan(17.1%)
Bunların heç birindən - başqasından(27.2%)