Modern.az

Mosulun daha iki rayonu İŞİD-dən təmizlənib

Mosulun daha iki rayonu İŞİD-dən təmizlənib

Dünya

21 Aprel 2017, 00:25

İraq ordusu qərbi Mosulun daha iki rayonunu İŞİD silahlılardan geri alıb. Modern.az “France Press” agentliyinə istinadla xəbər verir ki, güc strukturları At-Tavra rayonunu tamamilə azad ediblər. Əməliyyatların birləşmiş komandanlığı, həmçinin Nasr rayonunun azad olunduğunu bildirib.

Hazırda İraq hərbçiləri və başda ABŞ olmaqla beynəlxalq koalisiya Mosulun İŞİD-dən azad edilməsi uğrunda əməliyyatları davam etdirir. Hökumət qüvvələri hələ mart ayında Mosulda terrorçuların tam mühasirəyə alındığını və onların Suriyadakı yaraqlılarla əlaqələrinin kəsildiyini bəyan etmişdi. Güc strukturları şəhərin qərb hissəsinin üçdəikisinin nəzarətə alındığını bildirmişdilər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar